ABŞ-dən sülhlə bağlı Bakı və İrəvana çağırış

141 | 2025-03-14 17:10

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir. 

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında qeyd olunub. 

ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir ki, bu, hər iki ölkə üçün prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini dəyişmək üçün bir fürsətdir: "İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır". 

TƏQVİM / ARXİV