
Dünyaya ağalıq etmək iddialarından əl çəkmək istəməyən iki hegemon dövlət- ABŞ və Rusiya illərdi "gölə daş atıblar", yüz ağıllı dövlətin çliderlərinin bu daşı çıxarmaq çəhdləri nəticəsiz qalmaqdadır.
İndi də Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafos Sankt-Peterburqda keçiriləcək Afrika ölkələrinin sammitində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə sülh planını müzakirə etməyə hazırlaşır.
Bu barədə məlumat verən Financial Times yazır ki, Ramofos "sammitdə iştirakından istifadə edərək sülh planını irəli sürməyi qərara alıb". Daha əvvəllərdə həm, CAR-ın lideri, həm də digər Afrika dövlətlərinin liderləri də, Kiyev və Moskva görüşlərində özlərinin sülh planlarını təklif etmişdilər. Lakin hələ ki, təklif olunan planların hamısı nəticəsiz qalmaqdadır.
CAR prezidentinin sülh planları Rusiya prezidenti Vladimir Putinə təqdim olunub və Kremlin sahibi bəyan edib ki, Moskva sülhün yaranmasını istəyənlərlə ədalətli prinsiplərlə konstruktiv dialoqa hazırdır. Putin həmçinin CAR liderinin Ukrayna münaqişəsində balanslaşdırılmış yananaşnasını dəstəkləyib.
CAR prezidentinin təklif etdiyi planda, əslində yeni bir məsələ yoxdur. Ramifson da sülh planında bu günədək hamının təkrarladığı, münaqişənin diplomatik qaydada danışıqlar yolu ilə tənzimləməsini təklif edir. Bütün dünya liderlərinin, həmçinin "gölə daş atanlardan" biri, ABŞ-ın lideri Co Bayden də demək olar ki, hər çıxışında bunu "bəyan" edir. (Əməldə isə, əksini)
Münaqişə tərəfləri də, sözdə münaqişənin diplomatik yolla danışıqlar masasında həll olunmasına tərəfdar olduqlarını bəyan edirlər. Lakin həm Vaşinqton və Qərb tərəfindən idarə olunan Ukrayna tərəfi, həm də imperiyanın bərpa olunması xəyalları ilə yaşayan Rusiya tərəfi, münaqişənin diplomatik yolla, danışıqlar masasında həll olunması üçün irəli sürdükləri şərtlər, əslində onların (həm də ABŞ-ın) səmimi olmadıqlarını nümayiş etdirir.
Ukrayna tərəfi, danışıqlar masasına yalnız rus qoşunlarının beynəlxalq səviyyədə tanınan, işğal etdikləri Ukrayna torpaqlarından çıxarılandan sonra otura biləcəkləri şərtlərini irəli sürür. Moskva isə, artıq Krım yarımadası da daxil olmaqla işğal etdikləri Donetsk, Luqansq, Xerson və s. ərazilərin Rusiyanın əraziləri kimi qəbul olunması şərtləri ilə sülh danışıqlarına başlamağa razı olacağını bildirir.
Bir sözlə, münaqişə tərəfləri açıq şəkildə heç bir diplomatiq yolu qəbul etmədikləruni və müharibəni sonsuzluğa qədər aparacaqlarını ortaya qoyurlar.
Cənab Ramafos, məhşur filmdə Kərbəlayının dediyi kimi, "nahaq əziyyət çəkir", o "quyuya daş atanlar" istəməyənəcən bu müharibə bitməyəcək...