Bu şəxslərə dəfn xərcləri üçün müavinət verilsin - TƏKLİF

134 | 2025-03-14 16:23

"İlk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı rüsum ödənilmədən təmin edilsin".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Deputat həmçinin, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsinin  öz həllinin tapmasını təklif edib.

TƏQVİM / ARXİV