Şərqdə axan qanın mənbəyi Qərbdədir - Eminquey yazır

EMİNQUEY AKİF
1851 | 2023-03-31 12:47

31 mart soyqırımı mənim kimi gənc nəsilə ən uzaq olan tarixdir. Olsun ki sözlərim birmənalı qarşılanmasın, amma reallıq budur ki, Xocalı soyqırımını daha dərindən və daha içdən hiss edirik, nəinki 31 mart soyqırımını. Bütün bunlara rəğmən bu bizim millətin faciə tarixidir və...

... bugün qondarma "erməni soyqırımı"nı dəstəkləyən bəzi Qərb ölkələri bu soyqırıma üç meymun kimi davranır. Mizaru Amerikadır, başda Fransa olmaqla Kikazaru Avropadır, İwazaru isə Şərqimizdəkilər.

Fransa dünyanın aparıcı müstəmləkəçilərindən biridir. Məsələn, 1945-1963-cü illərdə Əlcəzairdə 1,5 milyon insan vəhşicəsinə qətlə yetirilib. Əlcəzair xalqı sözün əsl mənasında soyqırıma məruz qalıb. II Dünya Müharibəsində Əlcəzair xalqına onun tərəfində vuruşacağına söz verən Fransa bu vədini yüz minlərlə insanı qətlə yetirməklə, on minlərlə qadını zorlamaqla, ölüləri sobada yandırmaqla yerinə yetirmişdi. Eynilə Nasistlər kimi!

Eyni Fransa 1994-cü ildə “Aİ-də sədrliyi” dövründə Ruandada 800.000 tutsi və mötədil hutuların soyqırımında birinci dərəcəli günahkar idi. Fransanın Ruandada soyqırım olacağını bildiyi, bu hazırlıqlara qatıldığı, ölüm siyahıları hazırladığı, soyqırımçılara kəşfiyyat, strategiya, təlim və silah dəstəyi verdiyi, qətllərdə fəal rol oynadığı Birləşmiş Millətlər Təşkilatının hesabatında müəyyən edilib.

Fransanın yediyi qələtlər bunlarla məhdudlaşmır.

Fransa 200 ilə yaxın tarixində Benin, Burkina-Faso, Qabon, Qvineya, Kamerun, Mavritaniya, Niger, Seneqal, Tunis, Çad və Mərkəzi Afrikada inanılmaz qırğın, soyqırım və istismar törədib. Hər il bu ölkələrdən xərac yığır. Bu yolla xəzinəsinə ildə 500 milyard dollardan çox xərac gəliri əlavə edir.

1776-cı ildə, yəni 244 il əvvəl müstəqilliyini elan edən Amerikanın bu illər ərzində həmin torpaqların əsl sahibləri olan yerli amerikalıları vəba xəstəliyinə tutulmuş yorğanlarla qətlə yetirdiyini bilirdinizmi? Düz 28 milyon yerli əhali bu şəkildə qətlə yetirildi!

Bilirdinizmi ki, o torpaqlara Afrikadan, Cənubi Amerikadan milyonlarla qul gətirilib, yüz minlərlə insan yollarda ölüb, özü də iş şəraitinə görə?!

Bilirsiniz ki, gec dünyəviləşən Almaniya müstəmləkə tapmaq üçün iki dünya müharibəsi başlatdı, bu müharibələrdə 100 milyona yaxın insan öldü, 6 milyon yəhudi qaz kameralarında, sobalarda məhv edildi!

Xammala, yəni müstəmləkəçiliyə ehtiyacı olan İtaliya 1935-ci ildə faşist Mussolininin başçılığı altında 400 minlik ordu ilə və kütləvi qırğın silahlarından istifadə edərək Həbəşistanı (Efiopiya) işğal etdi... Kimyəvi silahlarla yüz minlərlə Həbəşini məhv etdi. Eyni İtaliya 1911-ci ildə ağlasığmaz vəhşi qırğınlardan sonra Liviyanı işğal etdi və bu müharibə zamanı Mustafa Kamal və dostları Liviyanın tərəfində vuruşdular.

Hollandiya tarixin ən böyük müstəmləkəçilərindən, soyqırımlarından və qul tacirlərindən biridir! O qədər təsirli idi ki, Amerikadan Asiyaya, Afrikadan Cənubi Amerikaya qədər dünyanın hər yerində koloniyaları var idi. Məsələn, Cənubi Afrikanın ilk müstəmləkəçi ölkəsi idi. Onların törətdikləri qırğınlar bu ölkədə hələ də mahnılarla, nağıllarla danışılır! Eləcə də hollandlar Qana, Fil Dişi Sahili, Anqolada yaşayan xalqların yaddaşında hələ də yaşayır.

Bu günün ən sivil, ən zəngin və insan haqlarına ən həssas ölkəsi olan İsveç başqa bir sivil ölkə olan Norveçlə birlikdə "XX əsrin soyqırımını törədən ölkələri" sırasında sayılırlar.

İsveçin 1920-ci illərdə sami əhalisinin artmasının qarşısını almaq üçün 60 min insanı zorla qısırlaşdırdığınıvə onların 90 faizindən çoxunun qadın olduğunu bilirdinizmi?!

Yaxşı, bilirdinizmi ki, 1900-cü illərin əvvəllərində İsveç, Norveç, Danimarka və Finlandiyada “Ari irqini qorumaq nəzəriyyəsi” naminə sami, lapon kimi azsaylı xalqlara bir zorakılıq tətbiq edilib, 100 minə yaxın insan sayı 10 minə qədər aşağı salınıb.

Və bugün min cür insanlıq faciəsinə səbəb olan bu "ideal" ölkələr təəssüf ki nə Xocalını görürlər, nə də 31 mart soyqırımını.

Bu torpaqlarda axan qanın mənbəyi elə bu ölkələrdədir...

 

TƏQVİM / ARXİV