adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HANSI DOSTDUR??? - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
121520 | 2020-03-06 13:52

"Ey iman edənlər! Yəhudiləri və xristianları dosttutmayın. Onlar ancaq bir-birlərinin yar və yoldaşıdır. Kim onları dost tutarsa,o da onlardandır. Şübhəsiz Allah (özlərinə və müsəlmanlara) zülm edən toplumudüz yola çatdırmaz. Maidə surəsi 51-ci ayə”.

02.12.2017-ci il tarixində Suriya Demokratik Qüvvələrininsözcüsü Talal Silo adlı iraqlı türkmən ABŞ tərəfindən yaradılan, o gündən bəridəstəklənən və adına SDG dedikləri, əslində PKK terror təşkilatının ABŞ-ınmaşası olan qatillər sürüsündə hansı siyasətlərin kimlər tərəfindən yeridildiyinigördükdə gizlincə qaçıb Türkiyəyə sığınmışdı. Həmin tarixdə də Anadolu XəbərlərAgentliyi müxbirinə Suriya Demokratik Gücləri adlı bu maşa təşkilatın iç üzünüaçmışdı. Gəlin onun dediklərini xatırlayaq.

(Suriya Demokratik Gücləri adlı təşkilatəslində PYD/PKK-nın özüdür və dünyanın gözünü boyamaq məqsədilə ona bu adqoyulmuşdur. Suriyada PYD/PKK işğalındakı bölgədən noyabrın (2017-ci il)ortalarında qaçıb gəldim.

Biz türkmənlərin hüququnu qorumaqüçün "Səlcuqlar Ordusu” adıyla fəaliyyət yeridirdik. Afrindən mənim qrupuma dəvətgəldi ki, onlarla birlikdə ərəb şovinizmi siyasəti izləyən İraq hökumətinəqarşı mübarizə yeridək. Mən də Afrindəki PKK-lılarla görüşüb onlara qoşuldum.PKK-nın bölgədəki məsulu Hacı Əhməd Hadro adlıbiri idi. Ayrıca hakimiyyətdən nifrət edən ərəb terrorçular vardı və başçılarıSalah Çebbo idi. 2015-ci il avqust ayının başlarında Afrinə getdim və ərəb terrorçularınınyaratdığı "Ceyşul Suvvar” daxilində işlədim, ancaq qərarlara nə biz nə də ərəblərdeyil, PKK-lı Hadro yetişirdi. Bir müddət sonra Şahin Cilo, Suriya DemokratikGücü adlı təşkilatın qurulduğunu elan etdi və ilk yığıncağın 10 oktyabr 2015-ci il tarixindəolacağını söylədi. Niyə həmin gün deyə səbəbini sorduqda, "ABŞ, uluslararası ictimaiyyətəSDG-nin nə olduğunu və niyə yaradıldığını izah edə bilmək üçün bu yola müraciətetmişdir” - dedi. ABŞ-ın xüsusi qüvvələr komandiri, ordu generalı RaymondThomas bir yığıncaqda bu haqda dedi ki: Ağıllı bir gediş elədik və dünyaictimaiyyəti nəzdində təşkilatın etibarlı olması üçün YPG/PKK-ya SDG adınıqoyduq.

Bütün bu olanlar bizim sadəcəolaraq bir maşadan ibarət olduğumuzu göstərirdi. Yaradılan SDG təşkilatında mənəsözçü vəzifəsini vermişdilər, ancaq oynanan oyunun fərqinə vardıqda, qaçmaq qərarınagəldim və qaçdım).

Bəli, İraqda və Suriya torpaqlarındakı olaylar "Səddamın əlindəvəsilahları vardır” yalanını yayaraq İraqın işğal edildiyi günlərdən bugünkü vəziyyətə gəlibçatıbdır.

Qərbin xristian dünyası XI yüzildənbəridir türkləri Anadolu və Yaxın Şərqdən qovmaq üçün əlindən nə gəlibsə onu edibdir,edəcəkdir.

ABŞ, Osmanlı dönəmindən bəri eyniləbaşda ingilislər və digər avropalı xristianlar kimi, həmin düşüncə ilə siyasət yeridir.Bu bacarıla bilinməsə, ölkəninparçalanıb kiçik hissələrə ayrılmasını və beləliklə, "Böl, hökm et” siyasətininizlənməsi yolunu tutub. Osmanlının dağıdılmasının və ölkənin işğal edilməsinin səbəblərindən biri də bu fikir idi. Həmin düşüncə "ərəbbaharı”ndan bəri açıq-aşkar İran və Türkiyəyə qarşı yeridilir.

Türkiyənin 1950-ci illərdə NATO İttifaqına alınması Sovettəhlükəsinə qarşı həm Avropa, həm də Amerikaya for-post bir ölkə və dövlətolması səbəbilədir. Qərblilər on illər boyu öz təsirlərində saxlamaq istədikləriTürkiyənin yavaş-yavaş güclənməsindən və onların arzusunun xilafına hərəkət etməsindənbərk narahatdır.

Türkiyə, Sovetlər Birliyi dönəmində Amerikanın və başdaAvropa olmaqla Qərbin müsbət nəzərlə baxdığı, yalnızca baxdığı və Türkiyəninstrateji xeyrinə olacaq hər bir hərəkətə mane olduğu bir ölkə idi. PKK terror təşkilatınınyaradılması, terror aktlarıyla ölkənin daxili iğtişaşa aparılmaq istənməsi, FətullahGülən adlı xain təşkilatın yaradılması və axırda çevrilişə qəsd edilməsi, dahaonlarla sayıla biləcək və Türkiyənin ziyanına olan mənfi addımların götürülməsindəABŞ və Avropa ölkələrinin imzası vardır. Ancaq ABŞ bu oyunları oynasa da, Türkordusunun hər hansı mənsubuna ruslarkimi güllə atmış deyildir.

Bəs Rusiya?

Ruslar, Qızıl ordu dövlətinin əmir Teymur tərəfindən dağıdılmasından sonra dövlətbirliklərini yaratdılar və Pyotr zamanından etibarən ildən-ilə gücləndilər, üzlərini Qafqaza, Türküstana, istidənizlərə yönəltdilər. Pyotrun vəsiyyətini yerinə yetirmədə ən böyük əngəl kimidə Türk varlığını gördülər. Həm Çarlıq həm də Sovet dövründə hakim olduqlarıbölgələrdə Türklərin kütləvi soyqırımlara tabe tutulması, Azərbaycanın öncəikiyə, sonra Qüzey hissəsinin də yenə parçalara ayrılıb Dağıstana, ermənilərə, gürcülərəpeşkeş çəkilməsi, Türküstanın parçalanıb beş ayrı bölgəyə ayrılıb Türküstanadının tarixdən silinməsi, hər Türk xalqına ayrı bir etnik kök aşılanmaq cəhdinədüşülməsi, türklərin assimilyasiyaya uğradılması və bunun hələ də davametdirilməsi, Türkiyəyə qarşı duyulan tarixi kindən imtina edilməməsi kimi nələr,nələr sayıla bilər.

Ərdoğan-Putin yaxınlaşmasına baxıb həm türk, həm də rusxalqlarının xeyrinə olacaq bir dönəmin başladığını bir çox insan zənn edirdi, mənisə ona əsla inanmadım, inana da bilmərəm, çünki tarix mənə çox şeyləri öyrədib.Bizdə bir atalarsözü vardır: "Ayıdan post, rusdan dost olmaz”.

Türkiyə səmimi olaraq Rusiya Federasiyasınayaxınlaşdı. ABŞ-ın patriot raket qurğularını satmaması səbəbilə ruslardan S-400qurğularını aldı, həm də ABŞ ilə Avropanın və NATO-nun bütün hədə-qorxularınafikir vermədən. Rusiya ilə həyata keçirilən ortaq layihələr, ticarət, turizm vədigər sahələrdəki münasibətlərdə ABŞ-ın da Avropanın da qarnınıağrıtsa da geri durmadı.

Yaranan olaylar bugün Türkiyə iləRusiyanın Suriyanın İdlib bölgəsində, hardasa üzbəüz toqquşma nöqtəsinə gəlibçatdı. Dünənə kimi PKK/PYD-ni dəstəkləyən nə ABŞ, nə də ruslar bundan əl çəkiblər,çəkəsi də deyillər. Rusiya PKK-ya Moskva vəPeterburqda büro açmağa imkan yaradıb, hər cürə dəstəyi də verir. ABŞ isə minlərlə tır dolusu silah-sursatı bağışlayıb, PYD/PKK-nıaçıq-aşkar dəstəkləyir. Yəni bunların ikisindən də dost olmaz, bunu bir mənalı şəkildəbilməliyik və addımlarımızı ona görə atmalıyıq.

Dünənə kimi patriotları satmayanABŞ, bu gün deyir S-400 qurğusundan imtina edin, patriotları sizə verək, ayrısilah-sursat da satarıq, yəni ruslarla vuruşun, biz də sizi həm axmaq yerinəqoyaq gülək, həm də malımızı sataq.

Rusiya Federasiyası papağınıqabağına qoyub yaxşı fikirləşməlidir. Türkiyə artıq 1918-ci illərin hər tərəfiişğal olunmuş ölkəsi və dövləti deyildir. Türkiyə yerləşdiyi bölgədə 85milyonluq əhaliyə, güclü bir orduya və yeni silah sistemlərini yarada bilən vədünyanı özünə heyran buraxan bir qüdrətə malik ölkədir.

İki dövlət arasında hər bir problemin qarşılıqlı mənafeyə görə, həll edilməsihəm Türkiyənin həm də Rusiya Federasiyasının xeyrinə olar.

Putin dansa da, 34 Məhmətçiyi vəhşicəsinə şəhid etmələrini heç bir Türkunutmayacaqdı, unutmayacayıq, çünki onlar rus xalqının gerçək üzünü bir dahanümayiş etdirdilər.

Ey Türk! Papağını qabağına qoy və gələcəkdəki nəsillərininöz vətənlərində azad, asudə və firavan yaşamalarının birinci şərtinin elmdən vəçağdaş texnoloji ixtira etmək şərtindən asılı olduğunu unutma. Unutsan, Tanrıda səni unudacaqdı!

İranla bağlı düşüncələrimi isə ayrı bir yazımda dilə gətirəcəyəm,yalnız Azərbaycan və Türkiyə düşməni Qasım Süleymaninin öldürülməsiylə yasabürünənlər, onun qırxında halva paylayıb ehsan verənlər, İran milis qüvvələrininSuriyada Məhmətçiklərə güllə yağdırması məsələsinə nə cür yanaşırlar bunu bilməkistərdim.


TƏQVİM / ARXİV