adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: ROBER OSSEYN VƏ ŞARL AZNAVUR

AQİL ABBAS
55469 | 2018-09-30 11:07

Yayda mətbuatda oxudumki, Fransanın məşhur rejissoru və aktyoruRober Osseyn hardasa çıxışında deyib ki,mən azərbaycanlıyam. Və təbii ki, azərbaycanlıdı.Gənclik illərimizdə onun çəkildiyi filmlərəbaxmaq üçün «Nizami» kinoteatrının qabağına «Məhsul» stadionundakı mitinqlərdənçox adam yığılardı. Adı titrdə görünəndə də, ekranda ilk görünüşündə də zalı alqış sədalarıbürüyərdi. Onunla bir qürur duyardıq, küçələrdə bir hind aktyorlarının, bir də onun şəkillərisatılardı.

Sağlığına qismət , çox imkanlı adamdı, milyarderdi. Özünün teatr truppası,kinoteatrları, studiyaları və sair və ilaxır.

Osseynin atası cılxaazərbaycanlıdı , anası da urusdu. Yəni haqqı çatır desin ki, mən azərbaycanlıyam.

Amma doğrudanmı o,azərbaycanlıdı?

Türk sultanlarınınyeddinci babası türk olduğu kimi, Şarl Aznavurun da yeddinci babası ermənidi. O da Fransada yaşayır, onun da geniş imkanları var. Amma onun nə imkanları, nə də şöhrətiRober Osseynə çatmaz.

Qarabağ savaşı başlayandan Şarl Aznavur həm Qarabağda,həm Ermənistanda, eləcə də Fransada və dünyanınböyük-böyük ölkələrində meydandaydı. «Qarabağ» bağıra-bağıra dünyanın diqqətiniErmənistanın işğalçı siyasətinə yönəldirdi. Dünyanın böyük şəhərlərininböyük konsert salonlarında konsertlər verir,qazandığı pulları Ermənistana və Qarabağagöndərirdi. Amerikanın ortasında Qarabağayardım kampaniyası aparırdı. Harda birkol dibi vardı, Şarl Aznavur ordaydı.Hətta ermənilər onu səfir də təyin elədilər ki – Avropanın hansısa ölkəsinə yadımda deyil – həm toxunulmazlıq hüququ alsın, həm də səsi daha möhkəm çıxsın. İndi də öz missiyasını yerinə yetirir.

Düz 30 ildi bir müsibətin içindəyik , 20 min şəhid vermişik , iki o qədər qazimiz var, torpağımızın 20 faiziişğal altındadı, abidələrimizi yerlə-yeksan edirlər, məscidlərimizdə donuzsaxlayırlar, Rober Osseynin bir səsini eşitmisiniz? Bəlkə , çox yox, bircə Kamazqaçqınlara yardım göndərib? Yardım göndərməyi cəhənnəm,bəlkə Azərbaycanın xeyirinəhansısa tribunadan ikicə kəlmə xoş söz deyib? Fransanınhansısa qəzetində xeyirimizə bir müsahibəverib? Mən görməmişəm və eşitməmişəm. Görənlər, eşidənlər varsa desinlər,bu yazım üçün üzr istəyim.

1993-cü ildə birqrup jurnalist ABŞ-da səfərdəydik. Nyu-Yorkda yaşayan bir azərbaycanlı milyarder eşidir ki, azərbaycanlı jurnalistlər gəlib, biziqonaq dəvət elədi. Çox böyük şirkətlərivardı, hətta öyrəndik ki, Amerikada beşinciaviakompaniya da ona məxsusdu. Bizi Bakıdakı keçmiş Dzerjinski bağı boyda olan bir bağagətirdilər . Məlum oldu ki, bağ da həminmilyarderindi. Bağın həyətinə maşın buraxılmırdı, dedilər hətta prezidentin maşını daburaxılmır, faytonlar işləyirdi. Ammabizə xüsusi bir hörmət edib avtobusumuzu düz restoranın önünə sürdülər.Bağda bir neçə restoran və bir neçə kazino vardı. Nə isə…

Milyarder xanımıilə başda oturmuşdu. Hörmətli Həsən Həsənov dayerlibazlıq edib (xanımı tərəfdən) məni başda,milyarderin yanında oturtdu. 50-55 yaşlarında,yaraşıqlı bir kişi idi. Stolun üstündə quşsüdü. Sağlıq sağlığın dalınca. Mən içmirdim, Mehman Cavadoğlu yaxınlaşıbsoruşdu ki, niyə içmirsən? Dedim ki, ürəyimdə söz var, onu deyəcəm, sonraelə bilərlər içib danışıram.

Üzümü milyarderətutub, soruşdum ki, doğrudanmı bu mülklər, bu şirkətlər sizindi? Dedi, bəli. Soruşdum, siz doğrudan azərbaycanlısınız? Dedi, anlamadım. Dedim, burda anlaya bilməyəcək nə var ki, soruşuramsiz doğrudan azərbaycanlısınız? Dedi, əlbəttə. Dedim, inanmıram. Həsən müəllim də qılçıma qəşəng bir təpik ilişdirdi.Amma çox xoş təpik idi.

- Nəyiniz var, sağlığınızaqismət. Üç ildi Azərbaycanda müharibə gedir,kəndlərimiz, şəhərlərimiz yandırılır, minlərlə insan həlak olur, yüz minlərlə dəqaçqınımız var. Siz azərbaycanlı olsaydınız indiyədək o təyyarələrinizin birinə bir az dava-dərmandan yükləyibgöndərərdiz yaralılarımıza. Və mənbu badəni qaldırıramAzərbaycanın və azərbaycanlılarınsağlığına.

İndi Rober Osseyn də o Nyu-Yorkdakı azərbaycanlı kimi azərbaycanlıdı. Get kinonu çək.

Əsl azərbaycanlıRober Osseyn deyil, Qarabağda qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman, yəhudi AlbertAraqunovdu.


TƏQVİM / ARXİV