SON DƏQİQƏ:

“Rəmiş 30 yaşında ölməli idi... onun yeri behişt deyil” - Dostlarının “Çağdaş dərviş”lə bağlı XATİRƏLƏRİ

  17765   |  
Şriftin ölçüsü  

Xalq artisti, tanınmış gitaraçı Rafiq (Rəmiş) Hüseynov iki gün öncə vəfat etdi. Onu tanıyanlar bu ölümə çox təəssüflənirlər...

Rəmiş Azərbaycana yad olan gitaranı bizə qəbul etdirdi, sevdirdi, doğmalaşdırdı...

O təkcə müstəsna ifası, incə duyumu ilə yox, həm də sovet dövrünün sərt qaydalarını aşa bilməsi ilə xatırlanır. Azərbaycan musiqisinə "yad" aləti doğmalaşdıra bilən Rəmiş həm də çox sadə azərbaycanlı olduğuna görə sevilirdi.

Dünən dəfn mərasimi keçirilən sənətkarın dostları Milli Məclisin deputatı Aqil Abbas və tanınmış jurnalist-şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.


Aqil Abbas:


"Rəmişlə sonuncu dəfə 4-5 gün əvvəl əlaqə saxlamışdım. Telefonu yoldaşı Güllü xanım açdı verdi Rəmişə dedi ki, Aqildi danışan. Dedim ki, Rəmiş, tez sağal səni Ağdama aparacam. O da çətinliklə 5-6 kəlmə söz dedi. Sonra yenidən həyat yoldaşı Güllü ilə danışdım, nəyəsə ehtiyaclarının olub- olmadığını soruşdum, heç nəyə ehtiyac olmadığını dedi. Dünən isə dəfn mərasimində iştirak etdim. Rəmiş vəfat etdi, amma mənim üçün heç vaxt xatirəyə çevrilməyəcək. O hər zaman sağdır, hər zaman var, sevdiyim, dəyər verdiyim dostumdur. Azərbaycanda qeyri-adi sənətkarlar çox az olub. Vaqif Mustafazdə, Rafiq Babayev və Rafiq Hüseynov (Rəmiş) mənim üçün həmin sənətkarlardandır.

Hər bir insanın sonu ölümdür. Rəmiş qarğa deyildi ki, 300 il yaşasın. 76 yaşında vəfat etdi, normal yaşdır. Mənim hər zaman bir sözüm var: "Rəmiş kimi ömür sürən bir adam 30 yaşında ölməli idi, 46 il əlavə yaşayıb".
Yeri behişt olsun, amma Rəmişin yeri behişt deyil, cəhənnəmə gedib. Rəmişin behiştdə nə işi var? Rəmiş günahları olan adamdır, mən hər zaman bu sözü işlətmişəm, hətta bu fikrimə görə tənqid də olunmuşam, amma yenə deyirəm, Rəmiş nə atadı, nə qardaşdı, nə də ki vətəndaşdı, Rəmiş şeytandı, o bu dünyada Tanrının yanında özünü pis apardı, tanrı onu qovdu. Rəmiş bu dünyaya gəldi və getdi.


Bəlkə də bizim bilmədiyimiz şəkildə günahlarını yudu, işi və  əməli ilə deyil, barmaqları ilə".


Qulu Ağsəs:


"Rəmişlə yalnız telefon vasitəsi ilə əlaqə saxlaya bilirdim. Xəstələnməzdən öncə mən onu verlişə dəvət etmişdim. Verlişin anonsu hələ də qalıb. Özü də demişdi ki, "tezliklə “Ulduzlu qonaqlar”da olacağıq, dostları salamlayıram".
Onunla uzun illərdir ki, münasibətimiz var idi. Dünən zəng vurdum Güllü ilə danışmaq istədim, amma danışa bilmədi,  ağladı. Pandemiya səbəbindən dəfn mərasimində də iştirak edə bilmədim.

Rəmişin sənəti sərhədlər tanımırdı. Keçmiş SSRİ məkanında,  son illər isə Türkiyə və İranda tanınırdı. Rəmiş Azərbaycan sənətinə yenilik gətirən insanlardandır. Bilməyən insanlar üçün bir məlumat verim ki, o, həm də çox gözəl tarzən idi. Onun istedadı tarla başlasa da, tarla məhdudlaşmırdı. Nəfəsli alətlərdən başqa Rəmişin əlinin dəydiyi hər bir alət “danışırdı”.

Allah Rəmişi musiqi üçün yaratmışdı. Gitaranı Azərbaycana sevdirən məhz Rafiq Hüseynov oldu. Bir dəfə ona sual verdim ki, "gitara çalanda niyə gözünü yumursan Rəmiş?".

Dedi "gözümü açıb camaatın arvad-uşağına baxa bilmərəm ki, mənim bir sevgilim var - gitara, o da qucağımdadır".

Rəmişi xalqa sevdirən onun bir insan kimi azadlığı sevməsi  idi, hər zaman olmazların əlehinə gedirdi. Azərbaycanın büdcəsini Rəmişə versəydilər, bircə günə xərcləyib qurtarardı. Çox pul qazanmağına baxmayaraq, onun heç vaxt pulu olmurdu. Məsələn, hansısa restoranda 10 manatlıq yemək yeyirdi, 200 manat ofisianta pul verirdi. Bunun izahı yox idi ki, niyə verir. Yəni pulunu hara gəldi xərcləyən, həyata tamamilə başqa gözlə baxan, bəlkə də həyatın faniliyinə ən çox inanan insanlardan idi Rəmiş. Ona “Çağdaş dərviş” deyə bilərik. Bilirdi ki, ölüm gec-tez həmişə var.

Bir müddət öncə onun ard-arda ölüm xəbərləri çıxırdı. Bir dəfə ölüm xəbəri çıxanda zəng vurdum ona, dedim ki, yenə belə bir informasiya yayılıb. Dedi "gitara varsa, Rəmiş də var,  qorxma". Gitara var olduqca o da yaşayacaq.


Rəmiş xoşbəxt insan oldu ki, Ağdamın azad olunması xəbərini eşitdi, bildi ki, artıq Ağdam bizimdir. Ağdam haqqında danışan zaman qəribə bir ifadə işlədirdi: “rəhmətlik Ağdam" - Ağdamın artıq öldüyünü deyirdi. Amma yenidən zühur etməsini də gördü. Çox heyf olsun, xəstəlik imkan vermədi ki, o da Ağdama gedə bilsin.

İnşallah, Ağdamda bərpa işləri tamamlanandan sonra, Rəmişin adı hansısa formada anılacaq, əbədiləşdiriləcək.  O adını musiqi tarixinə yazmış bir şəxsiyyətdir".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK