Tramp, yoxsa Harris... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
798 | 2024-10-31 12:01

ABŞ-da prezident seçkilərinə bir həftədən də az vaxt qalsa da, mübarizənin favotitii  kim olacağına  hələ ki, aydınlıq gəlməyib. Keçirilən sorğuların bəziləri Kamala Harrisin azacıq üstünlüyünü qeyd etsələr də, gigərləri qələbəni Donald Trampa  verirlər.

 Prezident seçkiləri faktiki olaraq hələ fikirlərini müəyyənləşdirməmiş ştatlar arasında mübarizəni genişləndirməkdədir.  Zaman azalııqca, namizədlər siyasi aktuvliklərini nəinki daha da artırlrlar, həmçinin ritorikalarını da sərtləşditirlər və hətta bir birilərini təhqir etməkdən belə çəkinmirlər. 

 Donald Tramp demokratları administrativ resurslardan istifadə etməkdə günahlandırır.  Kanaka Harris və onun tərəfdarları opponentlərini açıq şəkildə faşist adlandırır və onları Rusiya ilə əlaqədə ittiham edirlər.

 Bu dəfəki seçkilər amerikan cəmiyyətini parçalayıb. Eks-prezident Donald Trampa qarşı iki dəfə sui-qəsd cəhdi baş verib.  ABŞ-da prezidenlərə və namizədlərə qarşı sui-qəsd halları yeni deyil. 1963-cü ildə Con Kennedi qətlə yetitildi, daha sonra  1968- ci ildı onun qardaşı Robert Kennedi və  Martin Lyuter Kinq öldürüldü.  Daha bir prezidentə, Ronald Reyqana qarşı sui-qəsd cəhdi həyata keçirildi. Ümumiyyətlə amerikan tarixi hələ 19-cu əsrdə prezident Avraam Linkolnun qərlə yetirilməsilə də qana bulaşmışdı.

  Demokratlar üçün Tramp faktiki  olaraq Hitler kimi qiymətləndirilir. Ona görə də, onun aradan götürülməsi, gələcək diktatordan qurtulmaq demək olduğunu düşünənlər də az deyil. İkunci bir tətəfdən bu sui-qəsdlərin Tramp tərəfdarları tərəfindən qurulmuş bir səhnə olması da istisna olunmur. 

  Tramp və respublikaçılar seçicilər arasında əsasən aşağı təbəqənin -fəhlə sinfinin ehtimadını daha çix qazanır. Demokratlar isə əksinə, daha çox varlılar və savadlılar arasında populyarlıq qazanırlar. 

 Seçkilərin "nəticəsindən" asılı olmayaraq, seçkilərdən sonra da gərginliyin artacağı gözlənilir. Donald Tramp qalib gələrsə,  demokratların bir çoxu zorakılıqla müşayət olunan genişmiqyaslı mitinqlərə başlayacaqları ehtimalı coxdur. 

 Harrisin qalib gələcəyi halda isə, Tramp tərəfdarlarının mitunqlərə başlayacağı gözləniləndir. Bundan başqa tərəflərin "hüquqi  müstəvidə müharibəyə" başlayacağı şübhə doğurmur. Belə olan halda isə, 2020-ci ildə olduğu kimi yenə də prezident seçkilərinin nəticələrini Ali Məhkəmənin "qərarı" müəyyən etməli olacaq.

 

TƏQVİM / ARXİV