adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Iyun 2021 13:34
177959
MARAQLI
A- A+

ƏN BAHALI

Dünyanın ən bahalı filmi –hələ də “Titanik” hesab olunur, bu filmin yaradılmasına 200 milyon dollar sərf olunub. 

Dünyanın ən bahalı reklam kampaniyası. 2002-ci ildə Pepsi firması pop-müğənni Britni Spirsi özü məhsulunun reklam çarxlarında çəkilməyə dəvət etdi. 90 saniyəlik video çarx üçün məşhur sərinləşdirici içki istehsalçısı gənc müğənniyə 7,53 milyon dollar pul ödəməli oldu. 

Dünyada ən bahalı səyahəti amerikalı biznesmen Cenis Tito və kompüter milyarderi CAR-dan olan Mark Şattlvort etmişlər. Olnar Beynəlxalq Kosmik Stansiyanın tərkində uçmaq üçün hərəsi 20 milyon dollar ödəmişdir.

Dünyanın ən bahalı qadını –Cennifer Lopez. Onun vücudu Nyu-York kompaniyalarından birində 1 milyard avro civarında sığortalanıb

Dünyanın ən bahalı seçki kampaniyası. Bu rekord Maykl Blumberqə məxsusdur, o 2001-ci ildə Nyu-York şəhərinin meri vəzifəsinə öz namizədliyini irəli sürmüşdür. Ona verilmiş 744 757 səsdən hər biri Blumerqə 86,10 avroya başa gəlmişdir. 

Dünyanın ən bahalı şəhəri. Dünyanın heç bir yerində yaşamaq Tokiodakı qədər bahalı deyil.

Dünyanın ən bahalı avtomobil seriyası. Oturacaqlar öz formasını dəyişərək yatacağa çevrilə bilir, DVD-player, Doulby Surround Sound –belə bir dəbdəbə üçün yaxşı pul ödəmək lazımdır! Avtomobilin Maybach 62 modeli sizə nə az, nə çox cəmi 360 min dollara başa gələcək.

Ən bahalı ayaqqabı. Sözün əsl mənasında hündür dabanlar üzərində dayanan qiymətli ayaqqabılar məşhur zərgər Styuart Vaytsman tərəfindən hazırlanıb. Onlar 642 rubin ilə bəzədilib. Ayaqqabıların qiyməti -1,6 milyon avro həcmindədir.

Dünyanın ən bahalı naharı. Devid Aynxron (Greenlight Capital firmasının rəhbəri) keçirilən auksionda öz sevimli idealı milyarder Uorren Baffet ilə nahar etmək şərəfinə nail olmaq üçün 250100 dollar ödəməyə razı olmuşdur. Bu il isə Uorren Baffet ilə naharın qiyməti 3,5 milyon dollara qədər yüksələrək, son 12 il ərzində rekord həddə çatmışdır. Lakin hərracın qalibinin adı gizli saxlanılır.

Dünyanın ən bahalı rəsm əsəri - Piter Paulenin “Körpələrin döyülməsi” tablosudur –şəkil 2002-ci ildə öz sahibini 73,5 milyon avroya dəyişmişdir.

Dünyanın ən bahalı siqaretləri - Treasurer markası. Bir qutunun dəyəri təqribən 24 avroya bərabərdir. o, yalnız xüsusi- siqaret satışı üzrə ixtisaslaşmış dükanlarda satılır.

Dünyanın ən bahalı kartofu - Fransada La Bonnotte sortu. Bir kiloqramı təqribən 500 avroya satılır.

Dünyanın ən bahalı qəhvəsi - Sumatra adasında yetişdirilən Kopi Luwak sortudur. Bu qəhvənin dörddə bir funtu təxminən 75 dollara satılır.

Dünyanın ən bahalı kostyumu - amerikalı kosmonavtların kostyumlarıdır. Onların dəyəri 9 milyon dolardır və onlar dünyada ən bahalı geyiş əşyası hesab olunurlar.

Dünyada ən bahalı mehmanxana -Dubayda yerləşən Bürc Əl Ərəbdir. Burda ən sadə və ucuz nömrədə bir gecə qalmaq üçün 770 avro ödəmək tələb olunur, buradakı kralsayağı mənzil nömrələrin qiyməti isə bir günü 7700 dollara başa gələcək. 

Dünyanın ən bahalı stadionu - Parisdən çox da uzaqda yerləşməyən Stade de Franse meydançasıdır. Burada 1998-ci ildə Fransa yığması futbol üzrə dünya çempionatının qalibi olmuşdur. Onun tikintisi 460 milyon avroya başa gəlmişdir.

Dünyanın ən bahalı səhmi. Amerikanın məşhur Berkshire Hathaway investisiya firmasının bir birja səhminin qiyməti 64 min dollardan daha bahadır.

Dünyanın ən bahalı futbolçusu - Kriştianu Ronaldodur. 2009-ci ildə İspaniyanın “Real Madrid” klubu futbolçuya görə İngiltərənin “Manchester United” komandasına 93,8 milyon dollar ödəmişdir. Bu, indiyə qədər qədər baş tutmuş ən bahalı transfer hesab olunur.

Dünyanın ən bahalı büsthalterinin (qadın alt geyimi)dəyəri 12,5 milyon dollardır. Almaniyalı fotomodel Xaydi Klum bu əsəri Nyu-Yorkun moda evlərindən birində baş tutan sərgidə nümayiş etdirib.

Dünyanın ən bahalı komiksi - Tim adlı oğlan və onun Ştruppi adlı iti haqqında komiksdir. Kolleksiya həvəskarlarından biri bu komiksin “Qara ada” adlı şəklinin orijinalını almaqdan ötrü 100 min avrodan keçmişdir. 

Dünyada ən bahalı ticarət markası - Coca-Coladır. Onun dəyəri 68,9 milyard avro həcmində qiymətləndirilir. Bu isə bütün firmanın ümumi dəyərinin demək olar ki, 60%-ni təşkil edir.

Dünyanın ən bahalı “Barbi” kuklası. Qiyməti -100 min avrodur. Onun əyninə əsl brilyantlar ilə bəzədilmiş paltar geyindirilmişdir.

Dünyanın ən bahalı kitabı – Leonardo da Vinçinin “The Codex Leicester” (Lasterin Kodeksi) kitabıdır. Bahalı kağız üzərində xüsusi şriftlər ilə yazılmış və kətan parça ilə cildlənmiş “Su, yer və səma işləri haqqında Traktatı” Bill Qeyts 24 milyon dollara almışdır.