adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

VƏTƏNİMİZ NAMUSUMUZDUR

SEYFƏDDİN ALTAYLI
53851 | 2013-08-30 23:35
Biz türklərdə vətən anlayışı çox fərqlidir. Bu anlayışın ilkin pilləsi də yurddan başlayıb, yəni ilkin məkanımız anamızdan, sonrakı yuvamız çadırdan. Ona görə də bizlərdə yurd sözü həm də tarix boyu vətəni və də ananı əvəz edib. Türkiyədə işlədilən "anavətən" termini bundan bəhrələnir.
Ulu tariximizdə özümüzə məxsus vətən anlayışını yaradan şəxsin mifoloji şəxsiyyətimiz Oğuz Xaqan olduğu dastan gələnəyimizdə yüz illər boyu dildən-dilə söylənib, sonra da tarixi əsərlərdə yazılıb. Bu gün hamımızın bildiyi oğuz tayfalarının adı da onunla bağlıdır. Oğuz Xaqanın hakimiyyətini qəbul edən, ona tabe olan Türk boylarının tamamı oğuzlar adlanır, bunu da hamı bilir.
Türklərin qədim vaxtlardan bəri döyüş meydanlarında əksəriyyətlə qələbə çalmasının və bizlərin döyüşçü bir millət kimi qələmə verilməyimizin özülündə böyük sözünə Tanrı sözü kimi yanaşıb onu qəbul etmək, dözümlü, cəsur olmaq, qorxu-hürkü bilməmək, sədaqətli və vəfalı olmaq düşüncəsi dayanır. Bunun adına da, əmin şəkildə Türkün özünə məxsus tərbiyə anlayışı deyə bilərik.
Ulu babalarımız ən qədim vaxtlarda uşaqları hər yöndən güclü və dözümlü yetişdirirdi. əvvəlcə qoyunlara mindirir, onlara siçanları və buna oxşar heyvanları oxla vurabilmələrini öyrədirdilər. Bu uşaqlar da böyüyüb boya-başa çatdıqda isə dördnal gedən sürətli atların üstündə istədikləri istiqamətə yönəlib buynuzdan düzəldilmiş yaylarına saldıqları oxlarını dartıb hədəflərini çaşmadan vura bilirdilər. Hətta onların oxları zirehləri də deşib düşməni ordaca məhv edirdi. Bu da uzun çəkən fasiləsiz və iztirablı məşqlərlə əldə edilə bilirdi. Bu cür təlimləri də müəyyən sistemə salan və adına bu gün "Turan taktikası" deyilən döyüş taktikasını da sistemləşdirən Oğuz Xaqan olub.
Oğuz Xaqan hakimiyyətə gəldiyi zaman Monqollar ən qüdrətli çağlarını yaşayırdı. Onlar Oğuzun öz atasını aradan götürdüyünü və xaqan olduğunu eşidər-eşitməz bir elçi yollayıb həddən artıq dözümlü və yel kimi qaçabilən atını tələb etdilər. Oğuz, dövlətin qabaqda gedənlərini yığıb məsləhətləşdi və onların fikrindən halı olmaq istədi. Hamı dedi ki; "Bu at Hunların ən qiymətli atıdır və xaqanımıza məxsusdur, onu verəbilmərik". Oğuz isə; "Bir atı qonşu bir dövlətdən üstün tuta bilmərik" deyib atını onlara bağışladı. Əslində Oğuz bunu etməklə vaxt qazanır və bu vaxtı da lazımi şəkildə qiymətləndirir, hərbçilərinə həddən artıq nizam- intizamlı təlim keçir, onları döyüşə hazırlayırdı. Monqollar isə tələb etdikləri atını onlara bağışlayan Oğuzun özlərindən qorxduğunu qənaət gətirmişdi. Onlar həm də digər tərəfdən Oğuzu əsəbləşdirdiklərinə özlərini inandırmışdı. Aradan az bir müddət ötdükdən sonra təkrar elçi yollayıb bu dəfə Oğuzdan həyat yoldaşını tələb etdilər. Oğuz yenə ağsaqqalları və qabaqda gedənləri yığıb onlarla gənəşib-məsləhətləşdi. Məclisdə olanlar bu tələbi eşidər-eşitməz əsəbləşərək özlərindən çıxıb, "Monqollarda əxlaq deyilən şey qalmayıb, bir dövlətin xaqanının həyat yoldaşını tələb etmək o dövləti, onun xalqını maddi və mənəvi yöndən məhv etməyə bərabərdir, ən tez vaxtda onların üstünə yeriyək və layiq olduqları dərsi verək" dedilər.
Oğuz isə döyüş vaxtının hələ də gəlmədiyini bildiyindən yenə də sakitliyini pozmayaraq, "Bir qadını qonşu dövlətdən üstün tuta bilmərəm" deyə cavablandırdı və məclisdə olanları sakitləşdirdi.
Həyat yoldaşını Monqol heyətinə təhvil verdi, lakin həyat yoldaşı yarı yolda özünə qəsd etdi. Oğuz isə fasiləsiz təlimlərinə davam etdi və hərbçilərini hərbə hazırlamağı dayandırmadı. Monqollar isə Oğuzun özlərindən bərk qorxduğu fikrinə özlərini tamamilə inandırdılar. Bu dəfə işi bir az daha irəliyə aparmaq fikrinə düşdülər. Öz sərhədlərinə yaxın bir yerdə hunların şor torpaqları vardı. Orda nə hər hansı bir bitki bitmir, nə də heç bir kəs yaşamırdı. Bir elçi yollayıb həmin torpaqları tələb etdilər. Oğuz yenə məclisini yığdı və Monqolların tələbini məclisə açıb-dedi. Məclisdəkilər, "xaqanımızın atını verdik, həyat yoldaşını verdik, heç nəyə yaramayan, bir parça şor torpağı, heç nə bitməyən çöllüyümü verməyəcəyik, onu da verək getsin" dedilər. Oğuz Xaqan bu fikirdən bərk dilxor oldu və əsəbiləşdi, "Torpaq, dövlətin bünövrəsidir, köküdür, xalqın inam yeridir. Torpağımızı Monqollara nə cür ərməğan kimi verə bilərik" deyə onlara öz fikrini bildirdi. Tələb edilən şor torpaqların verilməsindən müdafiə edənlərin kəllələrini ordaca vurdurdu, sonra da dövlət otağından çıxıb atına mindi və ordusunu götürüb Monqolların üstünə yeridi. Yaranan müharibədə Turan Taktikası ilə Monqolları mühasirəyə salıb, ordularını tamamilə məhv etdi, xaqanını tutdurub kəlləsini vurdurdu, əllərində nə var, nə yox hamısını qarət etdirib ölkəyə qayıtdı. Monqollar düz üç yüz il özlərinə gələ bilmədilər, çünki gənc nəsilləri orduları idi, orduları da tamamilə məhv olmuşdu. Eradan qabaq Oğuz xaqanın çəkdiyi şilləni, Sırpsındığı döyüşündə I Murad səlibçilərə 1364, Atatürk də 1920-ci ildə yunanlılara çəkmişdi.
Bu gün də dünəndən, yəni qədimdən fərqli deyil. Dünya eyni dünyadı, nizam-intizamı pozulmayan, qanunu-qaydası yolundan yayınmayan dünyadı. Düşmənlərin adları dəyişsə də düşmənçilik ifritə siması ilə daim yaşayıb, yaşayır və yaşayacaqdı.
Arxalı köpək qurd basar deyən ataların sözü iyirmi il qabaq öz gerçəkliyini sübuta yetirdi. Rusdan hər cürə dəstəyi alan ermənilər torpaqlarımızı işğal etdilər.
Ulu babalar "su yatar, düşmən yatmaz" sözünü elə-belə deməyib. Dünənki nökərlər, bir də baxırsan ki, fürsətini tapan kimi əqrəbə dönüb səni arxadan xəncərlədi. Gərək ayıq-sayıq olasan. Dünən Səlib Yürüşlərində, Çanaqqala döyüşlərində, Azadlıq Hərbində Anadolu Türklüyünü basabilməyənlər, bu gün Türkün süfrəsinin baş küncündə əyləşənlərin cahillərini aldadıb onlara fit verib, verir. Bəzi özünübilməzlər Türkiyədən torpaq tələbini də fikirləşir, hətta bunu televiziya ekranlarında söyləməkdən də imtina etmir. Ancaq bu yazıqlar başa düşmür ki, biz bu torpaqları onların babasından almamışıq...g Bu torpaqlar bizim ulu babalarımızındı və bir vaxtlar babalarımızdan güclü olduqları zamanlarda gəlib buraları dolduran qərblilərin babalarının murdar çəkmələrindən əzəli və əbədi yurdumuzu təmizləmişik. Onlar əsrlər boyu döyüş meydanlarında kötəyimizi dönə-dönə yediyinə görə daha birbaşa bizimlə üz-üzə dayanmağa cəsarət edə bilmirlər. Qərbin imperiya siyasəti güdən kaftarları, ağacı içindən qurd yeyər misalında olduğu kimi içimizdə yaşayan bəzilərini qurda çevirib Türklük çinarını içindən oydurub devirmək fikrindədir. Qərblilər də bu planın baş tutacağından əmin deyil, ancaq olan çinarımıza dişini keçirmək istəyən cücülərə olacaqdı.
Uzaqbaşı çinardan da bir neçə yarpaq düşəcəkdi, onu kökündən ancaq istəsə Tanrı devirər. O da istəməz, çünki Türk Tanrının öz ordusudur.
Türkiyə də, Türklük də 20 əsrin başlarındakı xəstə adam deyil. Qayğanaqdan pay uman axmaq itlər bunu başa düşsün. Türkiyə bölgənin ən qüdrətli dövlətidir. Biçaq Türk xalqının sümüyünə dirənəndə onu dağ da saxlaya bilməz, bunu yaxşı dərk etsinlər.
Deyirlər xəbərdarlıq, bəzən baxıb, ancaq görə bilməyənləri oyadıb özünə qaytarır.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV