Üçüncü qüvvə vəziyyəti dəyişə bilər.... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
914 | 2023-07-20 13:04

ABŞ -da növbəti prezident kreslosu uğrunda mübarizə tədricən qızışmaqdadır. Oval kabinetə yiyələnmək istəyən namizədlərin sayı hər gün artmaqdadır, əsasən də Respublikaçılar partiyasının sıralarlnda.  Artıq "qırmızl" blokun üzvlərindən 12 nəfər, o cümlədən eks-prezident Donald Tramp mübarizəyə qoşulacaqlarını elan ediblər. Respublikaçılardan, barəsində bir neçə cinayət işində adının hallanmasına baxmayaraq, məhz Trampın əsas namizəd olacağı şübhə doğurmur. 

Demokrat partiyaslndan isə hələlik üç namizəd- hazlrki prezident Co Bayden, 35-ci prezident Con Kennedinin  yaxın qohumu Robert Kennedi, həmçinin yazıçı Marianna Uilyamson namizədliyə talib olduqlarını bəyan ediblər. Burada da Co Baydenin üstün olacağı proqnozlaşdırılır.

Beləliklə, ən yaxşı ehtimalla 2024-cü il prezident seçkilərində amerikan vətəndaşları ötən seçkilərdə olduğu kimi, yenidən Co Bayden və Donald Tramp arasında mübarizənin şahidi ola bilərlər. Morining Consultun aoardığı sorğuların nəticələrinə görə, dempartiyanın namizədi Baydenin 41 faizə qarşı 43 faizlə rəqibi, yenidın Ağ Evə qayıtmaq istəyən Trampı qabaqladığı bildirilir.

Siyasi ekspertlərin fikirincə, üçüncü qüvvənin seçkilərə qoşulması, bu iki namizəd arasındakı mübarizədə vəziyyəti kökündən dəyişə bilər. Belə ki, yüksək ehtimalla No Labels ( Yarlıksız) mərkəzi qrupunun da namizədinin prezidentliyə namizəd irəli sürəcəyi gözlənilir.  No Labels bəyan edib ki, 2020-ci il seçkilərindəki vəziyyət təkrar olunacağı halda, onlar da öz namizədləri ilə mübarizəyə qoşulacaqlar.

Mərkəzi qruplaşmanın bu bəyənatı hər iki əsas partiya sıralarlnda çaxbaşma yaradlb. Üçüncü tərəfin bu seçkilərdə qalib gəlmək şansları minimal görünsə də, digər iki namizədin səslərinə ciddi maniələr yarada biləcəyi kürklərinə birə salıb. Ən çox demokratlar narahatdırlar, çünki vəziyyət onların xeyrinə olmaya bilər. Belə ki, üçüncü namizəd ən çox Baydenin səslərini əlindən ala bilər ki, bu da eks-prezident Donald Trampın xeyrinə işləyə bilər. 

Beləliklə, Co Bayden və Donald Tramp qarşılaşması yəqinləşərsə, No Labels vəziyəti tam şəkildə baş-ayaq etməyə hazlrdır. Ekspertlər bir səslə üçüncü qüvvə rolunu Qərbi Virciniya ştatının qubernatoru Co Mançinanın öz üzərinə götürəcəyini bildirirlər.

Görünən odur ki, gələn ilin mart ayında ABŞ-da keçirilən prezident seçkilərində maraqlı hadisələrin baş verəcəyi gözlənilir.

 

TƏQVİM / ARXİV