
Fransa və Qərbi Afrika dövlətləri çox güman ki, şəxsi qvardiyası tərəfindən hakimiyyətdən devirmiş prezident Moxammed Bazumaya görə, Nigeriyaya hərbi müdaxilə etməyə hazırlaşır.
Dövlət çevrilişi, Parisin və digər Afrika dövlətlərinin bununla bağlı reaksiyası barədə hələ ki, bu məlumatlar yayılmaqdadır.
Higeriya lideri Muxamed Bazum, 26 iyulda prezident qvardiyası tərəfindən həbs olunub və dərhal dövlət sərhədləri bağlanıb. Verilən məlumatlara görə, prezident qvardiyasının bu hərəkəti gigər hərbi qurumlar tərəfindən əvvəlcədən dəstəklənməyib. Lakin bir gün sonra Nigeriya Hərbi qüvvələrinin rəhbərliyi qiyamçıların tərəfində olduqlarını bəyan ediblər.
İyulun 28-də video müraciətində prezident qvardiyasının komandanı general Əbdürəhman Çiani xalqa səslənərək, özünü çevrilişi həyata keçirmiş hərbi qüvvələrin və ölkənin müdafiəsi üçün yaradılan Milli Şuranın rəhbəri olduğunu elan edərək, əhalini ölkədə baş verənlərə müdaxilə etməməyə, hadisələrə qarışmamağa çağırıb. Qeneral, video müraciətində qiyamçıların "dövlət əmlakının dağıdılmasına, baş verən qanunsuzluqlara, korrupsiyaya və qohumbazlığa dözmədiklərinə görə bu addımı atdıqlarını" izah etməyə çalışıb.
Qərbi Afrika dövlətlərində tez-tez baş verən dövlət çevrilişləri, Fransanın bu dövlətlərin idarə olunmasına bir başa müdaxiləsinə qarşı çıxmaları ilə əlaqələndirilir. Hərbi xuntanın minlərlə tərıfdaşları, qiyamçıları dəstəkləyərək küçələrə çıxıb və "Fransa rədd ol get" şüarları ilə Niamedəki Fransa səfirliyinə gedərək, Fransa bayrağını çıxarıb, əvəzinə Rusiyanın bayrağını asıblar.
Əslində Fransanın bu ölkələrin daxili idarəetməsinə müdaxilə etməsi heç də təsadüfü deyil. Nigeriya təkcə Fransaya deyil, eyni zamanda Avropa Birliyi dövlətlərinə enerji sektorundakı dünya bazarına iri həcmdə uran idxal edən ölkələrin siyahısında yeddinci yerdə gedir. Politico bununla bağlı qeyd edir ki, Nigeriyada baş verən dövlət çevrilişi, əslində Rusiya uranının Avropaya ixracının qarşısını almaqda çətinlik yarada bilər.
Aydın olur ki, Fransanı heç də Nigeriya xalqının gələcək taleyi maraqlandırmır, əsas məsələ uran yataqlarına nəzarətin əldən çıxması qorxusudur.
Dünənki sayımızda bildirmişdik ki, bu günlərdə Sankt-Peterburqda keçirilən "Rusiya-Afrika dölətlərinin" sammitinin keçirilməsinin və orada səfələt içində yaşayan insanlara ərzaq təminatı göstərmək əvəzinə silah göndərmək qərarının qəbul edilməsinin altında Rusiyanın da özünün başqa maraqları var.
Artıq sammitdə iştirak edən digər Afrika dövlətləri, Nigeriyada çevriliş edın xuntaya qarşı sanksiyalar tədbiq etməyə başlayıblar. Qərbi Afrika iqtisadi birliyi, ölkə banklarının bütün aktivləri dondurulub, bütün köçürmələri dayandırıb. Bundan başqa blok, xuntaya gələn həftəyədək dövlət başçısının səlahiyətlərini bərpa etməyəcəkləri təqdirdə, birlik iştirakçı dövlətlərin özlərinin tədbir görəcəklərini və güc tədbiq edərək Muxamed Bazumun hakimiyyətini bərpa edəcəkləri barədə ultimatum göndəriblər.
Fransa və Rusiyanın uran yataqlarına nəzarət etmək uğrunda apardıqları siyasət, yəqin ki, guya "Nigeriyada da suverenliyin müdafiəsinə" hesablanıb. Aqil müəllimin sözü olmasın, "baş vor zakon" isə hələlik "sxodkaya" qoşulmayıb, nəticəni və "son sözü" deyəcəyi zamanı gözləyir.
Hələlik isə, Nigeriyada qiyamı dəstəkləyən kütlə, "da sdrastvuyet Rosiya, da sdrastvuyet Putin" şüarları ilə acqarına Rusiya bayraqlarını dalğalandırırlar. Bir sözlə, nigeriyalılar ümidlərini Putinə bağlayırlar. Məhşur "Vaqner" qeyri-qanuni hərbi birləşməsinin yaradıcısl və "keçmiş rəhbəri" Yevgeni Priüojin də qyamçı xuntanın həyata keçirdiyi dövlət çevrilişini dəstəklədiyini bəyan edib. Priqojin Nigeriyada baş verənləri, "xalqın kolonizatorlara qarşı mübarizəsi" kimi qiymətlənditib. Yəni Rusiyanın bu məsələdə əslində aparacağı siyasətin anonslarını verib.
Beləliklə, daha bir Afrika ölkəsində "aanlı qarşıdurma ocağı qalanmaqdadır". Hələki bu ocağın alovlanmasl üçün zəmin yaradılır. Yəqin ki, alovun şiddətlənməsi əmri okeanın o tayından gələcək. Bu dəfə "qurbanıq" üçün Nigeriya xalqı hədıfə alınıb. Görək növbəti hədəf hansı ölkə olacaq.