adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

9 MAYIN ARDINDAN - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
53294 | 2019-05-10 15:14

"Ənböyük cinayətlər zəruri olanı yox, artıq olanı əldə etmək üçün işlənir”

Aristotel

Dünən(8-i may günü) Bakı Avrasiya Universitetində bölümdə (kafedra) idim. Qrupbaşqanı Günel adlı tələbəm yaxınlaşdı: "Müəllim, Dinaranın atası rəhmətə gedib,bilirsiniz çoxdandır xəstə idi, dərsə gəlməyib, sabah da 9 Maydır dərs yoxdur,seminarımız qalır həftəyə” - dedi. Telefonumu götürdüm və "balası, Dinaranınnömrəsini de, ona zəng edib başsağlığı verim” - dedim və nömrəni yazıb zəngçaldım. Ancaq Dinara götürmədi, yəqin başı qarışıqdı.

Tələbəmgedincə atamın son anlarını xatırladım. Sonuncu gecəsi nə mən yatdım, nə də o.Gecənin yarısından xeyli ötmüşdü. "Bala, bir istəyin var?” - deyə sordu. Gördümenerjisinin artıq son dəmləridir. Ürəyim ağrıya-ağrıya onu məmnun etmək üçün,"Dadaş, deyirlər yaxşı səsin varmış, Qarabağ şikəstəsini oxuya bilərsən?” - dedim,o da sözümü yerə salmadı və oxudu. Qardaşlarımı və bacılarımı itirəndən sonraonun oxuduğunu duyan olmamışdı, bir növ dünyaya küsmüşdü, ancaq yaxşı səsivarmış. Haçan Qarabağ şikəstəsi oxunsa, onun son anları gəlib gözümün qabağındadayanır. O gecəni yola saldıq və səhər açıldı. Bir-iki tikə çörək yedi, mən dəevin işlərini görüb gəlib yatağının böyründə oturdum. Günortadan bir saatolardı keçmişdi. Gördüm artıq yavaş-yavaş canı çəkilir. Anam ilə gözümüz ondaidi. Bir an gözünü açdı və qapının sağ üst kandarının küncünə zilləndi. "Gəl əyləş”anlamında əliylə yanını işarət etdi. Gözüylə sanki birini təqib edirdi və bunubir neçə saniyə davam etdirdi, sonra pəncərəyə baxıb gözünü yumdu. Üzüaydınlanmışdı, beş-on dəqiqə çəkmədi canını tapşırdı.

Atamöldüyündə orta məktəbi bitirəli üç ay olmuşdu. Onu itirdikdən sonra atasızlığınnə demək olduğunu çox yaxşı başa düşdüm. Dinaranın da universitetdə təhsilalarkən atasını itirməyi ürəyimi ağrıtdı. Tanrının hökmü belə imiş. Atalarımızbizim arzumuzun xilafına missiyalarıbaşa çatan kimi Tanrı dartıb öz yanına aparır. Dərs qurtardı, evəgetdim. Axşam çağı Dinara zəng çaldı, götürdüm: "Müəllim mənə zəng etmişdiniz”-dedi. "Balası, eşitdim atan rəhmətə gedib, Allah rəhmət eləsin! İnşallah son qəminolsun, neyləyək dünyanın özülü belə qoyulub” - deyib ürək-dirək verdim. Ayrı nəedə bilərdim ki!?

İkinciDünya müharibəsi birincinin sona çatmasından çox qısa bir müddət sonra başladı.Səbəbi də Birinci Dünya Müharibəsini çıxaranların qan qoxuyan iştahaları idi. Ovaxt müstəmləkəyə çevirəcəkləri torpaqların bölüşülməsindən narazı qalanlarvardı, ayağa durdular və İkinci Dünya Müharibəsini yaratdılar. 30 milyondanartıq insan məhv olub getdi, şəhərlər, kəndlər yerlə yeksan oldular,milyonlarla ocaq söndü. Azərbaycan da Bolşevik Rusiyanın işğalında olduğuna görə,yüz minlərlə gənc hərbə aparıldı. Deyilənlərə görə, 420 mindən artıq potensialqüvvəmiz bu hərbdə Bolşevizmin torpaqlarını qorumaq uğrunda həlak olub. Bu bəlanınzərbəsi sadəcə olaraq Azərbaycana dəyməyib, digər Türk xalqlarından da yan keçməyib.Tarixi qeydlərə əsasən Qazaxıstandan hərbə aparılan 1.196.164 gəncdən bir dənəsidə sağ-salamat geri qayıtmayıb.

YalnızcaAzərbaycan ədəbiyatına deyil, ümum Türk ədəbiyatına əvəzsiz bəhrələr qazandıranşair və yazıçı dostlarım vardır ki, onların əksəriyyəti ata üzü görməyib, ataqoxusunun nə olduğunu bilməyib. Çünki ya körpə ikən və ya dünyaya gəlməmişataları İkinci Dünya Müharibəsinə aparılıb və qayıtmayıblar, yetim böyüyüblər.Yoldaşları atalarından ağızdolusu danışarkən onlar atanın nə demək olduğunu eləuşaqlıqlarındaca başa düşüblər. Hər bayram gəldikdə dostları geyindikləri yenilibasları və ya hər hansı şeyi qürurla nümayiş etdirərkən onlar boyunlarıbükük, ürəklərinə qara qanlar axıdaraq atasızlığın nə olduğunun iztirabınıduyublar.

TanrıTürk millətini özünə ordu yaradıb və Türk də hərbə girdimi orda döyüş qabiliyyətinigöstərməsini yaxşı bilir. Azərbaycandan İkinci Dünya Müharibəsinə aparılan gənclərdənbirçoxu qəhrəmanlıq adı alıb, kimisi hərbdən sağ-salamat qayıdıb, kimisinin dəqara kağızı gəlib. Tanrı hamısının məkanını cənnət eləsin. Onlar öz xoşlarına hərbəgetmədilər, ya zorla aparıldılar, ya həlak oldular və ya şikəst qaldılar, sağqayıdanlar da hərbin travmasını ömürləri boyu unutmadılar.

Dünyaağalığı üçün ayağa durmuş qərbin kaftar qüvvələri bir qığılcıma bənd olan dünyaatmosferinə 1939-cu ildə benzin töküb od vurdular. Bugün də dünyada meydansulayan ABŞ, İngiltərə, Fransa, Almaniya və Rusiya İkinci Dünya Müharibəsi adlıməşum filmin baş rolunda iştirak etdilər. Milyonlarla ocağı söndürdülər, evlərixaraba, ata-anaları ağlar, uşaqları atasız, anasız buraxdılar və dünyanın xəritəsiniöz arzularına görə bölüşdülər. Sonra bir də yalançı BMT və BMT Güvənlik Təşkilatınıyaratdılar. Bu iki təşkilat dünən də bugün də yalnızca onlara xidmət edir.

BolşevikRusiya 70 il Azərbaycanın sərvətini qarət edib daşıdı, qarşılığında da heç nəvermədi. 1988-ci ildə Bakıya gəldiyimdə hər bir şeyi yaxşıca görüb dərk elədim.Azərbaycan müstəqil olduqdan sonra 25 ildə simasını tamamilə dəyişdi. 1988-ciillərdə küçələrdə şütüyən maşınlar qırıq-salxaq zaparoşlar, jiqulilər vəvolqalar idi, indi isə onların üzünə də baxan yoxdur. Əstağfurullah kəndlilərindi onlarla becərdikləri kələm, soğan, kartof kimi şeyləri yükləyib aparıb şəhərlərdəsatırlar. Türkiyənin böyük şəhərlərində altı ay dolansanız, bir neçə dənə görəbiləcəyiniz maşınları yalnızca Bakıda deyil, Azərbaycanın hər bir küncündə dəqiqəbaşına görə bilərsiniz. Bu da müstəqil Azərbaycanın 25 ildə getdiyi yolun göstəricisidir.Bəs yollar, körpülər, yeni-yeni tikililər. Tanrım müqəddəs vətənimizi qorusun!

20Yanvar 1990-cı ildə Bakıda soyqırım törədildi. Alimlər, qadınlar, kişilər,qızlar heç bir günahları olmadığı halda, gülləbaran edildilər. Çünki onlarBolşevizmin müstəmləkəçiliyinin əleyhinə olaraq öz müstəqilliklərini arzulamış,özgəsinin heç nəyinə göz tikməmişdilər. Öz vətənlərində bugünkü kimi azad vəfiravan yaşamaqdan savayı heç nə istəməmişdilər. Bolşeviklərə görə, Azərbaycanınazadlığını istəmək isə dünyanın ən böyük cinayəti (???) idi. Ona görə dəbiçildilər, tankların altında xırd-xəşil edildilər. Bununla da qurtarmadı… XIX əsrinbirinci rübündə bölünən, XX yüzilin birinci rübündə də parçalanan və hər birparçası özgələrinə Bolşeviklərin əliylə dədələrinin malı kimi peşkəş çəkilənMüqəddəs Azərbaycanın 20 faizi işğal edildi. Daim çörəyini yeyib, suyunu içdiyivə Türkə düşmən edilən gəlmə ermənilərə bağışlandı. Və dünya tarixinin ən dəhşətlisoyqırımı Xocalıda törədildi.

BMT,BMT Güvənlik Təşkilatı bunları duymadı, görmədi, onlar üçün yazılanlarıoxumadı, yalandan kağız üstündə qalan bir neçə qətnamə qəbul etdi o qədər.

XXyüzilin başlarında Osmanlı imperiyası dağıdıldı, Türkiyə işğal edildi. Yunanordusu İzmirdən çıxıb Ankaranın sərhəddinə gələnə kimi olan yerləri işğaletdiyində ermənilərin Azərbaycanda törətdiyi cinayətlərdən, soyqırımlardan dahabetərini həyata keçirdi. Ulu Tanrının Türk milləti üçün seçib yolladığı MustafaKamal Atatürkün rəhbərliyində yeridilən Azadlıq Müharibəsində yunanlara tarixibir dərs verildi və işğalçılar ölkədən dəryazla, baltayla, bellə qovuldu.Lozanda sülh müzakirələri başladıqda Türkiyənin qarşısına işğalçı Yunanıstandeyil, İngiltərə gəlib oturdu (İşğaldan sonra Azərbaycanla Ermənistan və yahansı dövlət müzakirələr aparır onu bilmirəm). Türkiyə etiraz etsə də, adısonra BMT olacaq qondarma təşkilat Türkiyənin etirazına fikir vermədi və İngiltərəilə dostları hərbdən qalib çıxmış Türkiyənin arzusunu deyil, öz tələblərinisülh sazişinə yazdırdılar. Yeni yaranmış Türkiyə o sazişi məcburi şəkildə qəbuletdi.

ABŞindiyə kimi Lozan sazişini imzalamayıb. Bu dövlət bu gün utanmadan deyir ki,Türkiyə bizim müttəfiqimizdir, dostumuzdur.

Biz,nəsillərimizə dostumuz kimdir, əsil düşmənlərimiz kimdir, onu yaxşı öyrətməliyik.Tariximizi ibtidai məktəblərdən başlayaraq, onlara yaxşı öyrətməsək, yarındası(sabahısı) günlərdə Allah eləməmiş başımıza gələn bəlalar nəsillərimizin başınada gələ bilər.

ÜçüncüDünya Müharibəsi isə 1993-cü ildə başda ABŞ və İngiltərə olmaqla, dünyanınvampir qüvvələrinin İraqı işğal etmələriylə birlikdə başlayıb və bu müharibədavam edir. İraq və Suriya torpaqlarında hansı işğalçı dövlətlərin ordusu var,hamıya məlumdur. Onların məqsədləri İranı və Türkiyəni dağıtmaqdır.

MənTanrıya və onun ilahi ədalətinə inanan bir insanam. Qisas qıyamətə qalmayıb vəqalmayacaq, ancaq bunların tifaqının dağıldığını mən görəcəyəmmi???

OnuTanrı bilir!

TƏQVİM / ARXİV