adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: POLİS ŞƏRƏFLİ BİR YOL KEÇİB

AQİL ABBAS
58311 | 2019-10-26 09:40

Şəhərin ən böyük yerində və strateji bölgəsində icazəsiz mitinq keçirməyə cəhd göstərildi. Özü də hansı bir zamanda? Möhtərəm Prezidentin həm Soçidə,həm də MDB dövlət başçılarının Aşqabadda keçirilən Zirvə toplantısında Qarabağlabağlı dünyaya verdiyi sərt mesajlardan, eləcə də son zamanlar ölkədə gedən ciddi islahatlardan sonra.

Görünür, Möhtərəm Prezidentin dünyayaverdiyi mesajlar və apardığı islahatlar həm xaricdə , həm də daxildə Azərbaycanın inkişafınıgözügötürməyənləri bərk narahat edib. Ona görə də ölkədəsabitliyi pozmağa çalışırlar. Təbii ki, istəklərinə nail ola bilmədilər. Azərbaycanpolisi layiqincə icazəsiz mitinqin qarşısınıaldı.

Azərbaycan MDB məkanında əmin-aman və stabil bir dövlətsayılır. Təbii ki, bu Möhtərəm Prezidentin apardığıdaxili siyasətin nəticəsidir.Azərbaycan MDB məkanında ən az cinayəttörədilən , cinayətkarlığın açılma faizinə görə də öndə gedən, eləcə də cinayətkarqrupların demək olar ki, olmadığı bir ölkədir.

Təbii ki, bu da Azərbaycan polisininMöhtərəm Prezidentin onların qarşısına qodyğuvəzifəni ləyaqətlə yerinə yetirməsindən irəligəlir. Ölkədəki əmin-amanlığa, sabitliyə görə polisə borcluyuq.

Və icazəsiz mitinqdə bir məqsəd dəpolisi gözdən salmaq, gündən-günə artan nüfuzuna xələl gətirmək məqsədi güdür.

Saytlarda, sosial şəbəkələrdə, ölkəmizədüşmən kəsilən çoxminlisəhifələrdə mitinqin qarşısını alarkən baş verən üç-dördolayı montaj edib yayımlayırlar. Xüsusi qruplar da polisin gözünüqırmaq üçün böyük bir hücumakeçiblər və keçirlər. Təhqir, böhtan, söyüş…

Əvvəla, bu polis sənin atandı, əmindi, dayındı, balandı, bacındı. Və sənin əmin-amanlıqda yaşaman üçün gecəsini gündüzünə qatan, iş saatı olmayan və lazım gələndəözünü cinayətkar gülləsinin qabağınaverib şəhid olan qardaşlarımızdı.

İkincisi, Azərbaycan polisinin beləhücumlarla, şantajlarla gözünü qırmaq olmaz.Azərbaycan polisi Qarabağ müharibəsindəçox çətinliklərdən, cinayətkarlığa qarşı mübarizədən şərəfləçıxıb gəlib bu günə çatıb.

Və bu gün də şərəflə öz vəzifə borcunu yerinə yetirir.

Polis səni qoruduğu kimi, sən də polisiniqorumalı və sevməlisən.


TƏQVİM / ARXİV