adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HAYDUTLAR

SEYFƏDDİN ALTAYLI
50058 | 2020-01-10 13:41


"Fəzilətin zirvəsinə çatmaqçətin, rüsvayçılığın alçaqlığına batmaq asandır”

Hz. Əli Əleyhissalam

"Bu sənədin heç birəsası, hər hansı dövlət, topluluq və ya şəxsə, burada açıqlanan hüquq və azadlıqlardanhər hansı birinin aradan götürülməsi məqsədiylə bir təşəbbüs qaldırması və ya hərəkətetməsi hüququnu tanıyır tərzdə yozumlana bilməz."

(İnsan hüquqları

30-cu maddə)


ABŞ prezidenti Trumpun göstərişiilə İranlı general Qasım Süleymani qətlə yetirildi. Bir dövlətin hər hansı məmuruözgə bir dövlət tərəfindən planlı şəkildə qətlə yetirilirsə, hələ o şəxs ordununönəmli bir generalıdırsa, bunun adı alçaqcasına bir terrorizm olayıdır.

Amerika indi deyil, İkinciDünya Müharibəsindən bəri terrorizmin müxtəlif, həm də ən alçaqca üsulları ilə dünyayaağalıq etmək siyasətini yeridir. Dünyanın strateji coğrafiyalarında, yerüstü vəyeraltı sərvətlərinə malik ölkələrdə ən əxlaqsız addımlara kimi istifadə edib, edir,edəcək.


Tarixə qısa nəzər


Öz əkiz qüllələrini vurubgünahını Səddamın boynuna yıxdılar və bunu bəhanə edərək İraqı işğal etdilər. ArdıncaƏrəb baharı adıyla Orta Şərq ölkələrini qan dəryasına döndərdilər, Əfqanıstanı işğaletdilər, Pakistanda nifaq toxumu əkdilər. Səddamı, Ənvər Sədatı, Hüsnü Mübarəki,Qəddafini və neçə-neçə insanları aradan götürdülər, ölkələrdə çaxnaşmalar yaratdılar,özlərinə mane olacaq hər bir gücü və insanı müxtəlif yollarla ya rüsvay edib siyasətarenasından çıxardılar və ya məhv etdilər.

İraqı işğal edərkən"Səddamın əlində nüvə silahları vardır və o dünya üçün, demokratiya üçün təhlükədir"dedilər. On min kilometr uzaqdan gəlib İraqa, Suriyaya qondular, Səudiyyə Ərəbistanını,Misiri və neçə ərəb şeyxliyinin burnuna noxta saldılar.

Orta Şərqdə Amerikanın qarşısındaiki güc vardı - Türkiyə və İran.

XX yüzilin ikinci yarısındansonra müxtəlif metodlarla satın alıb uzaqdan idarə etdikləri fiqurlarla siyasi aktlartörədib illər uzunu Türkiyənin başını qatdılar.

Sonra PKK terror təşkilatınıyaradıb qırx il aramsız şəkildə məsum xalqımızın və Məhmətçiklərin qanını tökdülər.Fətullah Gülən adlı könüllü kölələri və ona aldanmış yazıq cahillərlə çevriliş edibhakimiyyəti ələ keçirmək cəhdinə də yönəldilər. Digər tərəfdən İraq və Suriyanınşimalında İsrailin forpostu olacaq qondarma Kürd dövləti yaradaraq onu Ağdənizəbağlamaq istədilər, ancaq hər arzuları kimi bunlar da qursaqlarında qaldı.

Bu dəfə üzlərini İrana döndərdilər."İranda vətəndaş müharibəsi həm İranı, həm də Türkiyə ilə Azərbaycanı iqtisadiyöndən məhv edər.

