ÇUBUĞU VERİN «YALLI» OYNAYANA VƏ OYNADA BİLƏNƏ - Aqil ABBAS yazır

AQİL ABBAS
937 | 2024-10-21 18:08

Bu günlərdə belə bir köşə yazmışdım: ««Yallı» oynaya bilməyənlər». Mən yazımı təkrar etmək istəmirəm, kim istəsə saytımızı  açıb oxuya bilər. 
«Neftçi» ilə bağlı axırıncı cümləm belə idi ki: “İndi bircə şeyə sevinirəm ki, həmin fərraş çubuğu Samir Abbasovun  əlindədir”.

Fikirlərim özünü doğrultdu. Fərraş çubuğu (Naxçıvanda fərraşa «sərpayı» deyirlər, onu da bir dostum  yazdı mənə) Samir Abbasovun əlinə keçəndən sonra, nəhayət, doqquz turdan sonra «Neftçi» ilk qələbəsini qazandı. İnanıram ki, bu qələbənin  dalı gələcək. 

Belə bir məsəl var, çörəyi  ver çörəkçiyə, birini də üstəlik. İndi çubuğu verin «Yallı» oynayana və oynada  bilənə, birini də  üstəlik. 

Çox təəssüf ki, neçə «Yallı» oynayan və oynada bilən məşqçilərimiz futbolumuzdan kənarda qalıb. Məsələn, Tərlan Əhmədov, Ramiz Məmmədov, Yunis Hüseynov, Yaşar Vahabzadə və sair və ilaxır. 

AFFA-da  çubuq tapılmırsa mən bir neçə gərməşov çubuğu göndərə  bilərəm. 
 

TƏQVİM / ARXİV