adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: SOĞAN YEMƏYƏNLƏRİN İÇİ NİYƏ GÖYNƏYİRDİ?!

AQİL ABBAS
76214 | 2019-12-24 09:15

Azadlıq radiosuna verdiyim müsahibələrin birində müxbirin kəndlərdə işsizlikolması ilə bağlı suala belə bircavab vermişdim: «Kəndlərdə işsizlik ola bilməz, kəndlərin torpaq payıvar, torpaq payı olan isə işsizsayılmır. Getsin əksin, biçsin. Nə əkir-əksin,nə bilim soğan əksin».

Kiminsə tapşırığı ilə bəzisaytlar mənim fikrimikontekstdən çıxararaq belə birmanşet atmışdılar: «Getsin soğan əksin». Və şərh yerlərini açıqburaxmışdılar. Sonra da yenə kiminsə tapşırığı ilə trollar məni top atəşinətutaraq sosial şəbəkələrdə və həminsaytların şərh bölməsindəağızlarına gələni yazmışdılar.

Mən adətən belə şərhləri oxumuram, zəng edib dedilər ki, bəs səni çox pis təhqir ediblər.Birini açdım, təxminən dörd-beşini oxudum, məsələ məlum olduğuüçün qapatdım. Sonraşəkillərimi guya bazardasoğan satıram kimi kollaj elədilər və paylaşdılar. Hətta bir kanal bununlabağlı məndən müsahibə aldı, mənməsələni aydınlaşdırdım,amma çıxışımdan sonra kanal mənimbazarda soğan satdığımla bağlı kollajıefirə verdi. Sağ olsunlar.

Mənə hücumun hardan gəldiyini bilirdim. Qubada,İsmayıllıda, Cəbrayılda məlum hadisələrolmuşdu – kütləvi iğtişaşlar, yandırmalar və sair və ilaxır. Bunu həmxaricdən, həm də daxildən fitildəyən qüvvələr bu dəfə Ağcabədiniseçmişdilər, rayondakı Laçın, Ağdam və Xocavənd qaçqınlarını ayağa qaldırmışdılar. Mən də dərhal Ağcabədiyəgetdim. Öz camaatım idi, yanlarında birmillət vəkili kimi, bir yazıçı kimi, birqarabağlı kimi az-çox hörmətim vardı, rayonların icra başçıları da hadisə yerində idi.Camaatla danışdıq, dərdləşdik , məsələninhəll yolunu tapdıq. Özlərini binanın5-ci mərtəbəsindən atmaq istəyən gənclər də fikirlərindənvaz keçdilər .

Həm xaricdən, həm də daxildənQubada, İsmayıllıda, Cəbrayılda iğtişaş törədənlərin Ağcabədidə belləriqırıldı. Ağcabədidən sonra bu zəncirvarireaksiya dayandı. Arzularınaçatmayanlar bellərinin qırılmağında məni də əsas günahkarlardan biri saydılar.

Təbii ki, Ağcabədinin, Ağdamın,Laçının və Xocavəndin icra başçılarının bu iğtişaşın qarşısının alınmasında böyük rolları oldu. Və mənim də bu məsələdə az-çox, türklər demiş, qatqım oldu. Sonra daelə özüm qəsəbədə qalıb camaatlaxeyli dərdləşdik, hətta zarafatlaşdıq,bir stəkan çaylarını içdim , həmino gənclərlə, eləcə də camaatla səmimisöhbətdən sonra öpüşüb-görüşübayrıldıq. Və dərhal da Bakıya qayıtdım.Qəsəbədən ayrılan kimi Azadlıq radiosu telefonaçdı, mən də hadisələrlə bağlı fikirlərimi bildirdim. Müxbir məsələni başqa səmtə yönləndirmək istəsə də, alınmadı.Azadlıq radiosu da sağ olsun, müsahibəmi təhrif etmədən efirə verdi.

Mən Bakıya çatmamış artıq «özfəaliyyətansamblı» məni top-tüfənglə qarşıladı.

Tapsam həmin müsahibəni təkrar saytımızda və qəzetimizdə dərc edəcəm.

İndi gələk soğanməsələsinə. Niyə soğanın adını çəkmişəm?Bərdədə bir əmim uşağı yaşayır, fermer təsərrüfatı var. On-on beş gün öncə görüşəndəsoruşdum ki, vəziyyət necədi,dedi , çox yaxşı. Bildirdi ki, bu il soğan əkib Gürcüstana satıb və 1 milyon 200 min manat təmiz gəlirgötürüb. Həmin anda onundediyi yadıma düşdü. Soğan söhbəti də belə oldu.

Yəqin ki hamınız MöhtərəmPrezidentimiz İlham Əliyevinyanında pambıqçılıqla əlaqədar müşavirəni izləmisiniz.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısıVidadi müəllim çıxışında beləbir məlumat verdi ki, bərdəlilər bu il təkcə soğandan 13 milyon manat xalis gəlir əldə ediblər və Prezident də bu məsələ ilə bağlı ətraflı bilgi aldı.

13 milyon manat. Soğandan, bəli,bəli, sizlərin lağa qoyduğunuz soğandan.

Yenə paylaşın həmin kollajları,kef eləyin. Bilmirəm, indi belə bir göstərişverən olacaq, yoxsa yox?!


TƏQVİM / ARXİV