Çünki İranda silahlar partlayankimi milyonlarla əhali üzünü Türkiyəyə və Azərbaycana döndərəcəkdi, biz də öz arzumuzaçatacayıq" düşüncəsiylə siyasi terrorizmə yönəldilər və Qasım Süleymanini qətləyetirərək haydutcasına bu oyuna əl atdılar ki, İranı provakasiyaya çəksinlər. Əqli-səlimhələlik qalibdir.

Qasım Süleymaninin terroraktı ilə aradan götürülməsindən sonra İraq parlamenti haqlı olaraq öz dövlətlərininməhv olmaq təhlükəsi ilə üz-üzə dayandığını görüb qərar qəbul etdi ki, Amerika ölkələrindənçəkilib getsin. Amerikanın baş qərargah rəisi isə İraq idarəçilərinin üzünə şilləçəkərcəsinə; "Biz İraqı tərk etmərik və elə bir düşüncəmiz də yoxdur"- deyərək BMT-nin ruhuna nə boyda sadiq olduqlarını (???) göstərdilər.

Bir sözlə, demokratik və insansevər (???) Amerikanın baş qərargah rəisi;"Bəli, ölkəni işğal etmişəm, əcəb eləmişəm, gücün çatır gəl çıxart!"- dedi.

Gəlin görək, eeey cəhalətin bataqlığında gözü heç nəyi görməyən yazıqdanda yazıq olmuş "ay adamları", ay "samnambula" müsəlmanlar, dünyanınmədəni və demokratiyaya vurğun qərbli dövlətləri ayağa durub Amerikaya deyirmi ki,"Ehey Amerika! BMT-nin yaranmasındavə qətnaməsinin imzalanmasında sən baş rolda oynamısan? Özgəsinin ölkəsini niyəişğal edirsən? Niyə quldurluq edirsən???" Deməzlər qaqaş və demiyəcəklər, xəyalgörmə..

Başa düş lələ! Donuza yalvarma! O yalvarmaqdan anlamır, niyə yuxu görürsən???

Tramp da, Amerika da onları dəstəkləyənlər də şeytandır və bunlar dünyanıməhvə sarı aparırlar. Tanrı bunların şərindən insanlığı qorusun..

Çuvaldızı özgəsinə batırmazdan əvvəl iynəni özümüzə sancmaq istəyirəm. QasımSüleymaninin qətlə yetirilməsində həm Türkiyədə, həm də Azərbaycanda bir tərəf yasabatdı, bir tərəf göyə tullanıb sevindi. Nə absurd bir mənzərədir ya Rəbb!?

Qasım Süleymani İran vətəndaşıdır və ora onun vətənidir, dövlətidir. Düzgüntəhsil almadığı halda səngərlərdə bişib-püxtələşmiş bir döyüşçüdür, strategistir,vətəninin, dövlətinin hər bir əmrini yerinə yetirmiş əsgəridir, komandirdir, dövlətininmilli qəhrəman adını almış biridir, bundan daha təbii nə ola bilər? Onun şiə olması,Türk olması, dövlətinin onun boynuna yüklədiyi məsuliyyəti yerinə yetirməmək hüququnuvə ya düşüncəsini ona verə bilməz. Heç kəs də bunu gözləməməlidir. O Haqq dünyasınaköçmüşdür, müsəlmandır və ona hər bir müsəlman rəhmət oxumalıdır, bu bizim həm insanlıq,həm də dini borcumuzdur.

Gələk medalyonun o biri tərəfinə. Qasım Süleymani Azərbaycana və Türkiyəyədüşmən mövqedə dayanmış və bu yolda əlindən nə gəlirsə etmişdir. Şovinist ruhlumolla dövlətinin siyasətçiləri ona nəyi tapşırıbsa, ya da belə deyək, dövləti üçünnəyi xeyirli görübsə, onu həyata keçirmişdi. Ermənilərə dayaq olmuşdu, onlara məsləhətvermişdi, yol göstərmişdi, bəli. İllər uzunu Fars şovinizminin silahına çevrilmişşiəliyi Yaxın Şərq, Qafqaz və Orta Şərqdə yaymaq üçün hər bir addımı atmışdır, bəli.Öncələri PKK, sonralar da Haşdi Şabiyə, PKK/PYD/YPG-lilərə hər bir dəstəyi vermişdir,bəli.

