adalet.az header logo
  • Bakı 6°C
19 Oktyabr 2021 12:40
1088
MƏMLƏKƏT
A- A+

İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycan bu il ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36063 nikaha daxilolma və 11313 boşanma halı
qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.