Tramp Ukrayna ilə sülh bağlaması üçün Rusiyanı təhdid edir
ABŞ prezidenti Donald Tramp, yanvarın 22-də "rus xalqına sevgisini" etiraf etdi və tez bir zamanda Ukrayna münaqişəsini dayandırmağa çağırdı. Bununla yanaşı, Ağ Evin yeni sahibi Moskvanı təhdid edərək bəyan etdi ki, "əks təqdirdə Rusiyanı daha pis günlər gözləyir".
Daha əvvəl isə, The Wall Street Journal məlumat verib ki, amerikanın lideri artıq özünün Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqa tapşırıb ki, silahlı münaqişəni, əvvəllər söz verdiyi kimi 24 saata deyil, 100 günə həll etsin.
Tramp eyni zamanda niyə Rusiyanı tərifləyir, həm də təhdid edir? Yeni lider danışıqlar zamanı Moskvaya hansı təklifləri edə bilər?
Donald Tramp, Truth Sosial şəbəkəsində yazdığı postda qeyd edir ki, "rus xalqını sevir və prezident Vladimir Putinlə həmişə çox yaxşı münasibətləri olub". O, həmçinin qeyd edib ki, Sovet İttifaqı İkinci Dünya müharibəsində qazanılan qələbə də böyük rol oynayıb və rus xalqı o illər "60 (? R.H.) milyon insan itirib".
Lakin, ABŞ-ın 47-ci prezidenti bildirib ki, Rusiyaya qarşı olsn hörmətinə baxmayaraq, Moskva sülh danışıqlarından imtina edərsə, Moskvaya qarşı çiddi təyziq göstərməkdən çəkinməyəcək: "Mən Rusiyaya və prezident Putinə demək istəyirəm ki, məsələni indi nizamlayın və bu müharibəni dayandırın. Əks halda sizin üçün çox pis olacaq".
Tramp Rusiyaya qarşı yeni iqtisadi məhdudiyyətlərin qoyulacağı ilə təhdid edib. Ağ Evin sahibinin sözlərinə görə, o, "Moskvanın bütün dünyaya satdığı məhsullara yüksək vergilər, rüsumlar və sanksiyalar" tədbiq etməyə hazırdır. Birləşmiş Ştatların yeni lideri, bununla yanaşı Ukraynaya hansısa hərbi yardımlar göstəriləcəyinin perspektivləri barədə heç nə yazmaylb.
"Əgər mən prezident olsaydım, heç vaxt başlamayacaq bu müharibəni, gəlin bitirək. Biz bunu asan və çətin yollarla edə bilərik. Asan yol həmişə yaxıdır"-deyə Tramp sosual hesabında yazıb.
The Wall Journal yazır ki, Ağ Evin yeni sahibi, Ukrayna münaqişəsini şəxsən nizamlamaq istəyir və buna görə tez bir zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir. Lakin, Trampın ətrafındakıların əksəriyyəti, danışıqların asan keçəcıyini və münaqişənin tezliklə həll olunacağını güman etmirlər.
Görünən odur ki, Trampın müharibənin dayandırılması üçün, Rusiyaya təklif edə biləcəyi dəqiq planı yoxdur. Güman edilir ki, o, Ukrayna üzrə xüsusi elçisi Kit Kolleqin, "Kiyevə hərbi dəstəyin azaldllması və Ukraynanın NATO-ya qəbul olunmayacağı" variantından istifadə edə bilər.
Tramp etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsini həll etmək, Yaxın Şərq problemlərini həll etməkdən çətindir. Əvvələrdə qeyd etdiyimiz kimi, Bayden administrasiyasının bu müharibənin başlamasının əsas səbəbkarı olmasını dəfələrlə bəyan edən Trampı, Ukrayna və ukraynalıların gələcək taleyi o qədər də maraqlandırmır. Trampı heç itirilən Ukrayna əraziləri də maraqlandlrmır. Tramp sadəcə olaraq bu müharibəni bitirən lider kimi tarixə düşmək istəyir...