adalet.az header logo
  • Bakı -°C

Rusiya-Ukrayna danışıqları nəticəsiz qala bilər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
239 | 2026-02-18 11:48
A- A+

Ukrayna münaqişəsinin sülh yolu ilə bağlı  Cenevrədə keçirilən üçtərəfli danışıülar prossesi yenə də nəticəsiz qala bilər. Bu barədə Axiosun müxbiri Barak Ravid özünün  internet-porlalında məlumat verib.

 Jurnalistin sözlərinə görə, Rusiya nümayəndə heyyətinin rəhbəri, RF-sı prezidentinin köməkçisi Vladimir Medinskinin irəli sürdüyü  mövqeyi ilə bağlı, danışıqlar dalana dirənə bilər. Danışıqlar bağlı qapılar arxasında aparıldığı üçün, nə Medunskinin ortaya qoyduğu mövqeyi, nə də Ukrayna və ABŞ-ın bu mövqeyə münasibəti barədə məlumat əldə etmək mümkün olmayıb.

 Bildirilir ki, Cenevrə danışıqları çox gərgin atmosferdə keçirilir. Bağlı qapılar arxasında keçirilən danışıqlar 6 saat davam edib. Tərəflər danışıqların bu gündə davam etdirilməsi ilə bağlı razllığa gəliblər.

 Rusiya nümayındə heyyıtinin rəhbəri Vladimir Medinski  müzakirələrlə bağlı şərh verməkdən imtina edib.

 Ukrayna nümayındə heyyətinin üzvü, Milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerov isə, ölkəsinin təhlükəsizlik və humanitar sahəsinin danışlqşqların əsas müzakirə mövzusu olduğunu bildirib.

 

TƏQVİM / ARXİV