Çox gülməlidi ey, «Kəpəz» Tovuzda «Turan»la oynayır, şərhçi «Kəpəz»i meydan sahibləri kimi təqdim edir.
Mən uşaq olandan «Araz-Naxçıvan» «Araz» adlanıb, niyə ona «Naxçıvan» sözünü əlavə ediblər? Hamı «Araz» adı eşidəndə bilir ki, söhbət Naxçıvan klubundan gedir. Eləcə də bu sözlər «Turan Tovuz»a da aiddir. Eləcə də vaxtilə «Qarabağ» «Qarabağ-Azərsun» adlanırdı. Biz o vaxt məsələ qaldırdıq ki, bu düz deyil. Sağ olsunlar ki, sonra «Azərsun» sözünü çıxartdılar.
«Araz-Naxçıvan» da Bakının stadionlarının birində, deyək ki, Mərdəkanda Bakının «Neftçi» klubunu qəbul edir, şərhçi «Araz-Naxçıvan»ı meydan sahibləri elan edir. Bişmiş toyuğun da gülməyi gəlir.
Əslində şərhçilər belə ifadə etməlidir: «Meydançası olmayan meydan sahibləri».