adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Fevral 2021 13:42
49160
KRİMİNAL
A- A+

Salyanda keçmiş məhkum şantaja görə saxlanıldı

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən vətəndaş fevralın 19-da bir nəfərin barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu alması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.