adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: SİZ KİMİN ƏMİSİ OĞLUSUNUZ?..

AQİL ABBAS
143264 | 2020-01-11 18:00

Deməli, belə. Ermənistanda birsosial paylaşım oldu Paşinyanın adındanki, Qasım Süleymanini qətlə yetirdiyinə görəTrampı təbrik edib. Bizim mətbuatda dərhal bundan yararlanmağa çalışdı. Daha sonra bir şəkil də bizim saytlarvə sosial şəbəkələr paylaşdı, həmin Süleymani ilə Monte Melkumyanın birgəçox doğma fotolarını və genişmüzakirələr başladı.

Və dərhal da bir əksreaksiya verildi, bizim yenə saytlarPaşinyanın Trampa təbrikinivə məlum fotonun saxta olduğunu sübut etməyə çalışdılar, çoxlu da arqumentlər gətirdilər. Həm dəhəm təbrik məsələsini, həm də fotonu paylaşan mətbuat vasitələrini yalan yazmaqda,dezinformasiya yaymaqda ittiham etdilər.

İrəvan mətbuatı və ideoloqları bütün günü Azərbaycan dövlətinin və Azərbaycanxalqının əleyhinə dezinformasiyayayırlar. Özü də təkcə Ermənistandadeyil, bütün dünyada, xüsusilə Avropada. Və bir dezinformasiyalarını sübut eləmək üçün daha əlavə yüzdezinformasiya yayırlar. Yüzlərlə belə fakt yaza bilərəm, siz də bilirsiniz. İkicəfakt gətirirəm. Xocalı soyqırımında qətlə yetirilən qadınların,qocaların, körpələrin şəkillərinibütün dünyaya yayaraq bildirdilər ki, guya bu bir ermənikəndində qırılan ermənilərdi,bunları Azərbaycan əsgərləriöldürüb. Və təbii ki, inandıra da bildilər. Amma sonra Azərbaycan güclübir əkshücuma keçdi və onlarınyalanlarını çox ciddi dəlillərlə ifşa etdi və dünyanı da inandıra bildi. Təbii ki, bu məsələdəHeydər Əliyev Fondunun xüsusi rolu oldu.Və Fondun birinci vitse-prezidenti Leylaxanım Əliyevanın dünyada apardığı «Xocalıya ədalət» kampaniyası da bu məsələdəçox qətiyyətli addımlar idi.

Amma ermənilər ikinci birdezinformasiya yaymağa başladılar ki,xocalıları qətl edənlər elə azərbaycanlılarözləri olub. Təbii ki, onun da qarşısıalındı. Başqa bir dezinformasiya – Apreldöyüşlərində Ermənistan ordusu çox böyükbiabırçılıqla məğlub oldu, bir çox yüksəklikləri itirdi, min hektarlarla torpaq düşmən işğalından azad edildi. Bunlar hamısısənəddi, faktdı. Amma həm erməni xalqının, həm də dünyadakıermənilərin ruhdan düşməməsi üçün dərhal Hollivuddan bir neçə məşhurrejissor və aktyor dəvət edərəkfilm çəkdilər. Guya Aprel döyüşlərində erməniordusu qalib gəlib. Filmin təsir gücü çox böyük olur, bəzən bir filmi yüz milyondan çoxadam izləyir, amma bir qəzeti,bir romanı uzaqbaşı yüz min adam oxuya, ya oxumaz.

Hələ ki bizim rejissorlarımız vəssenaristlərimiz onların filminə qarşı əsl həqiqəti əks etdirən filmortaya qoya bilməyiblər. Yəqin ki, tezlikləo da olacaq.

