adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HƏSƏNOĞLUNUN YENİ QƏZƏLİ

SEYFƏDDİN ALTAYLI
55137 | 2019-03-15 18:10

2012-ciildə XIII yüzildə yaşamış görkəmli şairimiz Həsənoğlu və yeni tapılan "Sirətin-Nəbi"adlı məsnəvisi ilə bağlı, "Həsənoğlunun dili" adlı ardıcıl dörd məqaləyazdım, köşəmdə yayımlandı, oxucularım yəqin xatırlayarlar. O vaxtdan bəri onunbu əlyazma əsəri haqda zaman-zaman məlumatlar verdim, müxtəlif uluslararasısimpoziumlarda elmi məruzələr etdim. İkihəftə öncə həmkarım Çiçək Hüseynova xahiş etdi ki, tələbələrə Həsənoğlunun yenitapdığım iki qəzəli haqda danışım, mən də məmnuniyyətlə qəbul etdim. O gün gəldikdətələbələrimizin sürprizi ilə qarşılaşdım. Dərs otağına (auditoriya) daxilolduqda gördüm ki, Azərbaycan filologiyası bölməsində oxuyan Nərmin NovruzovaAtif qızı Axundov Kitabxanasına gedib, mənim 2012-ci ildə yazdığım məqalələrimi"Ədalət" qəzetinin nüsxələri arasından axtarıb-tapıb, fotosunu çəkərəkməktəbə gətirərək slaytını hazırlayıblar, hamılıqla oxuyublar. Həmin gün tələbələrəHəsənoğlunun irsi, məsnəvisi "Sirətin-Nəbi" haqda geniş məlumatverdim və yeni tapdığım aşağıdaki şeiri onlara oxudum.

Öncəlikləxatırlatmalıyam ki, "Sirət" peyğəmbərimiz hz. Məhəmmədin həyatı vəmübarizələri ilə bağlı olaraq yazılan mənzum əsərlərdir. Elmlər doktorluğudissertasiyası daxilində götürdüyüm "Sirət-in nəbi" adlı bu məsnəviniəlyazmadan latın əlifbasına köçürərkən həddən artıq gözəl şeirlərlə dəqarşılaşıram (Artıq 410 səhifə işləmişəm).

Həsənoğlupeyğəmbərimizlə bağlı bu məsnəvini yazarkən müstəqil hekayələr də yaradıb.Bunlardan biri də "Miqdad bin Əsvəd"ə həsr edilib. Öncəliklə Miqdadbin Əsvəd haqda qısa bir məlumat verməyin oxucular üçün maraqlı olacağınıdüşündüm.

Miqdadbin Əsvəd Peyğəmbərin islam yolunda yeritdiyi bütün döyüşlərdə iştirak edib vəƏshabı-kiramın ən məşhur şəxsiyyətlərindəndir. Əsl adı Miqdad bin Amr (Əsvəd)bin Sələbə bin Malik bin Rəbiə bin Sümami bin Matrud ən Nəhrani əl Kindidir.Atasının adı Amrdır. Atası birini öldürməsi səbəbiylə Bəhra tayfasından başınıgötürüb qaçaraq Bəni Kində tayfasına sığınıb və Miqdad miladi 584-cü ildə Nəhradadünyaya gəlib. Miqdad burada Əbu Şəmr bin Hucru adlı şəxsi yaralayıb və Məkkəyəqaçıb. Orda Əsvəd bin Əbdüyəgüsün himayəsinə girib, Əsvəd də onu övladlığagötürüb. Beləliklə, o Miqdad bin Əsvəd kimi tanınıb.

Miqdad,islam dinini qəbul edən ilk yeddi nəfərdən biridir, sağlığında Peyğəmbərimiz tərəfindəncənnətlə müjdələnib. İki dəfə Həbəşistana (Əfiyopiya) gedib. Peyğəmbərin Mədinəyəhicrət etməsindən sonra onun əmri ilə Məkkədə qalıb və Peyğəmbərə zaman-zaman məlumatlaryollayıb. Müşriklərin Mədinəyə hücum çəkəcəklərini xəbər alan kimi bu xəbəribir məktubla Peyğəmbərə bildirib, sonra da Məkkəli müşriklərlə yola düşərək Mədinəyəgedib. Hz. Məhəmməd vəziyyəti bildiyindən Ubeydə bin Haris rəhbərliyindəkikiçik bir süvari dəstəsini onların üstünə yollayıb. İki qrub Səniyyətülmərrədeyilən yerdə qarşılaşdığında müşriklərin içində özlərini gizlədən Miqdad iləUtbə bin Qazvan müsəlman olduqlarından onların tərəfinə keçiblər. Mədinəyəqayıtdıqlarında bir müddət Külsüm bin Xidmin evində qonaq qalıb. Peyğəmbər müsəlmanlarıon nəfərlik qruplara ayıraraq onlar arasında möhkəm qardaşlıq duyğularıyaradıb. Bir müddət sonra Miqdad ilə Cabbar bin Saxrın olduğu on nəfəriqardaşlaşdırıb.

Aradanaylar ötdükdən sonra bir gün Əbdürrəhman bin Avf Miqdada sual verib ki, niyəevlənmirsən. O da onun qızını istədiyini, icazə verərsə evlənəcəyini söylədikdəƏbdürrəhman bu təklifindən qəzəblənərək Miqdada təhqiramiz sözlər deyib. Peyğəmbərolayı duyduqda çağırıb Miqdada təsəlli verib və onu əmisi Zübeyrin qızı Dubaailə evləndirib.

Miqdad,Rəsulallahın oxçularından olub, Uhud, Xəndək, Xeybər, Bəni Kureyza və diğərbirçox hərbdə iştirak edib. Peyğəmbərin vəfatından sonra ilk üç xəlifənindövründə də islama xidmət edib və hz. Osmanın xəlifəliyi əsnasında 79 yaşındaikən vəfat edib.

Həsənoğlunun"Sirət-in nəbi" adlı əsərində olan və ədəbiyyat dünyasında ilk dəfəoxunacaq həddən artıq gözəl bir şeiri oxucularıma təqdim etmək istəyirəm. Gəlinöncə bu şəirin əsərə görə yazılma səbəbinə nəzər salaq.

YuxarıdaMiqdad bin Əsvəd haqda qısa məlumat vermişdim. İzzəddin Həsənoğlu Miqdadın həyatındanbir hissəni və onun eşqini həmin şeirdə dilə gətirib. Ancaq Miqdad yuxarıda daişarə etdiyim kimi Peyğəmbərimizin əmisi Zübeyrin qızı Dubaa ilə evlənib. AncaqHəsənoğlunun Miqdadla bağlı hekayətində isə o Bəni Kində tayfasının bəyi və həmdə öz əmisi olan Cabərin qızı Miyasəyə aşiq olur. Miyasə pəhləvan bir qızdır,onu heç bir gənc məğlub edə bilməyib. Ona nəinki gənclər bəylər, xanlar,padşahlar elçi düşüb və onlardan biri də islam düşməni Əbu Cəhil olub. AtasıMiyasənin Əbu Cəhil ilə ailə həyatı qurmasını istəyib, lakin o "Mənimeydanda məğlub edəcək cavana yar olmaq əhdimdir" deyərək təklifi geriqaytarıb.

Miyasəninevlənəcəyi oğlanı seçmək üçün şərti olduğu, döyüş meydanında gənclər arasındabirinci olacaq və axırda özünü məğlub edəcək igidlə ailə həyatı quracağı,onunla evlənmək istəyən gənclərin bəyliyin məydanında yığışacağı xəbəri dördbir küncə yayılıb.

