adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 4

SEYFƏDDİN ALTAYLI
93215 | 2013-06-29 07:23
Bizlərdə "Ayı ilə xarala girmək" deyimi vardır. Yəniə təhlükəli bir dost tutmaq və ya seçmək mənasındadır.
Lawrence, ingilislərin 20-ci əsrin başlarında ərəbistanda fəaliyyət yeritmək üçün xüsusi şəkildə yetişdirib ora yolladığı bir casusdu. İngiltərə onun əliylə çox şeylər qazandı, ərəblər isə itirdi. İki tərəfdən biri qazananda digəri həmişə itiribdir, yəni iki tərəfin də qazanclı çıxdığı hallar çox nadir hadisələrdir. Lawrence xristiandı, ərəblər isə müsəlman. Ulu Tanrı müqəddəs kitabımız "Qurani-Kərim"in Bəqərə surəsinin 120 ayətində belə buyurur:
"Sən, dinlərinə uymadıqca nə yəhudilər, nə də xristianlar əsla səndən razı olmazlar. əgər sən onların arzu və istəklərinə uysan bilmiş ol ki, Allah sənə nə dost olar, nə də yardımçı".
ərəblər, "Qurani-Kərim"in dediklərinə əməl etmədilər, Tanrının buyruğunu heçə saydılar, olan da özlərinə oldu. əslində onlar özlərini işğalçılara qarşı qoruyan, müqəddəs yerlərin keşiyində dayanan, yüz illər boyu ərəb Yarımadasında dincliyi, sakitliyi təmin etmək üçün işğalçılara sinə gərən Osmanlı Dövlətinə qarşı ingilislərdən aldıqları pullara aldanıb üsyan etdilər və türkləri kürəyinin tən ortasından xəncərlədilər. Osmanlı dövlətinin ayağı o torpaqlardan çəkiləndən sonra oralardakı sabitlik pozuldu, qanlı-qadalı illər başladı. O çağlarda yaranan iğtişaş hələ də davam edir, edəcək.
Osmanlı dövləti, Haşimi ailəsindən Məhəmməd bin Avn ibni əli bin Hüseynə "Şərif" rütbəsi verərək Məkkəyə əmir təyin etdi. Hüseyn b. əli, Osmanlı dövlətinin özünə bəxş etdiyi əmirliyin əvəzini onlara üsyan edərək, sadəcə olaraq müqəddəs torpaqları yad dinlərə mənsub işğalçılardan qorumaqdan savayı heç bir məqsədi olmayan minlərlə Məmmədçiyi ərəbistan çöllərində ətəklərinə tökülən ingilis qızıllarının ehtirasıyla vəhşiləşən çöl ərəblərinin əliylə qətlə yetirərək ödədi. İngilislərdən aldığı vədlərlə, çöl ərəblərinin ingilis casusu Lawrence tərəfindən silahlandırılmasını və təşkilatlandırılmasını oğulları Abdullah, Zeyd və Faysalın iştirakıyla gerçəkləşdirdi. Özü də, oğulları da, özlərinə dəstək olanlar da, İngilis qızıllarının sarı rəngiylə gözləri qamaşıb, çölün qovurucu isti küləklərində ora-bura sovrulan xəzəllər kimi sadəcə olaraq özlərinin xəyal dünyasına qərq oldular, ingilislərin onlara nə boyda bir oyun oynadığını dərk edə bilmədilər. (Bəs PKK-çı kürdlər, onlar da eynilə ərəblər kimi aldadırdıqlarını dərk edirlərə..) Başda Şərif Hüseyn olmaqla oğulları da, qohum-əqrəbaları da, çöl ərəbləri də mənsub olduqları dinə, din qardaşlarına dönük çıxdılar. İngilislərin yalan vədinə aldanan Şərif Hüseyn və oğulları, hər ay ovuclarına tökülən qızılların müvəqqəti ehtirasıyla başları fırlanan çöl ərəbləri, əslində ərəb dünyasına nə boyda mənhus bir tale yolu cızdıqlarının fərqinə varmadılar. İngilislərin əliylə ərəblərin kralı olmaq yuxusunu görən üsyankar Şərif Hüseyn, darı sovulub bəyliyi sona çatan bildirçin misalı, ərəb torpaqları ingilislərin nəzarətinə keçib, maşalığı sona çatdıqdan, onların əliylə sürgün olduqdan sonra ingilislərin ona nə cür bir oyun oynadığının fərqinə vardı, ancaq atını minən çayı çoxdan adlamışdı, o isə çölün düzündə qalmışdı.
Şərif Hüseynin oğlu Abdullah bin Hüseyn "Biz Osmanlıya Niyə Üsyan Etdik" adlı əsərinin başında; "ərəblərin bir düşməni də ərəb olmayan müsəlman qardaşlarının millətçilik xəstəliyi idi" deyərək üstü örtülü şəkildə biz türklərin şovinist olduğumuzu, ərəblərə yaxşı rəftar etmədiyimizi vurğulayır. Həmin Abdullah iki səhifə sonra isə;
"İstanbul, bütün gözəlliklərə malik, insanı məftun edən bir şəhər, eyni zamanda bir xilafət mərkəziydi. Orada Türk, ərəb, Çərkəz, Kürd, Alban, Bolqar, Misirli, Hindli nə axtarılsa tapılardı. Hərə öz milli libasını geyər və heç kəs, heç kəsi buna görə qınamazdı" deyir.
Başa düşmək olmur, madəm türklər şovinist idi, bəs hər xalqın öz milli geyimini geyməsinə, öz mədəniyyətinə görə azad yaşamasına, öz dilində danışmasına niyə icazə verirdiə Abdullah, sonradan İordaniyanın kralı olsa da atasına çəkmişdi və onun genini davam etdirirdi. Atalar deyib, ot öz kökü üstündə bitərg O, ingilislərdən ayda 30 min qızıl aldıqlarını dilinə də gətirmir və biz türklərə böhtan atır. İngilis tarixçiləri David Holden və Richard James isə atası Şərif Hüseyn üçün bu sözləri yazıblar: "Alçaq, burnuyekə və saxtakar..."
İngiltərənin Qahirədə yaratdığı ərəb Bürosunun nümayəndələri Şərif Hüseyn və oğulları ilə, xüsusilə də Abdullahla əlaqə yaratmışdı, bu əlaqəni yaradanlar isə Qahirədəki Britaniya nüyaməndəsi Henri Mc Mahon və Lawrence idi.
Abdullah, özlərinin üsyan etməzdən qabaq Lord Kitchener ilə görüş keçirdiyini, bu görüşdə ona, "əgər Osmanlı padşahı onu əmirlikdən kənarlaşdırsa və əmir həzrətləri (atası Şərif Hüseyndən söhbət gedir) vətənin müqəddəs mənafeyi üçün öz hüququnu müdafiə etmək məcburiyyətində qalarsa ona kömək olacaqsınızə" deyə sual verdiyini, Kitchenerin də bu məsələni ingilis hökumətinə çatdıracağını söylədiyini etiraf edir.
Etiraf edən sadəcə olaraq Kitchener deyildi, Lawrence də, "Alimliyin Yeddi Sütunu" adlı əsərinin birinci cildində görün nələr deyib:
"Mən, xoşbəxtliyin qüdrəti ilə silahlanan qadın və uşaqları sevindirə bilən, gənc, təmiz, zövq sahibi insanlarla, yüz Devon (İngiltərənin cənub-qərb bölgəsindədir) könüllüsü (ingilis zabitlərindən söhbət gedir) ilə Dəclə çayına kimi gedib çıxdım. Onlar sayəsində, həm onlara qohum və həm də ingilis olmağın nə boyda möhtəşəm bir şey olduğunu əyani şəkildə dərk etdilər. Biz onları (ərəbləri) ölümlərin ən dəhşətlisinə, atəşin içinə, hərbi qazanmaq üçün yox, ancaq Mesopotamiyanın taxılı, düyüsü və nefti bizim olsun deyə tullayırdıq. Yeganə ehtiyac duyduğumuz şey düşmənlərimizi (aralarında türklər də vardı) məğlub etməkdi. Axırda komandir Allenbynin dühası ilə Türkiyədə təzyiq altında nalə çəkənləri öz tərəfimizə çəkib onlardan istifadə edərək bu yolda dörd yüzdən daha az şəxsin (ingilis əsgəri) həlakıyla o işi bacardıq. Xüsusilə iştirak etdiyim otuz müharibə ilə qürur hissi keçirirəm. Öz əsgərlərimizin qanının tökülməsinə əsla səbəb olmadım. Mənə görə, tutduğumuz o vilayətlərin tamamı həlak olan bir ingilisə dəyməzdi". (Görürsünüzmü, bir ingilis öz xalqına nə boyda dəyər verir)
Hökumətimiz, ərəbləri bizim üçün döyüşmələri, daha sonra da onlara öz-özlərini idarə edəcək imkanı tanıyacağı vədiylə üsyan etdirdi. Ərəblər qurumlara yox, şəxslərə inam bəsləyir. Məni ingilis idarəsinin azad bir casusu kimi tanıdılar və məndən hökumətin vədlərinin yazıya köçürülərək təsdiq edilməsini istədilər. Mən də bu səbəblə onlarla hökumətimdən gizlin şəkildə razılaşmaq məcburiyyətində qaldım. Onlara istədiklərini verəcəyimizi vəd etdim. Atəş altında keçən iki illik ortaqlığımızda onlar mənə inanmağı və hökumətimizin də mənim kimi səmimi olduğunu fikirləşərək özlərini buna inandırdılar. Bu ümidlə bizim üçün yaxşı işlər gördülər, ancaq mən, birlikdə nail olduğumuz şeylərdən qürur hissi keçirəcəyimə, daimi olaraq iztirab duyurdum və utanırdım.
Əgər hərbdə uğur qazansaq, bu vədlərin kağız üstündəki adi bir yazıdan özgə heç nə olmayacağı ən başından bəlli idi. Şayət mən ərəblərin şəxsiyyətli, düz xarakterli bir məsləhətçisi olsaydım, onlara evlərinə qayıdıb getmələrini və bu cür boş şeylər üçün döyüşüb canlarını təhlükə ilə üzləşdirməmələrini söyləyərdim.
