Çılpaq De Byazi - Eminquey yazır

EMİNQUEY AKİF
956 | 2023-11-22 13:34

Bir gün bir dərzi krala paltar tikir, amma kral çılpaqdır. Dərzi "bu parçanı ancaq ağıllı adamlar görə bilər" deyəndə kral dərzinin yalanını başa düşsə də, biruzə vermir. Qorxudan nə ətrafındakılar səs çıxarır, nə də xalq. Meydanda xalqın arasından bir uşaq səsi gəlir:

- Kral çılpaqdır. 

Qəfil hamı başlayır şaqqanaq çəkib gülməyə. 

De Byazi jurnalistlərimizə "axmaq" demişdi. Bu əhvalat yadıma düşdü. De Byazi öz çılpaqlığına don geyindirib buna inanan bir adam idi, sanırdı ki, o yox, jurnalistlər axmaqdır. Amma anlamadı ki, o, kral deyil. Yolun sonu var və mütləq bir uşaq çıxıb həqiqəti deyəcək. Və hamı şaqqanaq çəkib güləcək. 

TƏQVİM / ARXİV