SON DƏQİQƏ:

AĞDAM TƏRANƏLƏRİ

  531   |  
Şriftin ölçüsü  

Əjdər Qiyaslı

İqtisadçı alim, şair

 

GÖZƏL AĞDAM MƏSCİDİ

Allahın iznilə arxadı bizə,

Xeyir-dua verdi qələbəmizə!

Gözəl ağdam məscidi.

 

Qarabağın gözüdü,

Gözəl Ağdam məscidi.

Səhərin gül üzüdü,

Gözəl Ağdam məscidi.

 

Yaradanın əlidi,

İbadət təməlidi.

Qoşa minarəlidi,

Gözəl Ağdam məscidi.

 

Çıraq kimi gur yanır,

Haqq nuruna boyanır.

Hər an məğrur dayanır,

Gözəl Ağdam məscidi.

 

Yayır əzan səsini,

Çəfalı nəfəsini.

Çoxaldır töhfəsini,

Gözəl Ağdam məscidi.

 

Qüssə-kədəri atdı,

Yenə əhdinə çatdı,

Çox-çox səvaba batdı,

Gözəl Ağdam məscidi.

 

Tanrıdan güc dilədi,

Nə lazımsa elədi.

Haqqı nura bələdi,

Gözəl Ağdam məscidi.

 

Tanrıya bel bağladı,

Qürurunu saxladı.

Qələbəni haxladı,

Gözəl Ağdam məscidi.

 

AY GÖZƏL AĞDAMLILAR

Gözünüz aydın olsun,

Ay gözəl ağdamlılar.

Bağınız barla dolsun,

Ay gözəl ağdamlılar.

 

Gül açdı torpağımız,

Aranımız, dağımız.

Yandı nur çırağımız,

Ay gözəl ağdamlılar.

 

Sevincimiz selləndi,

Tar-kaman da dilləndi.

Muğamımız zilləndi,

Ay gözəl ağdamlılar.

 

Hər biriniz nərsiniz,

Yenilməz hünərsiniz.

Çox qonaq sevərsiniz,

Ay gözəl ağdamlılar.

 

Çox geniş ürəklisiz,

Süfrəsi çörəklisiz.

Müqəddəs diləklisiz,

Ay gözəl ağdamlılar.

 

Köməyə gələnsiniz,

Sevinci bölənsiniz.

Çox qədir bilənsiniz,

Ay gözəl ağdamlılar.

 

Nə yaxşı ki, varsınız,

Əhdə düz ilqarsınız.

Dağ kimi vüqarsınız,

Ay gözəl ağdamlılar.

 

 

Çox sınaqdan keçmisiz,

Haqq yolunu seçmisiz.

Kişi andı içmisiz,

Ay gözəl ağdamlılar.

 

Başınızı dik tutub,

Çox uca saxladınız.

Bütün aləm gördü ki,

Ağdamlıdır adınız.

 

Pozulmadı andınız,

Ürəkdən inandınız.

Qələbə qazandınız,

Ay gözəl ağdamlılar.

 

Xoş xəyala dalıram,

Sizinlə ucalıram.

Siznən nəfəs alıram,

Ay gözəl ağdamlılar.

 

Siz Əjdərin canısız,

Damarında qanısız.

Şəfəq saçan danısız,

Ay gözəl ağdamlılar.

 

AĞDAMIN GÖZƏLLƏRİ

İşvəlidi, nazlıdı,

Kamanlıdı, sazlıdı.

Çox şirin avazlıdı,

Ağdamın gözəlləri.

 

Danışandı, güləndi,

Doğru yola gələndi.

Qədir-qiymət biləndi,

Ağdamın gözəlləri.

 

Evlərin çırağıdı,

Ürəklərin yağıdı.

Bəhrəli el bağıdı,

Ağdamın gözəlləri.

 

Hər bir işdən halıdı,

Əhdinə vəfalıdı.

İsmətli, həyalıdı,

Ağdamın gözəlləri.

 

Tər qönçəli çiçəkdi,

Gözəllərdən göyçəkdi.

Baxan deyir: mələkdi,

Ağdamın gözəlləri.

 

Bülbülün gülləridi,

Sünbülün telləridi.

Dünya gözəlləridi,

Ağdamın gözəlləri.

 

Baldan şirin sözlüdü,

Hürkək ceyran gözlüdü.

Bədirli Ay üzlüdü,

Ağdamın gözəlləri.

 

 

Çox geniş ürəklidi,

Süfrəsi çörəklidi.

Müqəddəs diləklidi,

Ağdamın gözəlləri.

