adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AQİL ABBAS: «BƏLKƏ O ZƏHƏRDƏN BİR AZ GƏTİRƏNLƏRƏ İYLƏDƏLƏR?»

AQİL ABBAS
43871 | 2018-06-20 14:59

İndibilmirəm, keçmişdə körpü tikiləndən sonra mühəndisailəsini götürüb altında dayanmalıydı,ondan sonra körpünün üstündən ağır yük maşınları keçməli idi.Bu ondan ötəri idi ki, mühəndis işinə məsuliyyətlə yanaşsın.

Dalbadalpambıq tarlalarında zəhərlənmə hadisələribaş verir. İlk Saatlıda oldu deyəsən, ondan sonra dalbadal rəsmi qurumlardan açıqlama gəldi. Hətta televizyonlarda pambıqtarlasında işlərkən dərmanlardan qorunmaqüçün necə geyinmək lazım olduğunu göstərdilər.Əvvəla, əvvəlcədən maarifləndirmə aparılmalıydı, qapı bağlanandan sonra yox.

İkincisi,yadıma keçən ilki bir hadisə düşdü. Fermerlər şikayət edirdilər ki, sovka üçüngətirilən dərmanlar yararsızdı, hətta iki-üç dəfə vururuq, sovka elə bil araq içmişadam kimi daha çox yeməyə daraşır. Mən də fermerlərə bildirdim ki, həmin dərmanlardandüzgün istifadə etmirsiz, ona görə sovka ölmür. Gərəkdir ki, sovkanı tutasan, boğazınısıxasan, ağzını aça, ondan sonra dərmanı tökəsən onun ağzına.

İndiİmişlidə də zəhərlənmə olub. Bütün rəsmiqurumların rəhbərləri də gedib hadisə yerinə.Allaha şükür, ölüm-itim olmayıb.

İndidə bir məsləhətim var. Birinci Kənd TəsərrüfatıNazirliyi araşdırmalıdır ki, bu zəhəri kimgətirir. Və nazirliyin də öz borcudur ki, əvvəlcədən maarifləndirmə işi aparmalıydı. Televiziyalarda bir müğənninin evindən gedən verilişlərin birini azaldıb bununla bağlı proqram yapmalıydılar. Hələ də gec deyil.

Məsləhətimdə odur ki, Kənd Təsərrüfatı Nazirliyi indən belə kim zəhər gətirsə, əvvəlcə onunözünə qoxulatsın, sonra istehsalata buraxsın.

«Qrafinyade Monsoro» filmində Şiko demiş, yuxarıdakılar da onlaraməsləhət verdiyimə görə məni bağışlasın.


TƏQVİM / ARXİV