adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Qazi adını gözdən salan qazilər -Eminquey yazır

EMİNQUEY AKİF
482 | 2022-12-08 12:06

Elçin Lənbəranskinin videosu çıxdı qarşıma. 

Yanında qazi, əlində şüşə qutu, camaat gəlib pul atır. 

Dünən bir qaqaş Ləman adlı tiktok fenomeninin yayımına qoşulub yalvarır ki, mən qaziyəm, niyə məni yayımına qəbul etmirsən? Nolar ki, məni də qoşsan? 

Yaxud da bir başqası qazi ilə tiktokda yarış keçirir, "məni yox, qazini qalib edin" söhbətləri ilə prim qazanır. 

Xanımların direktinə doluşan "mən qaziyəm, tanış olaq" yazanlar bir yandan.

Tam bir rəzillikdir! Anlayıram, dövlət dəstəyi ya yoxdur, ya da varsa bəs eləmir.

Anlayıram, bu ölkədə qazi olmaq da insanı İsveç vətəndaşına çevirmir, bu ölkə üçün başından da keçsən yenə bir zad deyilsən, amma... 

Amma qazi adına edilməyəcək hər cür mənfi hərəkəti etdilər bu ölkədə. İstər kimsə qazilərə qarşı, istər qazilər özlərinə qarşı. 

Və bu rəzillikdən o yanda, Ukraynada qazimizi 8 illik azadlıqdan məhrum elədilər. Nə ordakına sahib çıxa bilirik, nə də burdakılara dayan deyə bilirik. 

Ay qazilər, ya o adı üstünüzdən, tiktok profillərinizdən yığışdırın, ya da o adı daşımaqda, cəmiyyətə "qazi Kamal" və sairə kimi tanınmaqda israrlısınızsa, adınıza yaraşmayan hərəkətlər etməyin.

Təbii, bu şeylər bizə də yaraşmır, amma sizə on qat yaraşmır. 

Əgər qazisinizsə və buna görə özünüzə on qat sevgi, diqqət, qayğı, hörmət tələb edirsinizsə hamıdan, camaatdan əvvəl özünüzə on qat hörmət edin. 

Vallah ayıbdır! 

Billah ayıbdır!

TƏQVİM / ARXİV