Slovakiya Qərbə qarşı..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1239 | 2023-10-02 10:45

The New York Timesin şərhçisi Rojer Koen bəyan edir ki, Clovakiyada keçirilən parlament seçkilərində qalib gələn, keçmiş baş nazir Robert Fisonun "Sosoial demokratiya- kursu" müxalifət partiyası, Ukraynaya dəstək kompaniyasını zəiflədə bilər.

"23 faizə yaxın səs toplayan cənab Fiso, daima Ukraynaya silah göndərilməsinin əlehyinə çıxış edib və münaqişədə Qərb və Ukraynanın günahkar olduğunu bəyan edib"- deyə şərhçi yazır.

Mart ayında Slovakiyada keçirilən sorğuların nəticələrinə görə, rəyi soruşulanların 51 faizi, münaqişədə əsas məsuliyyətin Ulrayna və ya Qərbin daşıdığını bildiriblər. Beləliklə Fiso seçkiqabağı kompaniya dövründə xalqın fikrini dəstəkləyib- deyə Koen qeyd edir.

Lakin şərhçi, 15 faizə yaxın səs toplamış daha bir eks baş nazir Peter Pellegini ilə koalisiya yarada biləcəyi təqdirdə Fisonun ritorikasını dəyişə biləcəyini də istisna etmir. 

Fisonun rəhbərlik etdiyi partiya, Slovakiyada 1 oktyabrda keçirilən parlament seçkilərində 23 faizə yaxın sös toplayıb. Newsweekin yurnalisti Elli Kuk da hesab edir ki, Fisonun qələbəsi Ukraynanı Slovakiyadan göndırilən slah təminatından məhrum edə bilər. 

Əslində Slovakiya, ABŞ və Qərbin Ukraynaya göndərdiyi silah-sursat payında elə də önəm daşımır. Lakin artıq Rusiya-Ukrayna münaqişəsindən həm maddi, həm də mənəvi əziyyət çəkən digər ölkələr də tədricən geri çəkilə bilərlər. 

 Ukraynada isə müharibə davam edir və sonu görünmür. Tərəflərin  danışıqlar masasına oturmaqla bağlı qoyduqları şərtlər, əslində danışıqlardan imtina kimi qiymətləndirilə bilər. Rəsmi Kiyev, rus qoşunlarının işğal etdikləri ərazilərdən tam çıxarılması və ərazi bütövlüyünün tam bərpa olunmasını, Rusiya isə tam əksinə, işğal etdiyi və artıq öz ərazilərinə "birləşdirdiyi" ərazilərin tanınması şərtlərini irəli sürürlər. 

Bu isə o deməkdir ki, müharibə sonsuzluğa qədər davam etməlidir. Görünən odur ki, Rusiya hələ sovetlərin vaxtından anbarlarda yatıb qalan silah-sursatların tükənməyəcəyinə arxayındır, Ukrayna isə ABŞ və Qərbin davamlı silah təhcizatına...

 

TƏQVİM / ARXİV