
ABŞ və Qərb sözdə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istədiyini bəyan etsələr də, görünən odur ki, əməldə bu müharibənin davam etməsində maraqlıdır.
Vülnüsdə başa çatan NATO sammitində, alyansa daxil olan ölkələr qəbul etdikləri yekun sənəddə, hələ də davam edən Rusiya-Ukrayna müharibəsində Ukraynaya hər tərəfli yardım etməyi davam edəcəkləruni təsdiqləyiblər.
NATO ya üzv dövlətlər bir tərəfdən Ukraynaya hərbi və maliyə yardımların davam etməsini təsdiqləyir, digər tərəfdən isə bunun alyansa üzv dövlətlərin Rusiya ilə bir başa konfrantasiyaya getmələri kimi başa düşülməməsinə çalışırlar.
Əslində nizamnaməsinə görə, NATO müdafiə alyansı fuksiyasını daşımalıdır. Bu gün isə görünən odur ki, NATO alyansa daxil olmayan üçüncü dövləti (Ukraynanı), dördüncü dövlətdən (Rusiyanın müdaxiləsindən) müdafiə etməyi "qarşısına məqsəd" qoyub. Şimali Atlantika bloku faktiki olaraq NATO-ya daxil olmağa çalışan Ukraynanı müdafiə edir. Alyansın vəzifəsi üzv dövlətlərin xarici müdaxilədən qorumaqdır, Ukraynanın simasında potensial üzvlüyə can atan bir ölkəni yox.
Ukraynanın Şimali Atlantika blokuna qoşulması perspektivləri hələ çox dumanlı görünür. Sammitdə qəbul olunan yekun sənədində bildirilir ki, Ukrayna mütləq alyansa üzvlüyə qəbul ediləcək. Lakin bunun üçün müəyyən şərtlərin yetişməsi vaxtını gözləmək lazımdır. Yəni bu şərtlər bir ilə də yetişə bilər, yüz ilə də. Hərçənd Ukrayna üçün nələrinsə müsbət mənada nəinki bir ilə, heç yaxın on ilə də dəyişəcəyi inandırıcı görünmür.
Ona görə də, NATO-nun Ukrayna ilə bağlı qərarını "yerində hoppanmaq" kimi də qəbul etmək olar. Nəzərə alsaq ki, NATO elə ABŞ-ın özü deməkdir, onda aydın olar ki, Vaşunqtonu nə Ukrayna, nə də ukrayna xalqı maraqlandlrır. ABŞ -ln məqsədi Rusiyanı çökdürüb parçalamaqdır. Ukrayna və Ukrayna xalqı isə onlara bu məqsədlərinə nail olmaq üçün sadəcə qurbanlıq vasitədir.