adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: FUTBOL BİR BƏLADIR Kİ, MÜBTƏLA OLMAYAN BİLMƏZ

AQİL ABBAS
69490 | 2019-08-05 10:43

Son zamanlar sevdiyim komandalarınoyununa baxa bilmirəm. Sevdiyim deyəndə,«Qarabağ» və Türkiyənin milli komandasının.Həddindən çox həyəcanlanıram. Baxdığım anlardada şərhçidən çox mən öz-özümə danışıb, çığırıb-bağırıram. Kəsəsi, futbol elə bir xəstəlikdir ki, müalicəsiyoxdur. Heç müalicə olunmaq da istəmirəm. Bu xəstəlik eşq kimişeydir, ləzzət edir.

Televizorun önündə oturub saat doqquzugözləyirəm. Bütün redaksiyanı göndərmişəmfutbola. Sosial şəbəkələrdə şəkillərinipaylaşıblar. Nicat ağdamlı olub, Ağdamdadoğulmayan oğlunu da aparıb. Uşaq özü boydabir pop-kornu da alıb qucağına . And olsunİmarətə , and olsun Daşaltı çayına (dahaTanrıya and içmək istəmirəm, çünki bizi eşitmir)bu cocuq gün gələcək İmarətdə babası Novruz kimi top qovalayacaq.

Saat doqquz. Oyun başlayır, elə odəqiqə hirslənirəm. Fəxrimiz və kapitanımız Rəşad Sadıqov hakimlərin yanındadı. Amma br dəqiqədir qonaqlarınkapitanı görsənmir. Nəhayət, gəlir.Topu qoyublar mərkəzə. «Qarabağ» komandasıöz yerini tutub, hakim də yerindədi, işarəvermək istəyir, vaxt da keçir, amma qonaqlar hələ məşvərət edirlər. Yadıma irlandların baş məşqçisinin sözləridüşür ki, «Qarabağ»ın oyunçuları əsəbləşəcək.Mən televizorun önündə əsəbləşirəmsə, deməli, bizim uşaqlar dabığlarını çeynəyirlər.

Oyun başlayır. Elə ilk saniyələrdə gözəl bir ötürmə ilə çox sevdiyim Mahir qapıçı ilə təkbətək çıxır. Və topu tora göndərə bilmir. «Ay səni çörək tutmasın»-deyib televizoru söndürürəm.

Xanımım deyir ki, dur keçək mətbəxə,baxma. Deyirəm, yox, elə burda oturacam,hərdənbir açıb hesaba baxacam.Yenə beş dəqiqədən sonra televizoru açıram və yenə bağlayıram. Bir beş dəqiqə də keçir, yenəaçıram, bu vaxt bizimkilər qol vurur.Necə bağırıramsa, yuxarıdan oğlum yüyürüb gəlir:

- Nə olub?

Anası:

- «Qarabağ» qol vurub.

Uşaq başını silkələyir, əlini yelləyir və qayıdır. Uşaq deyəndə, 36 yaşı var. Və o uşaq ki,«Qarabağ» deyəsən, 1996-cı iliydi,ya 97-di Çexiyada «Yablonets»lə oynayanda bizim qapımıza üçüncü top vurulanda (5:0 uduzmuşduq) bax, indibu gün əlini yelləyən oğlan yanıma qalxıbhönkür-hönkür ağlamışdı. Və mən də uşağa qoşulub ağlamışdım.Praqanın meri məni sakitləşdirə bilmirdi. İndi həmin oğlum futbola nifrət edir. «Qarabağ»ın həmin vaxt uduzduğuna görə yox, son illər futboldagedən alverlərə görə. Mənə sübut etməyə çalışır ki, day futbol yoxdu, alver var.

Mən də alver olduğunu bilirəmvə bu məsələdə dalaşırıq. Və həmişədə oğlum özünü qalib hesabedib mübahisəni kəsir. Və həttaLenindən mənə sitat çəkir: «Mübahisəedənin ikisi də axmaqdı. Biri bildiyi şeyə görə mübahisə edir, digəri bilmədiyişeyə görə». Və axmaq vəziyyətinəelə mən düşürəm.

Yenə televizoru açıram . Hücum edən qonaqlardı. Tez bağlayıram ki, birdən qol olar.

Sizə bir yuxu danışacam,amma bir az sonra.

Televizoru yenə açıram. Rəqiblərinqapısı ağzındayıq, bir an məsələsidirki, topu qapıya vuraq. Amma bizim oyunçufarmazonluq eləyir, mən bağırıram .

Xanımım deyir:

- Gecikdi.

Gülmək məni tutur. Yadıma Bəşir Səfəroğlunun«Polad» Sumqayıtın oyunu ilə bağlıteleviziyada bir süjeti düşür.Deməli , penalti veriblər. Lütvəlidurub qapıda, Bəşir Səfəroğlu vuracaq. Həmin vaxt xanımıda otərəf-bu tərəfə qaçır, Bəşir Səfəroğlu deyir:

- Xəstələnib.

İndi mənim də keçici xəstəlik kimifutbol xəstəliyim xanımımakeçib.

Deyir:

- Gecikdi.

Gülmək məni tutur, xanımım da xəstələnib, amma üzə vurmur. Amma hərdən sosial şəbəkədə bu xəstəliyi ilə bağlı statuslar yazır.

Gələk yuxuya. Bilmirəm neçənci iliydi. «Beşiktaş» «Dinamo» Kiyevlə Kiyevdəpley-off oynayır. Əgər heç-heçə etsəÇempionlar Liqasının qrupunabizimki düşür. Deyəsən, təxminən 2000-ci illərdi. Gəlmişəm evə, Türkiyə kanallarındaoyunu axtarıram, heç biri göstərmir. Demək olar ki, kanallarda kim-kimdən boşandı, kim kimi alı qoydu, mənasız seriallar,mənasız filmlər və sair və ilaxır. Heçbir kanal futbolu göstərmir. Keçirəm rus kanallarına, onlar da təbii ki, Türkiyəni və Ukraynanı «çox sevdiklərindən» Zimbabvenin oyununu göstərirlər, amma onu göstərmirlər. Televizorda Ukraynanın kanallarınıtutmur, az qala ürəyim partlayır. Deməli, «Beşiktaş» heç-heçə eləsə düşürfinallara. Çox bərk əsəbləşirəm. Oyununqurtarmasını gözləyirəm ki, hesabıbilim. Keçib o biri otaqdabir az uyuyuram. Bu vaxtatam yuxuma girir. Deyir, narahatolma, hesab heç-heçə olub.

Yuxudan ayılıram, atam da tez-tez yuxumagirən deyil . Nə isə , kefim kökəlir. Gəlirəm, xanımım mətbəxdə çay içir. Baxır ki, üzüm gülür. Soruşur ki, nə olub. Deyirəm ki, atam yuxumagirdi, dedi ki, narahat olma, heç-heçə olub. O da böyük oğlum kimi başını yelləyir. Və nəhayət,mənasız Türk kanalları açıqlayır ki, doğrudan da hesab heç-heçə olub və «Beşiktaş» düşüb qrupa.

Bu mənə çox qəribə təsir elədi. Həmin gecə yatmadım, «Qiyamət gecəsi» adlı bir povestyazdım. Oxuyanlar oxuyub, oxumayanlar da tapıb oxusun.Həmin povestin futbola heç bir dəxli yoxdu.Povestdə belədi ki, mən çıxıb getmişəmAğdama – dünyasını dəyişmiş atamın,anamın, qardaşımın yanına. Doğrudan, şedevrəsərdi.


Bu yuxunu niyə xatırladım biləcəksiz.

Yenə televizorun önündəyəm. Xanımım da məni tək qoymur, birdən ürək dərmanı lazım olar.Həm də kişi xeylağını tək qoymaq olmaz.

Yenə televizoru açıram. Çox qəribədirki, həmin an bizimkilər ikinci qolu vurur. Özü dələzzətli bir qol. Bağırıram, ammabu dəfə day oğlum gəlib soruşmur ki, nə olub. Başa düşür ki, birini də vurduq.

Xanımım gülə-gülə deyir:

- Sən televizoru tez-tez söndür aç, bəlkəbirini də vurdular.

Xanımımın ağzı dualıdı.Uzun müddət televizoruaçmıram. İstəyirsiz inanın, istəmirsiz inanmayın, özünüz bilərsiz, yenə televizoru açıram, yenə bizimkilər qol vurur. Day budəfə bağırmıram, durub oynayıram.Və televizoru yenə söndürürəm. Bir az keçir, xanımım deyir:

- Aç, qoy birini də vursunlarda.

- Bəsimizdi.

Nə isə, oyun 3:0 hesabıilə qurtarır. Bir az futboldandanışıram, bir az «Qarabağ»dan danışıram, sonra da başlayıram Ağdamdan danışmağa.Və eyni şeyləri neçənci dəfə. Xanımım bəzəneyni şeyləri dəfələrlə danışanda deyir:

-Bunu demisən.

Amma bu dəfə demir.

Oyun başlayanda nəvələrim hardansa qonaqlıqdan gəlirdi. Həmişə evə girəndə də, evdən çıxanda da məni öpürlər.Amma bu dəfə gördüm ki, ağlamsınırlar. Mən qucaqlayıb öpmək istədim, dedilərki, yatmaq istəyirik. Görünür, çox oynayıbyorulmuşdular.

Nə isə, gecə saat on ikidə televizorsöndü. Heç demə, pulunu vaxtında ödəməmişik.Nə qədər pul yükləyibaçmaq istəsək də, açılmadı. Durdum getdim yatmağa. Beynim həmişəolduğu kimi, Ağdamda dolaşır. «Qarabağ»ın növbəti oyununu düşünürəm. Beləcə, yuxuya getdim. Və gecə qəfil ayıldım. Saata baxdım - 2:59.

Çox qəribə bir yuxu görmüşdüm. Mən Ağdamı tez-tezyuxuda görürəm. Çox qəribədir ki, həmişə də gözəl şeylər görürəm. Qəribə bir yuxuydu.

Mən ad günümükeçirmirəm. Bircə dəfə dostlar məcburelədi 50 yaşımı keçirdim. Ad günüm olanda təbii ki, evimizdə xanımım məxsusiyemək bişirər. Və heç kəsi də qonaq dəvət etmərəm. Ola bilər ki, bacılarım gələr,qardaşım gələr, ya hansısa bir dostum gələr.Xüsusi yeməkdən başqa adi günlərdənbiridi.

Bir povestimdə yazmışam niyə ad günümü keçirmirəm. Povestinadı belədir: «Dünyanın ən xoşbəxtadamı». Orda deyirəm ki, qəhrəmanımad gününü keçirməzdi, çünki nə Məhəmməd peyğəmbərin nəslindəniydi, nə də Eynşteynin. Yəni onun doğulmasının heç birmənası yoxuydu.

Bəli, qəribə bir yuxuydu. Görürəm Ağdamdayam,mənə heç vaxt ad günü keçirməyənatam ad günü keçirir. Səliqəsiz həyətimiz, yarı dağılmış evimiz, qonaqlar çağırılıb. Təbii ki, həmişəki kimi, ana tərəfim hamısıbizdədi, onlar yeyib-içməyə gəlib.Ata tərəfim də kənddən toğlu göndərməlidi,hələ gəlib çıxmayıb. Məlum oldu ki, kabab bişirməyəkömürü hələ almamışıq. Maşını sürdürürəm Ağdam bazarınakömür almağa. Kömür tapılmır, bir-iki yerdə kömür var ki, onlar da satmırlar ki, qardaş, qonağımız çoxdu. Az qala həmin adamlarla dalaşmaq istəyirəm. Sonra kimsə məni tanıyır ki, bu Aqil Abbasdı. Deyirlər ki, get filankəsin yanına (adı yadımdan çıxdı) bəlkəonda olar.

Soruşuram ki, bazar dabir az boşdu, ay bala, niyə kömürtapılmır?

Məni tanıyan deyir:

- Məllim, bu gün hər yerdətoydu, camaat da toydadı, ona görə bazarboşdu, kömür də ona görə tapılmır.

Nə isə, gedirəm həmin söylədikləri adamın yanına. Deyir ki, məllim, vallah, kömürazdı, amma nə varsa hamısı sənə qurbandı. Öz əlimlə kömürüyığıram torbalara, qayıdıram evə. Həyət doludu adamla. Atam da durub pilləkanların üstündə. Elan edir ki, məclis axşamdoqquzda başlayacaq. Deyirəm, əşi, nə danışırsan, doqquzda məclis olar? Camaatyığılıb. Atam qayıdır ki, Şahmar hələ gəlməyib.