 

Gül-çiçək bitirəndi,

Mərd övlad yetirəndi.

Xoşbəxtlik gətirəndi,

Ağdamın gözəlləri.

 

Pərvanənin şamıdı,

Arzuların kamıdı.

Əjdərin ilhamıdı,

Ağdamın gözəlləri.

 

İNDİ GƏLİRƏM AĞDAM

Vüsalına qovuşdum,

İndi gəlirəm Ağdam.

Qəm-qüssədən sovuşdum,

İndi gəlirəm Ağdam.

 

Boynuna qol salmağa,

Qucağında qalmağa.

Başına dolanmağa,

İndi gəlirəm Ağdam.

 

Səndən ilham almışam,

Xəyallara dalmışam.

Çox həsrətdə qalmışam,

İndi gəlirəm Ağdam.

 

Hər zaman gərəyimsən,

Ən ümdə diləyimsən.

Döyünən ürəyimsən,

İndi gəlirəm Ağdam.

 

Sənin məğrur adınam,

Kökünəm, soyadınam.

Qədirkeş övladınam,

İndi gəlirəm Ağdam.

 

Yaxana gül düzməyə,

Gen qoynunda gəzməyə;

Toylarında süzməyə,

İndi gəlirəm Ağdam.

 

Sinəndə gül əkməyə,

Naz-qəmzəni çəkməyə;

Gözlərindən öpməyə,

İndi gəlirəm Ağdam.

 

AY QİYASLI MƏSCİDİ

İntizarın sovuşdu,

Ay Qiyaslı məscidi.

Həsrət kama qovuşdu,

Ay Qiyaslı məscidi.

 

Düşməndən azad oldun,

Böyük sevincə doldun.

Sən yenidən doğuldun,

Ay Qiyaslı məscidi.

 

Hər an mətin dayandın,

Səhərlər tez oyandın.

Əhdinə yetdi andın,

Ay Qiyaslı məscidi.

 

Üzümüzə hər bir an,

Qoynunu gen açırsan.

Şəfəq nuru saçırsan,

Ay Qiyaslı məscidi.

 

Hər bir işdən halısan,

Paklığın timsalısan.

Müqəddəs kəlamlısan,

Ay Qiyaslı məscidi.

 

Haqqın dərgahında sən,

Əzan təranəlisən.

Qoşa minarəlisən,

Ay Qiyaslı məscidi.

 

El-oba hörmətlisən,

Üzlərin ismətisən.

Tanrının qismətisən,

Ay Qiyaslı məscidi.

 

Başımızı tutub dik,

Dinə, imana gəldik.

Biz yenidən yüksəldik,

Ay Qiyaslı məscidi.

 

YOLUMUZ AĞDAMADIR

Ay ellər, gəlin, gedək;

Yolumuz Ağdamadı.

Hər günü bayram edək,

Yolumuz Ağdamadı.

 

İşıq nuru saçılan,

Dəyərlidir hər bir an.

İndi geniş açılan,

Yolumuz Ağdamadı.

 

Qönçəli gül bitirən,

Əhdimizə yetirən;

Bizə sevinc gətirən,

Yolumuz Ağdamadı.

 

El-obanı andıran,

Nurlu çıraq yandıran;

Bizi qanadlandıran,

Yolumuz Ağdamadı.

 

Səba olub indi sən,

Yurdu gedib görəsən.

İntizarla tələsən,

Yolumuz Ağdamadı.

 

Pəvanətək yanmağa,

Başına dolanmağa.

Qucağında qalmağa,

Yolumuz Ağdamadı.

 

Gözəl mərama dolan,

Gücünü Haqqdan alan;

Əjdərə sarvan olan,

Yolumuz Ağdamadı.

 

ŞAHBULAĞA GƏL İNDİ

 

Gözəl bulaq görməyə,

Şahbulağa gəl indi.

Ona könül verməyə,

Şahbulağa gəl indi.

 

Seyr et bahar çağını,

Yanan nur çırağını.

Dolan Beşik dağını

Şahbulağa gəl indi.

 

Bax ellər sonasına,

Şahbulaq qalasına.

Könül ver laylasına,

Şahbulağa gəl indi.

 

İncə-incə axışlı,

Xumar gözlə baxışlı.

Öz-özündən naxışlı.

Şahbulağa gəl indi.

 

Çaylar kimi gur olan,

Gözümüzə nur olan;

Axa-axa durulan,

Şahbulağa gəl indi.

 

O yerlərin naxışı,-

Xaçınçayın axışı;

İlahinin baxışı,-

Şahbulağa gəl indi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK