Paris-2024-də ilk medalçılar bəlli olub

112 | 2024-07-27 13:52

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk medalçılar bəlli olub.

Adalet.az xəbər verir ki, qarışıq komandaların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışında Çin təmsilçiləri qızıl mükafata sahib çıxıblar.

Cənubi Koreya atıcıları gümüş, Qazaxıstan idmançıları isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

TƏQVİM / ARXİV