Artıq dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməyən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Afrika ölkələriylə münasibətlər saxlamaqdan başqa çarəsi qalmayıb.
ABŞ və Qərbin bu qitədə yüz illərdi törətdiyi vəhşiliklər Afririka ölkələrini səfalət içində sürükləməkdədir. Ona görə də, bu ölkələr Rusiya ilə böyük ölçüdə - silah almaqdan tutmuş, enerji sahəsinin inkişafına qədər əməkdaşlıq etməkdə maraqlıdırlar.
27-28 iyulda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Afrika" 49 ölkənin ikinci sammitində, Afrika dövlətləri Rusiyanı etibarlı tərəfdaş kimi gördüklərini bildiriblər. (Rusiyanın nə dərəcədə "etibarlı tərəfdaş" olduğunu yəqin ki, sonra anlyacaqlar). Rusiyanın ikinci paytaxtında sammitlə yanaşı iqtisadi və humanitar forum da keçirilib.
Ukraynada gedən müharibənin Afrikanın kaslb ölkələrinə mənfi təsiri, sammitin əsas müzakirə məsələlərindən biri olub. Sammitdən bir ay əvvəl Kiyevə səfər edən Zambiya, Komor adaları, Seneqal, CAR, Misir, Konqo Respublikası və Uqandanın nümayəndələri Rusiya prezidenti ilə görüşüblər və Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini müzakirə ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Afrika ölkələrinin nümayəndələrinin Putinlə görüşdə yeni təkliflər təqdim etmədiklərini bildirib. Əslində münaqişə tərəflərinin sülh danışıqlarına başlamaq üçün irəli sürdükləri, bir-birinə zidd olan şərtləri qarşıslnda hər hansı bir yeni təkliflər irəli sürməyin də mənası yoxdur. Hələlik görünən odur ki, bu müharibə tərəflərdən birinin tam məğlub olmasına qədər, yəni sonsuzluğa qədər davam edəcək. Çünki, nə imperiya ambisiyalarından əl çəkmək fikirində olmayan Rusiyanın, nə də ABŞ və Qərbin əlində müharıbə oyuncağına çevrilən Ukraynanın geri addım atmaq niyyətləri görünmür.
Afruka dövlətlərinin bir qrup nümayəndələri ilə görüşdə Rusiya prezidenti Vladumir Putin, Ukrayna münaqişəsinin həll olunması üçün danlşıqlar masasına oturmağa hazır olmasını bəyan etməsi də heç nəyi dəyişmir. Putinin bu bəyənatlarını dəfələrlə eşitmişik. Rusiya prezidenti sülh danışıqlarlna başlamağa hazır olması şərtlərini açıqlamaqla eyni zamanda faktiki olaraq bu danışıqların baş tutmayacağını da beynəlxalq aləmə nümayiş etdirir.
Sankt -Peterburq sammitində qeyd olundu ki, Rusiya Afrika ölkələrinə silah gödərən dövlətlər içərisində liderdir. Afrika dövlətləri bu sahədə Rusiya ilə əməkdaşlığı elə yüksək qiymətləndirdilər ki, sanki aclıqdan əziyyət çəkən xalqlarına kalaşnikov avtomatlarını yedirdəcəklər. ABŞ və Avropa ölkələrinin yüz illərdi sərvətlərini daşıyıb, özlərini səfalət quyusuna salmalarından dərs çıxarmayan afrikalı liderlər, indi də rus silahları ilə bir-birilərinin canına düşəcəklər. Qiyamçı "Baş aşbaz" Yevgeni Priqojinin himayəsindən çıxarılan "Vaqner"çilər də onları rus mərmiləri ilə birdəfək doyuracaqlar.
Nə deyə bilərik ki? Allah "xeyirlərini" versin...