adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Sentyabr 2021 15:10
1557
MARAQLI
A- A+

Müsəlmanların qibləsi niyə Kəbədir?

Nə üçün dua edəndə üzünü Kəbəyə çevirməlisən və nə üçün Allah Məkkə ətrafındakı yerləri daha üstün etmiş, onu “haram” adlandırıb?

Müsəlmanların özünü də düşündürən bu suala alimlərin müxtəlif cavabları var.

Qurani-Kərimdəki elmi məlumatların tanınmış tədqiqatçısı Zalyula Nəcər Məhəmməd Peyğəmbərin hədisinə istinad edir: ”Məkkə suda kiçik quru sahəsi olmuşdur və bütün quru oradan yayılmışdır”.

Misir mütəxəssisi, Qahirə Universitetinin coğrafiya professoru doktor Hüseyn Kəmaləddin həmin mülahizəni inkişaf etdirərək, elmi yolla müəyyən etmişdir ki, vulkan püskürmələri nəticəsində ilk olaraq hazırda Kəbənin olduğu yerdə quru suyun üzünə çıxmışdır. O vaxtadək bütün planet su ilə örtülü olmuşdur. Bundan əlavə, uzunmüddətli hesablamalar və modelləşdirmə əsasında sübuta yetirilmişdir ki, qurunun mərkəzi Kəbə və Məkkədir. Bütün qitələri bir araya gətirəndə buna əmin olmaq mümkündür.

Bu elmi kəşf 1977-ci ilin noyabrında rəsmən açıqlanmışdır. Alimlər müəyyən etmişlər ki, hazırda Ərəbistan yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşmişdir. Sonradan bu superqitə yeddi qitəyə bölünmüşdür.

Hüseyn Kəmaləddin yazır ki, Yer kürəsinin maqnit mərkəzi Məkkədə, məhz Kəbənin dayandığı yerdədir. Alim müəyyən etmişdir ki, Yer kürəsinin maqnit qütbləri dəyişsə də, Kəbədə maqnit mərkəzi dəyişmir. Alim yer kürəsinin istənilən nöqtəsindən qiblənin istiqamətini müəyyənləşdirərkən bu qənaətə gəlmişdir. Alim müəyyən etmişdir ki, bu istiqamət hər tərəfdən Məkkəyə və Kəbəyə aparan maqnit xətləri ilə üst-üstə düşür.

Alimlərin fərziyyəsinə görə, zəvvarların təvaf vaxtı saat əqrəbinin əksi istiqamətində Kəbə ətrafında dolanmaları zəvvarı Kainatın hərəkətinə cəlb etməyin rəmzidir. Axı, elektrondan tutmuş qalaktikalaradək bütün Kainat məhz belə hərəkət edir.

Məhəmməd Peyğəmbərin hədisində deyilir ki, həcc ziyarətindən sonra zəvvarların günahları silinir və onlar yenicə doğulmuş körpə kimi pak olurlar. Alimlər belə qənaətə gəlmişlər ki, Peyğəmbərin bu hədisi Yer oxu ətrafında dolanarkən dindarın mənfi informasiyasının pozulması ilə bağlı ola bilər.