adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
522 | 2024-03-26 14:30

Kremlin təbliğat ruporları niyə bu barədə danışmaq istəmirlər?

Rusiyalı gənclər daha çox Ukrayna tərəfdən müharibəyə qoşulmağa üstünlük verirlər

Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin bu yaxınlarda keçirilən kollegiyasındakı çıxışı zamanı, vətən xainlərini "Vlasovçu"larla müqayisə edib və qeyd edib ki, bu xainlərin cəzalandırılması üçün  müddət yoxdur. 

Rusiya prezidentini əslində narahat edən, ukrayna millətçilərini dəstəkləyən və Rusiya ərazisində fəaliyyətləri qadağan olunmuş terrorçu qruplaşmalarına qoşulan gənclərin sayının getdikcə artmasıdır.

Regionlarda Xarici xüsusi xidmət orqanlarının və Ukrayna Təhlükəsizlik Xidmətininin sadəcə pulla və yaxud psixoloji yollarla ələ aldıqları rusiyalı gənclərin   "Rusiya könüllülər korpusu"na (RDK) və "Azad Rusiya Legionu"na (LSR) qoşulanların sayları artmaqda davam edir.

Vladimir Putinin çıxışından dərhal sonra, gizli fəaliyyət göstərən bir neçə terror təşkilatının üzvlərinin səs-küylü həbsləri həyata keçirildi. Moskvada keçirilən əməliyyatlar zamanı, yeddi nəfərdən ibarət  "Rusita könüllülər korpusu"nun dayaq dəstəsi ifşa  edildi. Həbs olunan rusiyalı gənclər, güc strukturlarının əməkdaşlarına və xaricilərə qarşı zor tədbiq etməklə aksiyalar keçirməyi planlaşdırırmışlar. Şübhəlilərin  mənzil- qərərgahlarında neonasist və faşist atributları, taktiki baltalar, gözyaşardıcı  aerozol balonları, həmçinin partlayıcı maddələrin hazırlanması üçün lazım olan konpanetlər aşkarlanaraq götürülmüşdür. Belqorodda isə ykrayna millətçilərinin göstərişiylə terror aktı keçirməyə hazırlaşan bir kişi həbs olunmuşdu.

Daha əvvəl isə, güc strukturları Sank-Peterburqda, humanitar yardım adı altında, Ukraynada döyüşən rusiyalı hərbiçilərə zəhərlənmiş ərzaq göndərməyə cəhd edən, bir qrup ukrayna neofaşistlərinin tərəfdaşlarını həbs etmişdilər. Həbs edilən üç nəfərdən ikisi etiraf ediblər ki, "Rusiya Könüllülər Korpusu"nun üzvləridirlər və kuratorlarının tapşırıqlarını yerinə yetirirlər. Həbs olunan rusiyalı gənclər humanitar konvoyların hərəkətlərini izləyəməklə, Kiyev rejiminin maraqlarına xidmət edirmişlər.

Ekstrimuzmə qarşı Mərkəzin mütəxəsisləri və FTX, ilin əvvəlindən bu genədək RDK və LSR terror təşkilatlarının onlarla üzvlərini həbs ediblər. Xatırladılır ki, həbs olunanların içərisində, Ukrayna ilə sərhəd rayonlarında Ukrayna Hərbi Qüvvələrinin hücumları zamanı onlara yaxından kömək edənlər də var.

Bununla yanaşı qeyd olunur ki, baxmayaraq ki, bu təşkilatlar əslində real təşkilatdan daha çox  mistifikasiya xarakteri daşıyır, onlar haqqında yayılan əfsanələr, ultrasağçılar və ukrayna neomillətçilərinə simpatiya göstərənlərin saylarını artırmaqda davam edir. Bundan başqa düşmənin əlində  güclü təbliğat maşınının olmasını da unutmaq olmaz. Vətənə xainlik cızgilərini keçən gənclərin, əsasən 2002-2005-ci illər doğumlu olduqları bildirilsə də, onların içərisində sosial problemlər ucbatından xəyanət yolunu tutan daha yaşlı insanlarada rast gəlmək olar.

Maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsində, Ukraynalılar tərəfindən döyüşlərə qatılmaq istəyən rus gənclərin sayları da getdikcə artmaqdadır. Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyət gərginləşənədək, Ukrayna legionlarına qoşulmaq üçün sərhədləri keçməyə cəhd edən yüzlərlə rusiyalı gənc, bellərində ryükzaq kolluqlarda, meşələrdə  rusiya sərhədçiləri tətəfindən aşkarlanaraq saxlanılıb. 

Hazırda bu istiqamətlərdə sərhədlərə nəzatət gücləndirildiyi üçün, Zelenski tərəfdaşları olan rusitalı gənclər daha çox Pribaltika dövlətlərinin ərazilərindən keçməklə Kiyevə getməyə üstünlük verirlər. 

Rusiya tərəfi iddia edir ki, bu xainlətin əksəriyyəti sosial şəbəkələrdə aparılan Ukrayna  təbliğatının və  böyük məbləğdə vəd edilən pulların qurbanlarına çevrilənlərdi. 

RDK və LSR terror təşkilatları, Rusiya Federasiyasl ərazilərində fəaliyyətləri qadağan olunmuş digər, məsələn "Vətəndaş Şurası" (Qrajdanskiy sovet) təşkilatı ilə slx əməkdaşlıq edirlər. Bildirilir ki,  siyasi texnoloq kimi tanınan Anastasita Sergeyevanın rəhbərlik etdiyi bu qeyri kommersita təşkilatı, xaricdən olan xüsusi xidmət orqanları tərəfindən maliyələşdirilir. Təşkilatın rəsmi sponsorlar arasında Polşa XİN-i, Böyük Britaniya və Çexiyanın Varşavadakı səfirliklərinin adları göstərilir.

Bu gün Sergeyevanın rolu, media üzərindən "rejimlə mübarizə qəhrəmanları" kimi tanınan İlya Ponamaryov və yaxud, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum olunmuş Denis Kapustin qədər hallanmasa da, əslində bu siyasi texnoloq xanımın rolu çox vacibdir. Sergeyeva liberal dairədə yaxşı tanınır və o, hazırda siyasi mühacirlərin lideri sayılır. Onun daha əvvəl Mixail Xodorkivskiylə də yaxın əlaqələri olduğu bildirilir. 

Sergeyeva "Rusiya könüllülər korpusunun" (RDK) yaradılmasında böyük rolu var. Bu təşkilatın daha əvvəl rəsmi kəşfiyat məqsədiylə yaradılması nəzərdə tutulsa da, ötən ildən Sergeyevanın rəhbərlik etdiyi "Vətəndaş şurasına" birləşdirilməsi daha məqsədəuyğun hesab edildi.

Bu gün "Vətəndaş şurası" Rusiya vətəndaşlarını faktiki olaraq, əllərində silah öz dövlətlərinə qarşı müqavimət göstərməyə çağırır.

Göründüyü kimi, Kremlin təbliğat ruporları solovyovlar, simonysnlar, skabayevalar və digərləri,  miqranrlarln və yaxud keçmiş postsovet dövlətlərinin  vətəndaşlarlnın xırda bir cinayət əməlini günlərlə müzakirə obyektinə çevirərək ojiotaj yaradanlar, rus gənclərinin kütləvi şəkildə vətənə xəyanət yolu tutan terror təşkilatlarına qoşulmaları faktları barədə  susmağa üstünlük verirlər. 

Görünən odur ki, Kremlin təbliğat maşını xarici kəşfiyyat orqanlarının, xüsuiylə də Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı fəaliyyətlərini şişirməklə, Rusiyanın təhlükəsizliyinə cavabdeh olan xüsusi xidmət orqanlarımın işıərinin öhdəsindən gələ bilməmələrini malalamaqla məşğuldular. 

 Rüstəm Hacıyev

 Məqalədə "İzvestiya" saytının materiallarından istifadə olunub.

TƏQVİM / ARXİV