Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qanunsuz silahlı erməni birləşmələr vaxtaşırı Bundan başqa, görüntülərdə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni separatçıların hərbi texnikanı qanunsuz daşıdıqları və Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada qərarlaşmağa cəhd göstərdikləri əks olunub. yeni atəş mövqeləri hazırlayır və yeni təxribatlara hazırlaşırlar.
Bundan başqa, Sosial şəbəkələrdə yayılan video və fotolarda Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni separatçıların hərbi texnikanı qanunsuz daşıdıqları və Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada qərarlaşmağa cəhd göstərdikləri əks olunur. Təbii ki, ordumuz da öz tədbirlərini əsirgəmirlər. Amma...
Ermənilər məğlubiyyətin acısını o qədər yaxından hiss edirlər ki, yenə başlarını itiriblər.
Beləki, sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.
Ermənilərin bu tip hərəkətləri yadıma bir maraqlı lətifəni saldı.
Deməli, qaz idarəsindən bir işçi bir qapını döyür. Evin sahibləri evin uşağını öyrədib göndərirlər ki, get de ki, evdə heç kim yoxdu. Uşaqda uşaqdı də. Görmür ki, anası, atası, nənəsi hamısı evdədi?
Uşaq qapını açır və deyir ki, evdə heç kim yoxdu. Qaz idarəsinin işçisi arif adam olur və bundan:
- Ağıllı bala, atan hanı? – Uşaq necə desin ki, atam o biri evdə gizlənib... Başlayır öz bildiyi şəkildə kişini cavablandırmağa:
- Atam tankın altında qalıb.
-Bəs anan hanı??
-Anam da tankın altında qalıb.
-Aaaa yazıq uşaq... A bala, başqa böyük yoxdu evdə??
-Nənəmdi o da tankın altında qalıb.
-Bəs sən balaca uşaq evdə tək neyləyirsən?
– Mən tank sürürəm!!
İndi uşağın sözü olmasın! Özlərinin quraşdırdıqları "qəhrəman və qədim erməni xalqı" yalanına, "böyük ermənistan" uydurmasına aludə olub, "sürdükləri tankın" altında qalırlar, nə yalanlarından əl çəkirlər, nə də əməllərindən...
Əntiqə Rəşid
Yazarın digər yazarlar

31 mart soyqırımına gedən yol: Günahsızların “cəzalandırılması” prosesi

Ərdoğan yenə Türkiyənin başında olacaq! - Əntiqə Rəşid yazır
jpg-1741695221.jpg)
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
jpg-1740669912.jpg)
500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1729080582.jpg)
Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır
jpg-1727180949.jpg)
Livandakı səfirimizə təşəkkürümüzü çatdırın: "Gəmini" belə saxla!
jpg-1721032709.jpg)
Boşanmaların əsas səbəbkarları fəhlə balalarıdır , ya da... - Əntiqə Rəşid yazır...
