ABŞ nə vaxt istəsə... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1019 | 2023-07-14 13:51

Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsinin başa çatması ilə bağlı şərtləri açıqlayıb.

Ripost yazır ki, baş nazirin sözlərinə görə, hərbi münaqişə ABŞ nə vaxt istəsə, həmin andan da bitəcək. Orban həmçinin qeyd edib ki, Vaşinqtonun bununla bağlı hərəkətlərini başa düşmür və buna cavab gözləyir.

"Ukrayna faktiki olaraq suverenliyini itirib: onun pulu yoxdur, hərbi sənayesi hərbi istehsalını qarşılamaq gücündə deyil. Kiyev pulu əsasən ABŞ -dan alır, hərbi ehtiyaclarını  da ABŞ-la Qərb ödəyir"- deyə Macarıstanın baş naziri bildirib.

Orban sonda qeyd edib ki, əgər ABŞ sülh istəyərsə, sülh danışıqları sabah da başlaya bilər.

 Bəs ABŞ sülh istəyirmi? Hazırki durumda Vaşinqtonun sülh istəməsi, real hərəkətləri ilə üst-üstə düşmür. Birləşmiş Ştatların Kiyevə kasetli bombalar göndərməklə bağlı qərarı icra olunmağa başlayıb. Verilən məlumatlara görə bu sursatların ilkin partiyası artıq Ukraynaya çatdırılıb.

 Dünyanın 120 ölkəsində dinc əhalinin həyatına təhlükə yarada bilən kasetli bombaların istifadəsinə qafağa qoyulub. Buna baxmayaraq, dinc əhalinin həyatına təhlükə risqi olmasına baxmayaraq, Co Bayden administrasiyası əmin edir ki, bu silahlar Ukrayna hərbi qüvvələrinə işğal olunmuş ərazilərinin qaytarmağa   kömək edəcək.

Rusiya silahlı qüvvələrinin də bu tip kasetli sursatlara malik olmasını da nəzərə alsaq, iki qardaş xalq arasında gedən qanlı müharibənin daha da qızışacağını və daha çox itkilər veriləcəyininin şahidi olacağıq. 

 

TƏQVİM / ARXİV