Şimali İraqda müstəqil Kürd dövlətinin yaranmasına əsla razılıq verməyənvə yumruğunu onların təpəsindən heç vaxt endirməyən Süleymani, PKK-lılara Amerikanınyolladığı silahların ötürülməsində baş rol ifa etmişdir, bəli. Bu onun dövlətininəmrini yerinə yetirmək hüququdur, bəli…

Məhmətçiklərimizin şəhadətində Qasım Süleymaninin verdiyi dəstəkləri unutmamışıq, əsla da unutmarıq. Bəli,bu da bizim hüququmuzdur…

Hər bir məntiqli və emosional hərəkət etməyən Türk yaxşı bilir və bilməlidirki, fars şovinizmi İran dövlətini dindaşı Türkiyəyə və Azərbaycana düşmən etmişdir.Bunu heç kəs dana bilməz, bu məsələnin bir tərəfidir. Digər tərəfinə, fars şovinizmininbizə düşmənçiliyinə gəldikdə isə, türkcədə belə anlarda işlədilən bir ifadə vardır:Ateş olsa cürmü kadar yer yakar!

Süleymani Azərbaycanın buruqlarını vurmaqla hədələyərkən, Türkiyənin birneçə qırıcı təyyarəsinin Bakı səmalarında cövlan etməsi, özüylə birlikdə onu Azərbaycanınüstünə qaldıranları kor-peşman yerlərinə oturtmuşdur, lazım gəlsə yenə də oturdar.

Bir neçə söz də Süleymaninin ölümünə sevinənlərlə, ona yas tutanlara demək istəyirəm.

Süleymani fars şovinizminin silahına çevrilmiş İranın bir hərbçisi idi, onundediyini etməliydi və ömrü boyu etmişdir. Onun ölümünə yas tutmaq nə Türkiyəliyə,nə də Azərbaycanlıya yaraşmaz.

Onun ardınca pis söz demək də insan olan və İslama könüldən inanan bizlərəyaraşmaz. Hər iki halda duyğuyla, hissiyatla hərəkət etmiş olarıq, yaxşı deyil.

Bu nöqtədə bizə düşən nədironu fikirləşməliyik. Daha düzü bunu dövlətlərimizin rəhbərləri fikirləşməlidir.İran və ya özgəsi əlinə fürsət keçən kimi ölkələrimizi məhv etməkdən əsla imtinaetməmişdir, etməyəcəkdir. Xalqımızı soyqırımla məhv etmişlər, yenə də edərlər. Qarşımızdatariximizin qanlı 27 Nisan 1920, 20 Yanvar soyqırımları, işğal etdirilmiş torpaqlarımızın səhifələri dayanmaqdadır.

Sabah da, birisi gün dəyenə soyqırımlara uğramayacağımızı, ölkələrimizin işğala məruz qalmayacağına kimzəmanət verə bilər?

On birinci əsrdə başlayanSəlib Yürüşlərini, isti dənizlərə enmək, İstanbulu işğal etmək, İran və Suriya üstündənAralıq dənizinə enmək barədəki vəsiyyəti xatırlayaq… Bu siyasətlər dayanıbdırmı???

Haydutlar dünyasında gələcəknəsillərimizin öz vətənlərində dinc yaşamasının açarı elmdə və texnolojidə dünyanınçağdaş səviyyəsini ötməyimizdədir, yəni təhsil sistemimizin çağdaş səviyyənin üstünəçıxarılmasındadır, onun vasitəsilə güclü olmağımızdadır və əl-ələ verməyimizdədir.Ən ümdə məsələlər də budur vəssalam.

Görünən kəndə də bələdçigərək deyil.


TƏQVİM / ARXİV