Saxtakarlığı bəri başdan qəbul etdim. Mənə görə Şərqdə bizim üçün ucuza başa gələn, sürətlə çalacağımız zəfər üçün ərəblərin yardımı vacibdi. Uğur qazanıb sözümüzdən, əhdimizdən dönməyimiz, məğlubiyyətdən daha yaxşıdır".
Bəli, tamah güc gətirəndə iki nataraz qüvvə çarpışır. Tamaha yerikləyən öz daxili hisslərinə qapılır, şüurunun, ağlının əvəzinə duyğularının, ehtiraslarının əsiri olur.
Ağıllı olanlar onlardan o ləhzədə lazımınca istifadə edirlər və qazancları da böyük olur, eynilə ingilislərin ərəbləri qışqırdıb meydana saldığı və bizə qarşı girişdikləri bu oyunda, kimin udub, kimin uduzduğu məsələsində olduğu kimi.
Görən ərəb ağıllanıbəəə

Tamah var - daşkəsən mişardan iti,
Gödən var - bir qara yarğandan dərin.
Doğru da, yalan da bir şumda bitir,
əlası tez solur yaxşı günlərin.

Məmməd Araz
Həə, PKK terrorçularını itildib Türkiyənin canına salan çağdaş Lawrencelər, Mc Donaltlar, Brotrlar olmasınə
Birdən yadıma düşdü İngiltərənin baş naziri Loyd Corc 30 yanvar 1920-ci il tarixində deyirdi; "Ermənistan, Suriya, Mesopotamiya, Kürdüstan, Fələstin, ərəbistan, Türk imperiyasından tamamilə ayrılmalı, altı müstəqil dövlət yaradılmalıdır".
18 yanvar 1919-cu ildə keçirilən Paris konfransı zamanı Fransızlar, İraqda kürdlərin müstəqil bir dövlət yaratmasını təklif etmiş, ingilislər isə bu təklifə yanaşmamışdı, çünki bu işdə özlərinə şərik olunmasını istəməmişdilər, kürdlərin yeganə hamisi ancaq onlar olmalıydı. O vaxt bölgədə fəaliyyət yeridən bir ingilis casusu öz hökumətlərinə yolladığı arayışda bu tövsiyəni edirdi:
"Necə olur olsun Mosopotamiya bizim əlimizə keçəcəkdi. Şimaldan (Ruslar nəzərdə tutulur) gələcək təhlükələrə qarşı arada bufer vəzifəsini yeridəcək bir Kürd dövlətinin yaradılması və bu dövlətin başına da polkovnik Noelin keçirilməsi ən düzgün varyant olar."
İndi ABŞ-İngiltərə-İsrail triosunun yaratdığı kürd dövlətinin başında Bərzani var, bəyəm Bərzani, Noeldən kiçik oğuldurəəə
İngilis Yüksək Komissarı Robeck, 26 Mart 1920 günü Lord Cursona yolladığı arayışında isə belə deyirdi: "Yeni qurulan Ankara hökumətinə qarşı kürdlərdən istifadə etməliyik. Kürdüstan ayrı bir dövlət olmalıdır. Kürdlərin və ermənilərin maraqlarını bir-birinə uyğunlaşdıra bilərik".
Adamın üstündə Allah var, dana bilmərik; ruslar da Məsud Bərzaninin atası Molla Mustafa Bərzanini qanadı altına almışdı, ona genral rütbəsi vermişdi, erməniləri hər yandan gətirib Azərbaycan torpaqlarına yerləşdirmişdi, erməni-kürd vəhdətini yaratmaq üçün illər uzunu işləmişdi. Qırmızı Kürdüstan məsələsində olduğu kimig
Yaxşı, madəm ingilislər özgə xalqların marağına, azadlığına, müstəqilliyinə bu qədər hörmətlə yanaşır, Şimali İrlandiyaya niyə azadlığını, müstəqilliyini geri qaytarmırə Sonra onlar İraqı niyə işğal etdilərə... Bəs iyirminci əsrin əvvəllərində Bakıda nə axtarırdılarə.. Nənələrinin ləçəyini orda itirmiş, onu tapmağa gəlmişdilərə...
O vaxt 1920, indi isə 2013, aradan yüz ilə yaxın ötüb, ancaq xristian işğalçıların planı addım-addım həyata keçirilir. Zaman dəyişsə də səlib yürüşlərindən bəri bizimlə bağlı planları dəyişməyib, dəyişməyəcək...
Tarixi həqiqətlər, öz milli mənliyini dərk edənləri, ağıllı millətləri fikrə aparır və onları öz gələcəklərini fikirləşməyə, tədbir görməyə vadar edir. Tarixi həqiqətləri bilməyən və ondan lazımi qədər dərs götürməyənlərin dövlətləri isə ya tarixin qaranlıq qəbiristanlığında dəfn olunur; ya da oğulları kölə, qızları düşmənlərə cariyə olur.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV