Tramp müharibəni bitirə biləcəkmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
215 | 2024-12-10 12:13

ABŞ-ın yeni (köhnə) prezidenti Donald Tramp, Parisdə bərpa  edilən Notr-Dam-de-Pari kilsəsinin açılışı ərəfəsində, Ukrayna prezidenti Volodimir Zelenskiylə görüşüb.

 Fransa mətbuatı Trampın Fransa prezidenti Emanuel Makrinla görüşü barədə əvvəlcədən məlumat vermişdi. ABŞ-ın yeni prezidentinin Ukrayna prezidentiylə görüşü nəzərdə tutulmasa da, çox güman ki, Makronun təklifiylə sonradan bu görüşə Zelenski də dəvət olunub. Üçtərəfli formatda baş tutan görüşdın sonra, görüşün nəticələri barədə heç bir açıqlama verilməyib.

 Ukrayna prezidenti bu görüşün yaxşı və səmərəli keçməsiylə bağlı qısa məlunat verib. Zelenskinin sözlərinə görə, görüşdə cəbhədəki vəziyyət və "Ukrayna müharibəsində ədalətli sülhün" əldə olunması məsələləri müzakirə olunub.

 ABŞ-ın yeni prezidenti daha sonra jurnalistlərə müsahibəsində bir sıra bəyənatlar səsləndirib. O, Moskva və Kiyevi təcili olaraq atəşi dayndırmağa və danışıqlar masasına oturmağa səsləyib.  Trampın sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə razılaşmaya getməyə hazırdır. 

 Ukrayna prezidenti isə, hazırda Trampın atəşin dayandırılması təklifinin real olmadığını, "ədalətli və dayanıqlı sülh" əldə edilməyınədək bunun mümkün olmayacayını bildirib. "Müharibə bir kağız parçasının üstündə bir neçə imzanın olması ilə bitmir"- deyə Zelenski bəyan edib. 

  The New York Times-in məlumatlarına görə, Paris görüşü bir daha göstərdi ki, Ukrayna lideri kompramissə getməyə razıdır. "Zelenski, atəşin dayandlrılması üçün ərazilərinin  bir hissəsini güzəştə  hazlrdır. Bununla yanaşı o, Ukraynanın NATO-ya üzv olmasına inkan yaradılmasını da istəyir".

 Zelenski, deyəsən hələ də anlamır ki, Rusiya bu müharibəni məhz Ukraynanın NATO-ya üzv olmağa  cəhd etdiyinə görə başlayıb və Moskvanın danışıqlara başlamaq üçün irəli sürdüyü  əsas şərtlərindən biri də, məhz Ukraynanın Alyansa üzvlüyə can atmaslndan bir dəfəlik imtina etməsindən ibarərdir.

 Beləliklə, görünən odur ki, Donald Tramp bundan sonra  Ukrayna müharibəsini bitirmək üçün çox əziyyət çəkməli olacaq. 

 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV