adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: GÖRÜRSƏN QATAR GƏLİR, KEÇMƏ DƏ!

AQİL ABBAS
98456 | 2020-07-01 09:00

Rəhmətlik Habil Əliyevin məşhur bir lətifəsi var, həmin lətifəni təkrar etməkdə fayda var.

Əbülfət Əliyevin birqohumunu qatar vurubmuş, sənət dostları,Habil Əliyev də onların içində olmaqla, yığışıbgedirlər Ağdama yasa. Babatda yağış yağıbmış. Kəndə gedəndə maşınbatır, məcbur olurlar ki, düşüb itələsinlər.

Təkərin altından çıxan palçıq Habil Əliyevin üst-başınıbatırır.

Habil müəllimüstünün palçığını təmizləyə-təmizləyəhirsli-hirsli deyir:

- Rəhmətliyin oğlu, - nəsəağır bir söz demək istəyir, görürƏbülfət durub yanındasözü fırladır; - görürsənqatar gəlir, keçmə də, başına dönüm.

İndikorona da həmin qatardı. Özü də düz gəlmirey, köndələninə gəlir, qabağına keçəni silib-süpürür. Köndələngələn karona qatarından özümüzüqorumalıyıq, yolunun ağzına çıxmamalıyıq.

Ammabiz bu məsuliyyəti hiss eləmirik . Özü də bizdən nə tələb olunur: özümüzü qorumaq!Bunun üçün də maska taxmaq, ara məsafəsisaxlamaq , sanitar-gigiyena qaydalarınaəməl etmək və vacib olmadan evdən çıxmamaq. Bu, çox çətindimi?

Hər gün oxuyuruq ki, karantin qaydalarınıpozduğuna görə nə qədər adam cəzalandırılıb: 1000-1500, nə qədər adaminzibati məsuliyyətə cəlbolunub. Bir sözlə, Qərargah nə qərar çıxarırsa, yenə öhd olmur. Və nəticədə hökumət məcbur olub cəzaları sərtləşdirirvə cərimələri artırır. Cərimələrin artırılmasına da təbii ki, insanlar etiraz edirlər.

Dostum, necə deyərlər, qırmızı işıqda keçmə, cəriməni ödəmə də!

Cərimə olunmaq istəmirsənsə, sosial şəbəkələrdə söyüş yazmaqdansa qanunlaraəməl et, qanunlara tabe ol.

Belə bir söz var ki, Çingiz xan deyib: «Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi,bir igid isə bir ölkəni xilas edir».

İndi özünü qoruyanbalalarını qoruyur, ailəsini qoruyur. Balalarını, ailəsini qoruyanqohum-əqrəbasını qoruyur, qohum-əqrəbasınıda qoruyan kəndini-kəsəyini,elini-obasını, millətini qoruyur.

Pandemiya zarafat götürmür,lağlağı götürmür .

İndi nə qədər insanxəstələnməlidir ki, nə qədər insanölməlidir ki, siz buna inanasınızvə özünüzü qoruyasınız?!

Görürsüz karona qatarı gəlir, özü də köndələn gəlir, keçməyin də başınıza dönüm,yolu keçməyin!


TƏQVİM / ARXİV