adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: VƏTƏNİ ŞƏHİD OLMAQDAN QORUYAN POLİSLƏR

AQİL ABBAS
77657 | 2018-07-12 11:32

Polis! Səni, məni,bizi, milləti və dövləti qoruyan polis! Sənin, mənim, bizim, millətin, dövlətin uğrunda sinəsini cinayətkar gülləsinə sipər edibşirin canından keçən polis. Yüz illik şərəfli bir ömür yolu keçmiş, bu millətin, bu Vətənin, bu dövlətin uğrundayüzlərlə şəhid vermiş polis.

İyulun 10-da Gəncədə iki polis zabiti – polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant SəmədAbbasov namərdcəsinə qətlə yetirildilər.Hər iki zabitin öldürülməsi heç də təsadüfideyil. Məhz onların seçilib öldürülməsi əvvəlcədənplanlaşdırılmışdı. İki yüksək rütbəlizabitin aradan götürülməsi gərginliyin daha da artmasına xidmət edir.

Xoşbəxtlikdən istədiklərinənail ola bilmədilər. Üsyan təəssüratı yaratmaq istəsələr də alınmadı. Xaricdəkivə daxildiəki şərəfsizlərin şərəfsiz çağırışlarına Gəncə camaatıqoşulmadı. Meydana 150-200 adam toplaya bildilər ki, bunun da əksəriyyəti başqa bölgələrdən göndərilmiş cinayətkarlar idi.Xalq dövlətinin yanında oldu və cinayətkarlara dəstək vermədi, əksinə!

Meydandan canlı yayım yapan hansısasaytın müxbiri olan qadın bu iğtişaşı şişirtməyəçalışırdı. Bibər qazı istifadə olunmadığıhalda, türk televiziyalarından eşitdiyi «bibər qazı» ifadəsini tez-tez işlədir və bibər qazından boğulduğunudeyirdi. Kadrlardan göründüyü kimi,yanındakıların heç biri bibər qazından etkilənməmişdi. Həmin qadın da yalan məlumat, şişirdilmiş məlumat yaydığı vəxalqı təhrik elədiyi üçün Cinayət Məsuliyyətinə cəlb olunmalıdır.

Din faktoru açıq-aydın görünür. Amma istintaq araşdırmalarından sonra məlumolacaq ki, baş verən hadisələrin səbəbi,polis zabitlərinin qətlə yetirilməsi daha dərin qatlara gedib çıxır.


Azərbaycanla İranınvə Rusiyanın arasını vurmağa çalışan qüvvələrdə ortaya çıxa bilər.

Dərhal həm Rusiya,həm də İran Gəncədə baş verən bu iğtişaşla bağlı rəsmi açıqlamalarını verməlidir. Əks halda, bizim belə bir şübhəyədüşməyimizə haqqımız çatır.

Polis zabitlərini qətlə yetirənlər məlumdur və axtarışa verilib.Xalq da bu axtarışda hüquq-mühafizə orqanlarınayardımçı olmalıdı. Onların təcilitapılması təkcə cinayətkarların cəzalanması deyil, həm də bu cinayətin arxasındaduranların ifşası deməkdi. Və bu cinayətkarlar arxalarında duran qüvvələrin onları aradan götürməməsindən əvvəl yaxalanmalıdırlar. Heç kəsə sirrdeyil ki, onlar birdəfəlik istifadə üçün ora göndərilib.

Çox maraqlıdır ki,öldürülmək üçün seçilən polislərdən biri Gəncənin axundu Hacı Tahirin qardaşıdı. Seyiddilər və dindar ailədəndilər. Bu, həm dəşiələri bir qədər qəzəbləndirmək üçün seçilib.

Polkovnik İlqar Balakişiyev isə bir neçə gün əvvəl vəzifəsini ləyaqətlə yerinə yetirdiyinə və cəsarətli polisəməkdaşı olduğuna görə Möhtərəm Prezidentimizİlham Əliyev tərəfindən mükafatlandırılmışdı.

Birincisi, həmkarlarımdanxahiş edirəm ki, hər dezinformasiyanı Əlidedi, Vəli dedi, Pirvəli dedi- deyə mətbuata çıxarmasınlar. İkincisi, qəzet və sayt rəhbərlərindən ümdə xahişim odur ki, qatillərin şəkillərini onlar yaxalananadəkhər gün öz birinci səhifələrində yerləşdirsinlər. Eləcə dəteleviziya kanallarımız, bütün sivil ölkələrdə olduğu kimi, bu qatillərinşəkillərini xəbərlər proqramlarında onlaryaxalananadək yayımlasınlar.

ABŞ-da həm yazılmış,həm də yazılmamış qanunlar var. Ölkənin bir çox ştatlarında edam cəzası ləğv olunsada polisi qətlə yetirənlər mütləq qeyd-şərtsiz edam edilir. İkincisiyazılmamış qanunda isə polisi qətləyetirən mütləq onun həmkarları tərəfindən öldürülür. Çünki ola bilər elə vəkiltapılar ki, onu edam cəzasındanxilas edər. Yəni bir rütbə qardaşlığıvar, bir məslək qardaşlığı var. Bunu filmlərdə dəfələrlə görmüsünüz:

-Los-Anceles polisi onu parça-parça edəcək.

Onuda görmüsünüz, öldürülən çiyindaşının intiqamınıalacaq polisi əməliyyatdan kənarlaşdırırlar. Bu vaxthəmin polis nişanını və tabel silahını çıxarıb stolun üstünə qoyur, istefa etdiyini bildirirvə gedir intiqamını almağa.

Dediklərim başqa cür yozulmasın, kimisə nəyəsə təhrik eləmirəm.Sadəcə olaraq, öz subyektiv fikirlərimi söyləyirəm.

Azərbaycan polisi! Başınsağ olsun! Mən, biz, bu xalq sizisevir! Çünki siz olmasaz nə bu xalq rahatyaşaya bilər, nə də bu dövlət.


TƏQVİM / ARXİV