adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bir salamı qazana bilmədin...  - Eminquey yazır

EMİNQUEY AKİF
210505 | 2021-06-10 10:22

Bir dəfə Nəşriyyata günorta yeməyə düşdük. Bufetə girən kimi Rəhim Qazıyevi görüb diksindim. Yaddaşımda xalqın önündə emosional çıxışları ilə qalıb, bir də birmənalı qarşılanmayan əməlləri ilə. İstənilən halda ilk dəfə idi canlı görürdüm. Rəhim Qazıyevin yanında iki nəfər var idi. Adətən, bufetə girən adamlar tanış-tunuşla salamlaşırlar, vəzifəli adam gələndə biri qalxıb görüşür, biri başına pərvanə kimi dolanır. Rəhim Qazıyev içəri girəndə heç kimin tükü tərpənmədi, heç kimin. Amma baxışları sezirdim. Əyri baxan kim, əyilib yanında əyləşənlə pıçıldaşan kim. Uşaqlarla qalxdıq, dedik, salam verək. Sadəcə salam. Rəhim Qazıyevla salamlaşdıq. Baxdı, baxdı, dedi k, çox sağ olun, sevindim sizin kimi gəncləri gördüyümə. Əyləşdik. Öz içimdə dedim, 90-ların hay-küylü Müdafiə Naziri, yaşıdım uşaqları qulağından tutub fərariliyinə görə ağzına gələni deyən, üstünə çımxıran, gah fədai olan, gah satqın çıxan Rəhim Qazıyev indi elə həmin yaşlarda gənclərin salamına möhtac qalıb. 

TƏQVİM / ARXİV