adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

«QARABAĞ» ATLARI DÖRDNALA ÇAPIRDI - Aqil ABBAS yazır

AQİL ABBAS
538 | 2022-10-08 11:58

Az qala Yunanıstanın  əbədi çempionu olan «Olimpiakos»la oyunda Qurban Qurbanovun köhlən atları dördnala çapırdı. Və «Olimpiakos»u saldılar nallarının altına tapdaq-tapdaq elədilər. Özü də on minlərlə  azarkeşin gözü qarşısında.

Yunanları mədəni  xalq kimi tanıyırlar  dünyada. Dünyaya böyük dahilər vermiş bir xalqın indiki nümayəndələrinin mədəniyyətsizliyini  və tərbiyəsizliyini hara  yazmaq olar? 

Az qala  bütün dünyada İndoneziyada  məlum  futbol faciəsi ilə bağlı həlak olanlar 1 dəqiqəlik  sükutla yad edilir. Yunan  azarkeşlər isə bu sükutu tərbiyəsizcəsinə  pozdular.

Bundan  başqa, oyun  başlamamışdan  əvvəl bizim azarkeşlərə   hücum  etdilər.  Bizimkilər də məcbur olub sektorlarını dəyişdilər. İndi görək UEFA buna görə bu tərbiyəsizləri  necə cəzalandıracaq?  Ermənilərin bir  bacısı olan yunanlar  bizim acığımıza Ermənistanın əski parçası olan  bayrağını  da qaldırmışdılar. O bayrağı  hara  qaldırırsan qaldır, xeyiri  yoxdur, 44 günlük  müharibədə biz o əski  parçası olan bayrağı cırıq-cırıq edib ayaqlar  altına atmışıq. 

Həmin gün Praqada  keçirilən sammitdə Azərbaycan prezidenti, Ali Baş Komandan  İlham Əliyev Paşinyanı tapdaladı. Şəkillərə baxırsız da,  sayın Ərdoğanla  İlham Əliyevin şəkillərinə  və yetim görkəmli Paşinyana. Erməni  olmasaydı  adamın ona lap yazığı da gələrdi. 
Yəqin ki futbolçularımız da o şəkilləri  görmüşdülər, həmin sammitdə qəbul olunan bəyanatdan da  xəbərdar idilər, ona görə də  daha da ruhlanmışdılar. 

Qurban Qurbanov  Avropaya  göstərdi ki, biz də futbol oynaya  bilirik. 

Qurban Qurbanovu və komandanın  bütün heyətini, eləcə də komandanın  prezidenti Tahir  Gözəli və komandanın direktoru  Emrah Çelikeli ürəkdən təbrik edirik, uğurlar  arzulayırıq. 

İnşallah,qarşıdakı görüşlərdə də «Qarabağ»ın köhlən atları  dördnala  çapacaq. 
 


 

TƏQVİM / ARXİV