Sərgidə kitabımı almayanlar - Eminquey yazır

EMİNQUEY AKİF
1110 | 2023-11-16 14:01

Sərgidə kitablarım qarşımda oturmuşam. Bir ana, yanında iki qızı ilə yaxınlaşdı. Qızlardan biri kitaba barmağını uzadıb, “buna bax, gör necə dəqiqliklə çəkiblər şəkli” - dedi. 

Sonra anası götürdü, açıb təsadüfi bir səhifə açdı. Başladı gülməyə. Bahar bax:

- “Anamla sözüm çəp gəldi, üstünə qışqırıb evdən çıxdım…” 

Sonra dedi:

- Sən də beləsən, bax. Elə bil sənin üçün yazılıb.

Sonra qız təsadüfi bir vərəq açdı:

- “Aaa, Çingiz Mustafayeeev”. Onu görmək istəyirəm.

- Ha? Qızım, ölüb e o.

- Eee, müğənnini deyirəm e.

Gülüşdülər. Kitabı stendin üstünə qoyub sağollaşdılar. Bu soxasoxda da bir kişi “Harry Potter” kitabını götürüb soruşdu ki, bu, o kino dööl? Dedim, yox, Məleykənin qardaşıdı. Eşitmədi, getdi. 

TƏQVİM / ARXİV