Qayıdaq dezinformasiya məsələsinə.Hind fəlsəfəsində belə bir deyim var: «Məhəbbətdə və müharibədə qalib gəlmək üçün bütün yalanlardan istifadə edə bilərsən, bu günah sayılmır».Ona görə də müharibə edən ölkələr bir-birlərinin əleyhinədezinformasiyalar yayırlar. Elə uzağagetməyək, bu günlərdə İran ABŞ-ın İraqdakı bazalarına qisas əməliyyatı çərçivəsində 15 raket atdı və bildirdi ki, bu hücumda 80 ABŞ əsgəriöldürülüb. Tramp da bəyan elədi ki,heç bir əsgərimizin də burnuqanamayıb. Kimin düz, kimin yalan söylədiyiniheç Allah da bilmir, ona görə ki, Allah əlini çoxdan bu dünyadan üzüb və budünyanın işlərinə qarışmır. Və Məmməd Araz demiş, qayıdıb yerinəqoymur bu kainatı.

Məşhur bir lətifə var. İkinciDünya Müharibəsi gedir. 43-cü ildə bir yəhudiniəsgərliyə çağırırlar ki, gəlget müharibəyə. Yəhudi əlində yüzlərlə qəzetgəlir hərbi komissarlığa, deyir ki,müharibə qurtarmayıb ki, məni çağırmısınız?

Deyirlər nəboş-boş danışırsan. Yəhudi qəzetləri qoyurkomissarın stolunun üstünə və deyir:

- Bu bizim Pravda,Almaniyada altmış milyon əhaliyaşayır . Pravdanın rəsmi məlumatlarındahesablamışam , indiyədək bizaltmış beş milyon alman öldürmüşük, hələ beşmilyon da artıq. Mən gedib kimləvuraşacam?

«Pravda» qəzeti əslində rəqəmləri şişirtməkdə haqlıydı, xalqı ruhdandüşməyə qoymurdu. Və bütünSovet xalqı da o yəhudideyildi ki, oturub onuhesablaya. Yəni müharibədə dezinformasiyalar labüddü.

İndi İrəvan mətbuatı 30 ildən çoxdu bizim əleyhimizə dezinformasiyalar yayır, böhtanlar atır və sair və ilaxır. Hansısa bir Ermənistanmətbuatı, bir jurnalisti o dezinformasiyaları təkzib edibmi? Etməz!Birinci, erməni olduğuna görə.İkinci də, təkzib edərsə, çəkib ciyərini çıxararlar.

İndi bizim mətbuatındezinformasiya yaydığını dərhal öz jurnalistlərimiz, öz saytlarımız, mətbuatvasitələrimiz təkzib etməyəbaşladılar. Nolub, dostlar?

Əslində Paşinyanın Trampı məlum olayla bağlı təbrik etməsi dezinformasiyadeyil, həqiqətdi. Amma sonra gördülər ki, Paşinyan çox səhv addım atıb, İran Ermənistanın dalındanqaça bilər və Ermənistanın dalı daaçıq qalar. Üstündən iki-üç günkeçəndən sonra bir yetim tapdılar və boynuna qoydular ki, bu məlumatı həmin yetim yayıb və özü də etiraf edib. Haqqında cinayət işi qaldırdılar və bu cinayəti hansımaddəyə tövsif edəcəklərini də hələ tapa bilməyirlər.

Məşhur bir lətifə də var. İki əmioğludağda qoyun otarırlar. Birdən ayı onlara hücum edir, birini tutur.Ayının tutduğu dağ adamı güclüymüş, başlayır güləşməyə, ayının pəncəsindənqurtulmağa çalışır. Eyni zamanda çığırır ki, əmioğlu,ayının qaşqasından vur. Əmioğluda ağacı fırlayır, hər dəfə vuranda ağac ayıya deyil, əmioğlunun təpəsinədəyir. Bir dəfə, iki dəfə, üç dəfə…Ayı ilə tutaşan əmioğluçığırır:

- Ə, sən mənim əmioğlumsan, yoxsa ayının?!

İndi bizim saytlardakı məlum informasiyaları təkzib etməyəçalışan dostlar, siz kimin əmisi oğlusunuz? Bizim, yoxsa ermənilərin?!


TƏQVİM / ARXİV