Şahmar Əkbərzadəni deyir,əmimoğlu. Və mənim atamla birgə Məmməd Arazın evinə elçiliyə gedən əmimoğlum. Və bir də heç vaxt görə bilməyəcəyim əmimoğlu. Çünki o cənnətdədi, məni ora buraxan kimdi?

Deyirəm ki, biz başlayaq,gəlib çıxar da. Deyir, yox, onsuz olmaz.

Sonra məlum olurki, süfrə stolumuz çox kiçikdi, bu qədəradamı tuta bilməz. İndi stolu hardan tapaq? Bu vaxt görürəm ki, darvazadan iki yük maşını girir içəri. Kiçik oğlum yük maşınlarını açır, birindən çoxlu taxta çıxır,birindən də adamlar tökülür. Deyir ki, indibu dəqiqə nə boyda istəyirsiz stollar düzəldəcəklər.Sonra mənə qayıtdı ki, deyirlərAğdam bazarında boşluqdu.

Şahmar Əkbərzadəgəlib çıxmamış yuxudanayıldım. Və saata baxdım -saat 2:59.

Və yuxumu xanımıma danışdım.Adətən mənim belə mənasız yuxularıma, sözlərimə qulaq asmayan xanımımbu dəfə hövsələ ilə axıradək dinlədivə dedi:

- Nə gözəl yuxu görmüsən.

Mən də düşdüm həyətə, bir siqaretyandırdım.

«Qapqara uzun saçlar»(və ya «Saçın ucun hörməzlər») povestimdəbelə bir yer var. Əsərin qəhrəmanı xərçəng xəstəsidir və xəstəxanada ölümünügözləyir. Dostu da hər gün onun yanına gedir. Əsərin qəhrəmanı bir qız sevir, qız da ona laqeyddi və dostu onun yanınagələndə hər dəfə soruşur ki, sevdiyiqızı görürmü? Dostu da deyir ki, hə,sənə salam göndərir. Sonra hər dəfə gələndə yaxınlıqdakı gül mağazasındanbir dəstə gül alır və verir tibb bacısına,xahiş edir ki, gülləri verəndə soruşsa kimgətirib, denən ki, bu boyda, bu buxunda, mavigözlü bir qız gətirir və xahiş edirki, sizə deməyim kimin gətirdiyini.

Və hər gün gələndə dostu deyir:

- Bilirsən, o mənə gül gətirir.

- Doğrudan?

- Hə, o gülləri sərirərmsinəmin üstünə, iyləyirəm, bütün ağrılarımkəsir.

Və bir gün dost gələndəgül almağa pulu olmur. Görür ki, xəstədostu dilxordu. Soruşur ki, nə olub? Deyir,deyəsən xəstələnib və ya nəsə olub, bu gün mənə gül gətirməyib.

Dost çıxır, cibində bir qəpiyi yox, gəlir gül satanınyanına. Deyir ki, mənə bir dəstəgül ver, amma pulum yoxdu, vallah, sabah gətirəcəm.

Gül satan - canın sağ olsun, - deyir və birgözəl gül dəstəsi hazırlayıb verir.O da yenə gətiribverir tibb bacısına, deyir ki, aparver .

Sonra xəstəxananın həyətində səkidə oturubbir siqaret çəkir. Və siqaret ona oqədər ləzzət edir ki, ikincisini yandırır.

Və mən də həyətə düşüb bir siqaret çəkdimvə o qədər ləzzət elədi ki, Ağdamda kino-teatrındirektoru Fazil Qasımov kimi siqaretinoduna ikincisini yandırdım.

Amma ikincisi ləzzət eləmədi.

P.S. Yaşa, Qurban Qurbanov, bu hislərimənə yaşatdığına görə! Yaşa, «Qarabağ»ın,Rəşad Sadıqov başda olmaqla, köhlən ayğırları, buhisləri mənə yaşatdığınıza görə.

Abdulbari Gözəl başda olmaqla, «Qarabağ»ın bütün rəhbərliyinətəşəkkür edirəm.

Amma and olsun İmarətə vəand olsun Daşaltı çayına, bizim Nicatın balasıMurad Ağdamda İmarətdə babası Novruz kimitop qovalayacaq.

Və mən də inanıram ki, Ağdamdaad günümü keçirəcəm və hamınızı dəvət edəcəm.


TƏQVİM / ARXİV