24 Iyul 2024 09:13
88
İQTİSADİYYAT

Pomidor ucuzlaşır?

Yay vaxtı var ən çox istifadə edilən tərəvəz məhsullarından biri də pomidordur!

Hamımız yaxşı bilirik ki, pomidor - yumurtadan  hazırlanan yeməyin özgə bir ləzzəti var! Bunlar öz yerində! Amma bir həftə bundan  əvvəllə müqayisə də  son günlər bu məhsulun  qiyməti bir xeyli ucuzlaşıb. Əgər 10 gün bundan əvvəl pomidorun kiloqramı 3-7 manat arasında  idisə, indi pomidor 1manat 50 qəpik, 3 manat arasında satılır.

Pomidor istehsalçıları və satıçılarsa, deyirlər ki, bir həftədən sonra bu məhsul bir qədər də ucuzlaşacaq! Lap yaxşı, təki belə olsun! İnsanlar da  məhz belə ucuzluq arzulayır. Bolluq olanda , istər- istəməz ucuzluq  da  qaçılmazdır!!!

Emil Faiqoğlu