adalet.az header logo
  • Bakı 20°C

Vaşinqton Sudana da "demokratiya" gətirəcək - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1511 | 2023-05-05 10:47

ABŞ liderlərinin apardıqları siyasəti heç vaxt başa düşmək olmur. Bir tərəfdən bütün dünyanı terrorçulara qarşı mübarizə səsləyirlər, digər tərəfdən isə "əl altından" bu terrorçulara hər cürə hərbi və maddi yardımlar göstərirlər. Bir tərəfdən dünyanın təhlükəsizliyinin qorunmasından danışırlar, digər tərəfdən bu təhlükəsizlin pozulması üçün "ocağın altına" benzin tökürlər.

Xəbər verdiyimiz kimi, artıq neçə müddətdir ki, Sudanda vəziyyət elə amerikancadı, yəni ara qarışıb, məzhəb itib. Birləşmiş Ştatların prezidenti Co Bayden isə Ağ Evdə oturub Sudanda vəziyyəti qarışdıranlara qarşı sanksiyalar tədbiq ediməsiylə bağlı qərar qıbul edib. Bu barədə amerikan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Prezident Co Baydenin imzaladığı yeni fərman, sanksiyalar vasitəsiylə ABŞ-ın Sudanda, dünyaya təhlükə yaradan adamların törətdikləri şıddətə qarşı səlahiyyət çərçivəsini genişləndirməyi nəzərdə tutur. Onlar Sudanda təhlükəsizliyi və stabilliyi pozurlar, Sudanın demokratik tranformasiyasını dağıdırlar, vətəndaşlara qarşı zor tədbiq edirlər və insan hüquqlarını ciddi şəkildə pozurlar"-deyə mətbuat xidmətinin bəyənatında bildirilir.

Ağ Evin rəhbərləri uzun illərdi tədbiq etdikləri "demokratiyanın qorunması" pərdəsi altında müxtəlif regionlarda "mübarizə" aparırlar və nəticələr göz qabağındadır. Ən yaxın tarixə nəzər salsaq görərik ki, Sem dayının "dünyanın təhlükəsizliyinin qorunması", "demokratiyanın bərqərar olması" üçün apardıqları siyasət, Əfqanıstana, İraqa, Suriyaya, Liviyaya və nəhayət Ukraynaya nələr "bəxş" edib. Sonu görünməyən qırğınlar, tələfat, vətəndaş müharibələri, aclıq, böhran və s. Saymaqla böyük bir siyahı tədbiq etmək olar. İndi də Sudan.

Sanksiyada kimlərin yer alacağı məlum olmasa da, Sudanın amerika ilə iş birliyi quran biznes şirkətlərinin aktivlərinin dondurulması artıq bu siyahıda yer alıb. Yəqin ki, tezliklə bu şirkətlərin Sudanda korrupsiya ilə məşğul olduqları "sübuta yetiriləcək" və onların ABŞ-dakı aktivləri əllərindən alınacaq...

Sudanda isə vəziyyət, ordu komandanı Əbdel Fəttah əl-Burxanla, müavini Mühəmməd Həmdan Daqalo arasında yaranan fikir ayrılıqlarından sonra qarışmağa başlayıb. Əsas qarşıdurma Sudanın vahid Silahlı Qüvvələrinin yaranması məsələsində və ən əsası kimin bu ordunun baş komandanı olacağına qərar verilməməsi ilə bağlı mübahisələrdən sonra yaranıb.

Tərəflərin qarşıdurması ölkədə vəziyyəti qarışdırıb. Silahlı qarşıdurma nəticəsində 500 nəfərdən çox insanın öldürüldüyü və 4 mindəb artıq insanın yaralandığı bildirilir. Cənubi Sudanın prezidenti Salvador Kiiranın təşəbbüsü ilə münaqişə tərəflər bir araya gəlib, barışıq imzalamağa razılaşıblar. Bu razılaşma 4 maydan, 11 maya qədər qüvvədə olacaq.

Bu müddət münaqişə tərəflərinin razılaşmanın təkəblərini yerinə yetirilməsi üçün bəs edəcəkmi? Vaşinqton bu işə artıq barmaq qoyubsa, onda vəziyyətin daha da çətin duruma düşəcəyi şübhə doğurmur...

 

 

TƏQVİM / ARXİV