İlk "qapaz" Ukraynaya dəyəcəkmi?.. -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
110 | 2025-01-22 10:11

Tramp ilk iş günündə onlarla fərman imzaladı

  ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimindəki çıxışı barədə məlumat vermişdik. Mərasimdən sonra, yeni prezident ilk iş günündə Co Baydenin 78 qərarını ləğv edib.

 Dörd il sonra, yenidən Oval kabinetə dönən Tramp, ABŞ-ın xarici və daxili siyasəti ilə bağlı yeni icra aktlarını imzaladı. O, təbii ki, Rusiya-Ukrayna münaqişəsini də unutmadı və bir neçə bəyənatla çıxış etdi.  Tramp, ilk növbədə, NATO tərəfdaşları ilə müqayisədə, ABŞ-ın Ukraynsya daha çox vəsait xərclədiyini bildirdi: "Bu çox gülüncdür, bu münaqişə daha çox avropalı tərəfdaşlarımıza aid olan məsələdir, bizm aramızda okean var, lakin biz Ukraynaya NATO-dan daha çox - iki yüz milyard dollar  artıq vəsait xərcləmişik".

 Donald Tramp, digər ölkələrə göstərilən yardımların 90 gün ərzində icrasının dayandırılması ilə bağlı fərman imzalayıb. O, bu qərarın, ayrılan vəsaitin məqsədəuğyun olub-olmamasının yoxlanılması ilə bağlı olduğunu bildirib.

 Beləliklə, ilk "qapaz", deyəsən  Ukraynaya dəyəcək.  Kiyev ən azı üç ay amerikadan yardım ala bilməyəcək. Tramp, hazırda Zelenskinin danışıqlara başlamağa hazır olduğunu, Rusiya prezidenti ilə tezliklə baş tutacaq danışlqlardan sonra isə, hərbi hərəkətlərin dayandırılmasının mümkün ola biəcəyini qeyd edib: "Biz məsələnin  tez həll olunmasına çalışırıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında heç bir halda müharibə başlamalıydı"... 

 Donald Trampın daxili siyasətinin əsas konsepsiyası- "Əsas Amerikadlr" şüarı ətrafında qurulacaq. Bu şüar altlnda ABŞ-ın suverenliyinin möhkəmləndirilməsi, ölkənin xaricdə maraqlarının irəli aparılması, həmçinin iqtisadi və hərbi liderliyin bərpa edilməsi planlarından ibarətdir. 

 Donald Trampın yeni fərmanı ilə, ölkəsinin Beynəkxalq Səhiyyə Təşkilatından çlxması ilə bağlıdır: "Beynəlxalq Səhiyyə Təşkilatı bizi soyub, qarət edib, hamı Biləşmiş Ştatları qarət edir. Bu hallar bir daha təkrarlanmayacaq"...

 Ağ Evin yeni sahibi, əvvəlki prezidentliyi dövründə də olduğu kimi, miqrasiya qanunvericiliyi ilə bağlı, bir sıra tədbirlər paketi qəbul edib. Donald Tramp, Co Baydenin administrasiyaya işə təyin etdiyi mindən çox işçini, "Yenidən böyük Amerika yaratmalıyıq" prinsiplərinə uyğun gəlmədikləri üçün, tutduqları vəzifələrdən azad edəcək...

 Bütün bunlarla yanaşı Donald Tramp, milyarder İlon Maksın rəhbərlik edəcəyi, "Hökumətin effektif fəaliyyəti Deoartamentinin" yaradılması ilə bağlı fərman imzaladı. Departament, büdcənin azaldılması məqsədiylə, "Büdcənin administrativ idarə olunması institutunu" yaratmalı və 2026- cı ilin 4 iyul tarixinədək bunun həyata keçirilməsini təmin etməlidir: "Federal agentliyin səlahiyyətlərinin və saylarının ixtisara salınması, Respublikaçıların prioritet məqsədidir".  İlon Maks qarşısına federal büdcənin iki trilyon dollar azaldılması məqsədi qoyub.

 Yeni prezidentin bu qərarı, təbii ki, dövlət qulluqçılarının etirazına səbəb olub. Aryıq Kolumbiya ştatının federal dairə məhkəməsinə, departamentin fəaliyyətinin qanunvericiliyə zidd olunması ilə bağlı üç isk daxil olub. 

 Bir sözlə, artıq Donald Trampın qəbul etdiyi çoxsaylı fərmanlarının  və qərarlarının ABŞ-ın siyasi sisteminə necə təsir edəcəyi maraqla gözlənilr...

 Arada Ukraynanı meydanda tək qoyub, "qapazaltı dövlətə" çevirməsələr yaxşldı...

 

TƏQVİM / ARXİV