adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

OQTAY RZAYA - Kəmalə ABIYEVA yazır

KAMALƏ ABİYEVA
67943 | 2019-08-19 18:12

Onu çox sevirdim. Çoxdan tanıyırdım. Anamla eyniuniversitetdə işləyirdi. Ayrı – ayrı fakültələrdə çalışsalar da dost idilər.Anam fizik olsa da ədəbiyyatın – poeziyanın vurğunu idi. Anamın ilk nəvəsinəAyselə şeir də yazmışdı. Sonralar Ayselin (Aysel Əlizadə) AYB - də keçirilənilk kitab təqdimatında şeiri böyük sevgiylə söylədi. Sevinirdi ürəkdən. Çoxadama şeir həsr edib.Çoxlarının müəllimi olub. Tələbələrini də sevib,müəllimliyidə. Çünki sevgi doluydu, çox saf idi. Şeir kimi insanlarıda sevirdi. Şeirlərinin çoxunu əzbər bilirdi. O qədər sevgi doluydu ki,insanları o qədər sevirdi ki, onların pis tərəflərini görmürdü. Hamıda yaxşı nəsətapırdı. Onunla tədbirlərdə görüşürdük. Hər görüşəndə hansı misramısa əzbərdeyirdi. Ən çox dediyi "Azərbaycan” şeirimdən "bu nəğməyə həsrət dodağam”,"torpağını geyinərəm əynimə”idi. Nə yaxşı ki, ona həmişə sevgi göstərmişəm.Arada AYB –nin "Natəvan” klubunda keçirilən tədbirlərdə oluram. Oqtay müəllimtez – tez gəlirdi bu tədbirlərə. Təbii idi. Təqaüddə idi.Yaradıcı idi.Darıxırdı…Hiss edirdin ki, söz demək istəyir. Bəzən söz vermirdilər. Ürəyimsıxılırdı. Ərkim çatan olanda "söz verin” deyirdim. Bəzən təklif – filan gözləmədəndanışırdı. Bütün qarmaqarışıq insanların arasında təbii idi, təmiz idi, özüidi. Mən də bir az vəzifəsi, pulu, adı - filan olanlara, kiminsə qohumuna, dahaçox "əyilə bilən”ə şəxsiyyətindən, yaradıcılığından asılı olmadan həmişə sözverildiyini hiss etmişəm. Bir də görürsən elə adama söz verirlər ki, müəllifqalır bir tərəfə özündən danışır, ya mənasız bir şeir oxuyur. Ona görə də tədbirlərdəiştirak etməyə can atmıram. Yalnız şəxsən dəvət olunanda, dəyər verdiyim, beləhisslərdən uzaq olanların tədbirlərinə gedirəm. Osa elə bil bunların fərqindədeyildi. Bəlkə də öz mənəviyyatıyla çoxlarından üstün olduğuna əmin idi,arxayın idi. Yəqin beləydi. Mən AYB- də təqdimat keçirməmişəm. Hər dəfə "Tədbirelə. Sənin haqqında danışmaq lazımdır” deyirdi. Mən də söz verirdim. Onda sadəcəgülümsəyirdim. İndi anlayıram ki, o hamını tanıyırdı, fərqi bilirdi, sadəcə hərəniöz ixtiyarına buraxmışdı. Çünki onun böyük ürəyində belə kiçikliyə yer yoxdu. "Sinəmdəsönməyən vətən sevgisi”ylə yaşayan İnsan! Ruhun, sözün, söhbətin həmişəyaşayacaq.

ŞEİR ADAM


Şeir adam, bilirdinmi xoşbəxtsən?
Hər gülün, hər yarpağın, göylərin, bu torpağın,
bütün duyduqlarının, bütün gördüklərinin,
bütün sevdiklərinin şeiri vardı qəlbində.
Şeri vardı dilində.
Şeir kimi gəzərdin özün də ürəklərdə.
bilirsənmi, xoşbəxtsən?

Bilirsənmi yerişin də şeir oldu,
baxışın , gülüşün də şeir oldu.
Bilmirəm kim dedi ki,

Oqtay Rza da öldü…
Şeir adam, indi yəqin deyərdin

" şeir heç ölərmi ki?”
Haqlısan, şeir heç ölərmi ki?
Sinəndə ürək deyil, şeir
daşıyırdın sən.
Bilirsənmi, xoşbəxtsən!
Bilirsənmi ki, varsan?
Şeir adam, şeir-şeir
ürəklərdə yaşarsan.

P.S. Tezdən Əbülfət bəylə danışdım. Bu kiçikyazını verməsini istədim.Çünki "Ədalət”həmişə onu sevgiylə,hörmətlə qarşılayıb,Onu sevgiylə, hörmətlə yola salıb.

18.08.2019.

TƏQVİM / ARXİV