adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

4-5 nəfər ədəbiyyatı - Emin Piri yazır

Emin Piri
737 | 2022-06-06 11:58

Müasir Azərbaycan ədəbiyyatını giley, qınaq, ittiham dövrü dəadlandıra bilərik. Doğru, bəziləri yaradıcılıqla məşğuldu, sanballışeirlər yaranır, öz yerində. Amma bütün bunlar istisnanı pozmur.

Daha çox “4-5 nəfər ədəbiyyatı”adlandıra da bilərik.

4-5 nəfər yığışır bir yerə, məsləhətləşir, şəkil paylaşaraq özləriniqaymaq adlandırır, amma başqa 4-5 nəfəri “kruq ədəbiyyatı”ndaittiham edir.

Sonra başqa 4-5 nəfər imza günləri keçirir, sırf özlərini reklam edir,digər 4-5 ləri paxıllıqda ittiham edir.

Başqa 4-5 nəfər də eyni efirləri bölüşür, özlərindən başqasının adınıtv-lərə verməz, efirdə də özlərindən danışır, digər 4-5 nəfərləri isəonları gözü götürməməkdə ittiham edir.

Bir 4-5 nəfər də  müasir yazar dünya ədəbiyyatından, yeniliklərdəndanışır,  digər millilikdən danışan 4-5  əslindəsə"ərəb" bunları milliədəbiyyatdan uzaq adlandırır.

Bir digər 4-5 nəfər bir-biri haqda "eşq olsun"lu, "yaxam cırıldı"lıyazır,sosial şəbəkələrdən üzü belə özlərinin heç nəyə yaramayanreklamı ilə məşğul olur, amma xarici səfərlərə gedən eyni 4-5 nəfərivə ya onların göndərilməsində ittiham edir.

Sonra da tədbirlərdə eyni səhnəni 4-5 nəfər bölüşür, digərləri həminvaxt heç ya da düşməz, amma bunlar başqa 4-5 nəfəri eynimükafatları onların almasında itiham edir.

Məmur yazıçını tərifləyən 4-5 nəfər başqa məmur yazıçını tərifləyəndigər 4-5 nəfəri yaltaqlıqda qınayır.

Eyni 4-5 nəfərin mediada dərc olunduğunu deyən digər 4-5 nəfərsəəlinə imkan düşən saytda özlərindən başqa 4-5nəfəri görməyəbəsirət gözləri çatmır.

Xaricdə ancaq özü çap olunan eyni 4-5 imza başqa 4-5 nəfəribunları şair kimi görməməkdə və ya ciddi qəbul etməməkdə qınayır.

Ta gerisi qalsın.

Vallah, hamsı da haqlıdı…

 

TƏQVİM / ARXİV