Miqdadatası rəhmətə getdiyindən dolanışıqlarını çobanlıqla təmin edən, düzilqarlı, mərd,igid bir gəncdir. Bu xəbəriduyunca gizlidən-gizliyə aşiq olduğu Miyasə ilə evlənə biləcək belə bir fürsət əlinəkeçdiyindən anasından birtəhər icazə alıb və döyüş sınaqlarının keçiriləcəyimeydana gedib, qarşısına çıxan bütün igidləri məğlub edib. Miyasə onunbahadırlığını görüncə, "Məni ancaq bu məğlub edə bilər, yarım da bu olabilər", deyə fikirləşib. Meydana çıxıb döyüşdəki bütün məharətini göstərsədə, Miqdad onu məğlub edib. Miyasəninatası qızının üzünə qarşı Miqdad ilə evlənməsinə razı olmayacağını söyləyib.Miqdad anası ilə gedərək elçi düşdükdə, Cabər Miqdaddan qızılla və əşya iləyüklü yüz dəvə, yüz dəvə yükü qumaş qaftan, ayrıca min misqal qızıl, yüz ölçügümüş başlıq istəyib, üstəlik bunları üç ayda təmin edib gətirməsini, gətirməsəqızını özgəsinə verəcəyini söyləyib. Miqdad onun bu şərtini qəbul edib, məsələniMiyasəyə açıb, bir-birlərinə əhdi-peyman ediblər. Miqdad səhərisi günü atınıminib üz tutub atı hara aparır ora. Dördüncü gün qarşısına bir karvan çıxıb,bunu fürsət bilərək onu qarət etmək istəyib. Karvanda olanlardan kim olduqlarınısorduqda onlardan biri, "Mən hz. Məhəmmədin əmisi Abbasam, bu da əmisi ƏbuTalibin oğlu Cəfəri Təyyardır, biz Bəni Haşim tayfasındanıq", dedikdənsonra yol kəsməyin onun kimi bir igidə yaraşmadığını söyləyib. Miqdad da əsl məqsədininyol kəsmək olmadığını, başına gələnləri danışıb. Onların hərəsi yüküylə birlikdəbeşər dəvə bağışlasalar da Miqdad bunların ona kifayət etmədiyini bildirərək təşəkküredib, əllərini öpərək üzrxahlıq istəyib.

Onlar da farspadşahı Nuşirəvanın yurduna getməsini, məsələni ona açmasını söyləyiblər.Miqdad xudahafizləşib üz tutub fars ölkəsinin paytaxdı Mədain şəhərinə. Şəhərinmeydanında bir ordu görüb üzünə niqab çəkərək məydana girib salam verdikdənsonra döyüşdəki məharətini göstərib. Ordu komandiri bunun səbəbini sorduqda opadşahla görüşmək arzusunda olduğunu söyləyib. Məsələni padşaha çatdırıblar, oda Miqdadı qəbul ədib. Miqdad Nuşirəvana yüz minlik ordusundan min nəfəri seçməsinivə onlarla tək başına döyüşəcəyini, qalib gəlsə ona kömək olmasını, ölsəqanının halal olduğunu söyləyib. Nuşirəvan onun təklifini qəbul edib, şəhər əhlinəbu xəbər yayılıb, meydan qurulub. Miqdad Nuşirəvanın min nəfərlik seçmə dəstəsiniçil cücəsi kimi dağıdıb. Padşah onun bahadırlığını görüb xoşu gəlib, yanındasaxlayıb, ona xüsusi ev, qul-qaravaş, mal, nemət verib. Zaman sürətlə ötüb vəüç ayın tamam olmağına az qalıb. Padşahın başı dövlət işinə qarışdığına görəMiqdad unudulub, Miyasə də adaxlısının yolunu gözləyib. Həsənoğlu Miyasəninsevgilisinə qovuşa bilməməyin intizarı ilə ürək çırpıntılarını onun diliyləaşağıdakı şəkildə qələmə alıb.

***

Ey yigitlər sərvərisərvi-rəvanım qandasın

Gəl ki yolunda rəvan oldı rəvanım qandasın?

Qamətügün həsrətindənbu tənüm oldı hayal

Surətügün firqətindənyandı canım qandasın?

Ey xəyalı-munisibu qayğusı çoq könlümü?

Ey vüsalı canilindən armağanım qandasın?

Gicə-gündüz yolgözədür gözlərim gözlər səni

Gəl ki qaldıyollarında didə-banım qandasın?

Bülbülü-zaramfiraqında işüm oldı rəvan

Ey boyı səlvi,yanağı gülistanım qandasın?

Sən əsirgərdin bənigörsən ki sənsüz nicəsi

Gicə-gündüz göklərəçıqdı fiğanım qandasın?

Çoq cəfa qıldı bəlalukönlümə ayruluğun

Qanı əhdin ey vəfalumihribanım qandasın?

(Həsənoğlu,"Sirət-in nəbi",

s.322-345).

TƏQVİM / ARXİV