“Kiberdələduzluğa qarşı maarifləndirmə” təlimləri keçiriləcək
![](https://adalet.az/uploads/img/posts/2024/06/06/3jpg-1717651643.jpg)
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimlərin təşkili layihəsinə start verib.
Üç ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində şimal bölgələrimizdə - Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarında kibercinəyatkarlığa qarşı təlimlər həyata keçiriləcəkdir. Hər təlimdə 25 nəfərin iştirakı nəzərdə tutulub.